VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Suda boğulma təsadüfi ölüm hallarının əsas səbəblərindən biridir. Statistikaya əsasən hər il dünyada 150000-dən çox bu növ ölüm hallarına rast gəlinir. Kişilər arasında boğulma riski qadınlarla müqayisədə 6 dəfə artıqdır. Bu, kişilərin suda daha yüksək riskli fəaliyyəti və davranışı ilə əlaqədardır. Dəniz sahili, göllər, çaylar, kanallar, suvarma qurğuları suda boğulma hadisələrinin baş verdiyi əsas yerlərdir. Üzməyi bacarmayan, pis üzən və suyun üzündə dincələ bilməyənlər suda boğulma halları ilə daha çox rastlaşırlar. Suda boğulanların çox hissəsini uşaqlar təşkil edir. Böyüklərin nəzarətindən kənar qalan uşaqlar daha tez-tez suda boğulma təhlükəsi ilə qarşılaşırlar.
Miokard infarktı və digər xəstəliklər, soyuqdəymə, bədənin ümumi zəifliyi, əldən düşmə, suya baş vurduqda xəsarət alma, suda hipotermiya (həddindən artıq soyuma), yorğunluq, stress, psixoemosional dəyişkənlik, intihara cəhd, pis qidalanma, spirtli içki və narkotik maddələrin qəbulu, üzməyi bacarmamaq suda boğulma riskini artırır.
Suda boğulma, suda və sahildə həddindən artıq soyumaya məruz qalma su hövzələrində baş verən ən təhlü-kəli hallardandır. Qəfil baş vermiş hadisə, hadisənin gözlənilməz gedişi, tənhalıq hissi, ümidsizlik, mübarizəyə inamın itməsi qaçılmaz (fatal) sonluqla nəticələnə bilər. Suda, sahilə çox yaxın məsafədə belə, quyuya, çalaya, çuxura, burulğana düşüb, suda boğulma təhlükəsi baş verə bilər. Ölüm komfort şəraitdə isti və ya ilıq vanna suyuna daxil olan vaxt da baş verə bilər. Bunun ən çox rast gəlinən səbəbi vanna otağında huşun itməsi və baş beyin travmalarıdır.
Suda boğulmaya zərərçəkənin, suyun və havanın vəziyyəti təsir edə bilər. Suda qalmaq intensiv şəkildə istilik itkisinə, psixoloji diskomforta, qorxu hiss etməyə səbəb olur, ona görə zərərçəkəni tez bir zamanda tapıb sudan çıxarmaq və ilk yardım göstərmək lazımdır.
Arıq adamlar soyuq suda tez həlak olurlar. Dəniz suyunun az miqdarda ağciyərlərə sorulması daha təhlükə-lidir, nəinki şirin suyun. Çirkli və bulanıq suda səs tellərinin spazması (larinqospazma) və suda boğulma tez baş verir. Uzun müddət + 200С suda qalma tədricən bədənin həddindən artıq soyumasına, qan təzyiqinin aşağı düşmə-sinə, nəbzin sayının azalmasına və ürəyin dayanmasına gətirib çıxarır. Suyun temperaturu 4–6°C olduqda, 15 dəqiqə-yə əzələlərdə və oynaqlarda ağrı, qıcolma, əzələ qacıması müşahidə olunur.
Suda kütləvi boğulma təhlükəsi təbii fəlakət zamanı, daşqınlar və ya qoruyucu bəndlərin dağılması zamanı baş verir. Belə vəziyyətlərdə hadisənin baş verdiyi günün saatı, suyun axın sürəti, xilasedicilərin hadisə yerinə çatma vaxtı və onların xilasetmə əməliyyatlarına hazırlıq səviyyəsi böyük əhəmiyyət kəsb edir. Gecə saatlarında dalğanın hündürlüyü bir neçə metr, sürəti saatda 30 km-dən çox olduqda, suda təhlükəyə məruz qalanlar arasında ölüm halları təxminən 75% təşkil edir.
Suda boğulmaya çox vaxt suda davranış qaydalarının pozulması, yorğunluq (məsələn, soyuq suda uzun müddət üzmə), suya baş vuran zaman zədə (xüsusən tanış olmayan su hövzələrində çimdikdə), sərxoşluq, uzun müddət günəş şüaları altında qaldıqdan sonra suya girmək (kəskin temperatur fərqi nəticəsində) və s. səbəb ola bilər. Bu zaman insanın çətinliyə düşüb, özünü itirməsi də, vəziyyəti mürəkkəbləşdirir.
İnsanın bədən çəkisi sudan yüngül olduğu üçün o, minimal cəhdlə uzun müddət istər horizontal, istər-sə də şaquli vəziyyətdə suyun üstündə qala bilər. Bunun üçün suda əllər və ayaqlarla yüngül avar çəkmək, müm-kün olduğu qədər sakit və dərindən nəfəs almaq, su burulğanına düşdükdə mümkün olduğu qədər dərindən nəfəs alıb dərinliyə baş vurmaq lazımdır. Dərinlikdə suyun hərəkət sürəti azaldığı üçün üzmək daha asandır.
Böyüklərdə boğulma adətən qorxu və təlaşla başlanır. Uşaqlarda boğulma adətən sakitliklə müşayiət olunur. Hər iki qrupda normal tənəffüs xüsusiyyəti itirilir və zərərçəkən suyun üzərində qalmaq üçün mübarizə apar-dıqca tənəffüsünü saxlayır, hipoksiya (orqanizmdə oksigenin azalması) baş verir. Bu zaman hava əvəzinə çoxlu miqdarda su ağciyərlərə aspirasiya olunur (sorulur) və mədəyə daxil olur. Zərərçəkən tam batdıqdan sonra reflektor tənəffüs səyləri baş verdiyindən, ağciyərlər su ilə dolur (suda həqiqi boğulmada – 80%, suda asfiktik boğulmada – 20%). Mexanizmindən asılı olmayaraq, boğulmanın nəticəsi hipoksiyadır.
Çox səriştəli üzgüçülər və dalğıclar arasında isə daha çox rast gəlinən risk faktorlarına üzmədən qabaq hiperventilyasiya daxildir. Suyun altında üzmə müddətini uzatmaq məqsədilə onlar tez-tez və ya dərindən nəfəs alırlar (hiperventilyasiya). Belə etməklə qanda karbon qazının parsial təzyiqi (PaCO2) aşağı düşür, lakin oksigenin parsial təzyiqi (PaO2) nəzərə çarpacaq dərəcədə artmır. Üzdükcə oksigen sərf olunur və tez bir zaman onun parsial təzyiqi 100-dən 30-a enir. Bu, beyinin oksigenlə təchizatını azaldıb, huşun itməsinə və boğulmaya səbəb olur.
* Suda boğulmada ölümün əsas səbəbləri: suyun ağciyərlərə aspirasiyası və səs tellərinin spazması nəticəsin-də tənəffüsün dayanması; zədəyə (zərbə, suya qəfləti yıxılma) reflektor reaksiya və soyuq suya düşərkən ruhi sarsıntıdan (qorxu hissi, əlacsızlıq) ürəyin qəfləti dayanması; suda, hətta sahildə həddindən artıq bədənin soyuması nəticəsində huşun tədricən itməsi (hipotermik koma); tənəffüs və ürək fəaliyyətinin məhdudlaşıb, tam dayanması-dır. 18–20°C suda 15 dəqiqədən sonra bədən hərarəti tədricən enməyə başlayır. Suyun hərarətindən asılı olaraq insanın suda təhlükəsiz qalma müddəti: 24°C – 7-9 saat; 5-15°C – 3,5-4,5 saat; 0-10°C – 20-40 dəq.; 20°C – 3-8 dəq.
Suda boğulmanın təhlükəli səbəblərindən biri də suyun ağciyərlərə aspirasiyasıdır (sorulması). Ölümlə nəticələnən aspirasiya olunan suyun miqdarı böyüklər üçün 22 ml/kq sayılır. Zərərçəkənlərin 85%-də ölüm 10 ml/kq aspirasiya olduqda baş verir. Huşun itməsi 2–3 ml/kq aspirasiya olduqda müşahidə olunur.
- Suda boğulma halının müəyyən edilməsi
Təhlükəli hal suda və ya su yaxınlığında hər bir insanın başına gələ bilər və onun müəyyən edilməsinin əsas yolu diqqətli olmaq, təhlükə baş verdiyini göstərən əlamətləri bilməkdir: üzgüçünün qəribə hərəkəti, qışqırıq, su şappıltısı, üzgüçünün birdən suya batıb, bir daha üzə çıxmamasıdır.
Suda çətinliklərlə üzləşmiş insanı ayırd etməyi bacarmaq onun həyatını xilas etmək üçün ilkin addımdır. Suda batanların çoxunun ətrafda olan insanları köməyə çağırmaq üçün (qışqırmaqla, çığırmaqla) imkanları olmur. Onlar bütün enerjilərini yalnız başlarını suyun üzündən yuxarıda tutmağa sərf edirlər.
Çətin vəziyyətə düşmüş üzgüçü və batan insan suda boğulmaya məruz qalır.
Hər bir hal müəyyən dərəcədə təhlükəlidir və müxtəlif davranış tərzləri ilə ayırd edilir. Çətin vəziyyətə düşmüş üzgüçü çox yorulduğu üçün onun sahilə çıxmaq imkanı məhdudlaşa bilər. Kömək göstərilmədikdə suyun üzərində qalmaq bacarığını itirərək boğula bilər. Aktiv boğulan insan suda şaquli vəziyyətdə olub heç bir köməkçi və üzmə hərəkəti etmək qabiliyyətinə malik olmur. Passiv vəziyyətdə boğulan insan isə üzüaşağı halda suyun dibində və ya suyun səthinə yaxın yerdə qalır.
- SUDA BOĞULMANIN NÖVLƏRİ
Tibb işçiləri üçün.
Suda boğulma növünə və səbəbinə görə aşağıdakılara bölünür:
» suda həqiqi (yaş) boğulma;
» suda asfiktik (quru) boğulma;
» suda sinkopal boğulma;
» soyuq və ya buzlu suda boğulma;
» suda ölüm.
Suda həqiqi (yaş) boğulma dəniz suyunda (duzlu) və şirin suda (duzsuz) baş verə bilər. Suda həqiqi boğulma zamanı boğulan insan həyatını qorumaq üçün təlaş içində qeyri-iradi hərəkətlər edir. Nəticədə tənəffüs yollarına, ağciyərlərə dolan su onun tənəffüsünü məhdud-laşdırır. Boğulmuş insanın dərisi göyərmiş olur, ağzından və burnundan köpüklü maye gəlir. Suda həqiqi boğulmada suyun ağciyərlərə aspirasiyası (sorulması) baş verir. Orqanizmdə baş verən patoloji dəyişikliklər ancaq suda boğulmanın ilk dəqiqələrində bir-birindən fərqlənir və sonralar suyun tərkibindən asılı olmayaraq ağciyərin ödemi, qanda kaliumun artması, maddələr mübadiləsinin pozulması (tənəffüs və me-tabolik asidoz – turşulaşmaq meyliliyi), hipovolemiya və ağır hipoksiyaya gətirib çıxarır. Duzlu suda baş verən boğulma daha tez ağciyərlə-rin ödemi ilə nəticələnir.
Suda asfiktik (quru) boğulma səs tellərinin kəskin spazması (larinqospazma) və tənəffüsün qəfləti dayanması nəticəsində baş verir. Bu zaman suyun ağciyərlərə aspirasiyası (sorulması) baş vermir, huş davamlı itir, dəri kəskin göyərir (sianoz), periferik arteriyalarda nəbz kəskin zəifləyir.
Suda sinkopal boğulmada ölüm ürəyin və tənəffüsün qəfləti dayanmasından baş verir. Səbəb: periferik damarların kəskin spazması fonunda yuxarı tənəffüs yollarına cüzi miqdarda suyun aspirasiyası (sorulması). Boğulmuş insanların dərisi avazımış olur, bu hal adətən qadınlarda və uşaqlarda baş verir.
Buzlu suda boğulma zərərçəkənin soyuq suya düşməsi nəticəsində bütün damarların kəskin spazması, beyinin işemiyası, ürəyin qəfləti dayanması səbəbindən baş verir. Hipotermiya əlavə zədələrin yaranmasına səbəb olur (buzlu suyun beyinin qorunmasını təsdiq edən heç bir elmi dəlil mövcud deyil).
Suda ölümün səbəbi miokardın kəskin infarktı, ağır travma, epilepsiya və s. ola bilər. Bu zaman su ağciyərlərə ölüm baş verdikdən sonra daxil olur. Belə halda suda ölüm diaqnozu qoyulur.
Diqqət! Əvvəllər çap edilmiş ədəbiyyatda duzlu və şirin suda batmanın fərqli xüsusiyyətləri vurğulanırdı. Belə hesab edilirdi ki, alveollara dolan duzlu suyun
hipertonik olduğu səbəbindən hipovolemiya, şirin suyun hipotonik olduğu səbəbindən hipervolemiya və hemoliz əmələ gəlir. Müasir tədqiqatlar bunu təsdiq etmir.
C. SUDA BOĞULMA ZAMANI İLK YARDIM
Vaxtında və düzgün ilk yardım göstərməklə suda boğulanı xilas etmək mümkündür. Suda boğulmanın ilk dəqiqələrində zərərçəkənlərin 90%-ni, 6–7 dəqiqədən sonra isə yalnız 1–3%-ni xilas etmək mümkündür.
Bədbəxt hadisələr zamanı ilk yardım göstərilməsinin şərtləri həyat fəaliyyətini təmin edən əsas tədbirlər olan DRCABD alqoritminin yerinə yetirilməsidir.
Diqqət! DRCABD alqoritmində hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və təhlükəni aradan qaldırmaq.
Qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin.
Hər hərəkətdən sоnrа оnun müvəffəqiyyətli оlub-оlmаdığını yохlаyın. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə kеçin.
Yardım göstərərkən xilasedici DRCABD alqoritmini ardıcıl olaraq mərhələ-mərhələ yerinə yetirməlidir: “Diqqət təhlükə!”; “Reaksiya (huşu qiymətləndirmək, huş itibsə köməyə çağırmaq)”, “Canlandırma – qan dövra-nının bərpası”, “Açıq tənəffüs yolları”, “Birbaşa nəfəs vermək” və “Defibrilyasiya” mərhələsi.
Xilasetmə əməliyyatlarını həyata keçirərkən ən vacibi xilasedicinin ikinci qurbana çevrilməməsidir. Boğu-lana yardım göstərən xilasedici özü də təhlükəyə məruz qalır və təhlükə riski onu hər an izləyir. Buna görə yardım göstərməzdən əvvəl o, özünün, sonra isə zərərçəkənin təhlükəsizliyini təmin etməlidir.
* Xilasedicinin təhlükəsizliyi hadisə yerinin və onun ətrafının qiymətləndirilməsi ilə başlayır. Suda zərərçəkə-nə yaxınlaşmağın təhlükəsiz olub-olmadığını müəyyənləşdirin, çünki bəzi hallarda suya daxil olmaq təhlükə-li ola bilər.
- Əgər suda təhlükəyə məruz qalmış insana kömək edə bilmirsinizsə, dərhal əlavə yardım çağırın.
- Əgər yardım göstərmək qərarına gəlmisinizsə, təhlükəli vəziyyətdə nə edə biləcəyiniz haqqında ətraflı düşü-nün.
- Əgər zərərçəkən sudadırsa, əvvəlcə ona kömək lazım olub-olmadığını müəyyənləşdirin. Digər zərərçəkən-lərin mövcudluğuna da fikir verin. Ətrafda sizə ilk yardım göstərməkdə və yardım çağırmaqda kömək göstə-rəcək insanların olmasına fikir verin.
* Zərərçəkən huşunu itiribsə, təcili tibbi yardım xidmətini aktivləşdirin, xilasetmə əməliyyatına başlayın.
* Zərərçəkənin huşu aydındırsa ilk olaraq onu sudan çıxarmaq lazımdır. Kütləvi halda boğulan insanların hər birinə ayrılıqda yardım göstərilməlidir. Ehtiyatlı olun. Təhlükəsizliyinizi gözləyin.
Suda kömək göstərilmə müxtəlifdir:
- yorulmuş üzgüçüyə kömək (bu, suda boğulmanın qarşısını almaqda mühüm ünsür sayılır);
- batan insana kömək;
- boğulmuş insana kömək.
- Huşu aydın olan yorulmuş üzgüçünün və batan insanın sudan çıxarılması
Əvvəlcə zərərçəkənin sudan çıxarılmasına köməklik göstərin. İnsanın suda yorulması suda boğulmaya səbəb ola biləcək təhlükələrdən biridir. Uca səslə və ya işarələrlə yorulmuş və ya batan zərərçəkənə onu gördüyünüzü və ona lazım olan köməyin göstəriləcəyini bildirin.
* Sahildən kömək göstərilməsi
- Mümkün olduqda xilasetməni zərərçəkənlə ünsiyyətdən başlayın. Əgər boğulan insan suyun üzündədirsə, onu uzaqdan sakitləşdirməyə çalışın. O, bilməlidir ki, ona kömək gəlir. Ondan imkanı çatan qədər sizə yaxınlaşmaq üçün cəhd etməsini xahiş edin. Səsiniz sakit, qəti, lazım gəldikdə inandırıcı və ruhlandırıcı olmalıdır ki, o sizə inanıb, göstərişlərinizi yerinə yetirsin. Əgər səs-küy buna imkan vermirsə və ya zərərçəkən uzaqdadırsa, əl işarələ-rindən istifadə edin. Xilas etmək üçün nə etmək istədiyinizi ona bildirin. (məsələn, ona ip və ya hər hansı əşya göstərməklə).
- Zərərçəkən kifayət qədər yaxındadırsa, onu sudan çıxarmaq üçün hər hansı bir əşya uzatmaqla kömək etmək olar. Bunun üçün möhkəm bir yerdən tutub, zərərçəkənə tərəf əyilərək, ona uzun taxta parçası, ağac budağı, köynək, kəmər və ya dəsmal uzadın, bunların zərərçəkənə çatmasına çalışın. Zərərçəkən bu vasitədən tutduq-da, təhlükəsizliyinizi gözləməklə onu ehtiyatla dartın. Özünüzün suya düşməməyiniz üçün aşağı durun və zərərçəkəni dartan zaman arxaya əyilin.
- Zərərçəkən uzaqdadırsa, ona tərəf iplə bağlanmış hər hansı bir üzən əşyanı (avtomobil şini və s.) atmaq olar. Xilasedici halqanı qayığın ön və ya arxa hissəsinə atmaq lazımdır. Zərərçəkənə başını və qolları-nı dairənin (kəmərin) içərisinə keçirərək üzərinə uzanıb, sahilə və ya qayığa doğru üzmək lazım olduğunu bildirin. Zərərçəkənə ilgək atdıqda o, ilgəyi qoltuq altına keçirməlidir ki, onu bu vəziyyətdə sudan çıxarsın-lar.
- İti axan su və ya suyun dibinin lilli olması xilasedici üçün təhlükəlidir. Belə suya daxil olmayın. Əşyadan tutan zərərçəkən özü və ya xilasedicinin köməyi ilə təhlükəsiz yerə çatdırılmalıdır. Bəzən suda boğulan vahi-məyə düşüb, onu xilas edən insanı suyun altına çəkə bilər. Buna yol verməmək üçün aranızda elə bir vasitə və ya əşya olmalıdır ki, zərərçəkən sizdən yox, həmin əşyadan yapışsın. Yardım göstərərkən ehtiyatlı olun – huşunu itirmiş zərərçəkəndə baş və ya boyun travması ola bilər.
- Zərərçəkəni sahilə çıxartdıqdan sonra o, sərbəst nəfəs alıb, danışırsa, heç bir yardım göstərilmir.
- Suda yardımın üsulları
Əgər siz suyun dayaz olduğuna və suya girdikdə başınızın su səviyyəsindən yuxarıda qalacağına əminsiniz-sə, zərərçəkənə kömək göstərmək üçün suya girin. Xilasedici yorulmuş üzgüçü və batan insanın əli və ayağı ilə ondan yapışa biləcəyindən ehtiyat edib, zərərçəkənə arxadan yaxınlaşmalıdır. Batanın xilasedicidən yapışması hər ikisi üçün təhlükəlidir. Suda yapışmalara qarşı qabaqlayıcı tədbirlərin görülməsi və onlardan azad olma qaydaları xüsusi proqram üzrə xilasedicilərə öyrədilir. Yapışmalardan ehtiyat edib, suda batanı arxası üstə çevirmək və ya onun arxasına keçmək lazımdır. Əgər zərərçəkənin huşu aydındırsa, sərbəst nəfəs alıb danışırsa, ona heç bir yardım lazım deyil. Sahilə çıxarıldıqdan sonra zərərçəkəndə hipotermiya olarsa o, aktiv isidilməlidir.
Bir neçə dəqiqə suda hərəkətsiz və üzü aşağı qalan zərərçəkən çox güman ki, huşunu itirib. Zərərçəkən huşunu itiribsə, əlavə kömək çağırıb, təcili tibbi yardım xidmətini aktivləşdirin. Hadisə yerində iki xilasedici olarsa, biri huşunu itirmiş zərərçəkəni arxası üstə çevirib suda saxlayır, digəri isə onun tənəffüs yollarını açıb iki uğurlu nəfəs verməklə, sahilə çıxarılana qədər hər 5–7 san bir nəfəsverməni təkrar edir. Sahildə ÜAR (ürək-ağciyər reanimasiyası) davam etdirilməli və zərərçəkən aktiv isidilməlidir. Xilasedici tək olduqda yuxarıda göstərilənləri özü tək icra etməlidir.
Suda boğulma təhlükəsi ilə qarşılaşan insanın tənəffüs yollarının tutulmasına nadir hallarda rast gəlinir.
İlk anlarda su çox vaxt ağciyərlərə aspirasiya olunmur, olunduqda belə tənəffüs yollarının yuxarı hissəsində və traxeyada bədənə sorulur. Su bərk yad cisim olmadığına görə tənəffüs yollarını tutmur. Ona görə də hipoksiya-nı aradan qaldırmaq üçün dərhal suyun içində süni tənəffüs vermək xüsusilə vacibdir. Bəzi ədəbiyyatlarda ÜAR (ürək-ağciyər reanimasiyası) aparmazdan əvvəl zərərçəkənin mədəsinə dolmuş suyun tənəffüs yollarına tökülmə ehtimalını azaltmaq üçün 10 saniyə ərzində başın aşağı tutulması (iki əllə çanaqdan tutub qaldırmaq və ya zərərçəkəni bud-diz və ya çiyin nahiyəsinə qarnı üstə qoymaq) məsləhət görülür. Suda boğulma təhlükəsi ilə qarşılaşan insanın tənəffüs yollarına və mədəsinə yığılmış suyun xaric edilməsinə vaxt itirib, ÜAR-ın (ürək-ağciyər reanimasiyasının) aparılmasını ləngitməyin.
Diqqət! Ürək dayanmasının səbəbi hipoksiysa olduqda (məsələn suda boğulma), xilasedici təcili tibbi yardım xidmə-tini (TTYX) aktivləşdirməzdən əvvəl ÜAR-ı – 5 dövr (təxminən 2 dəqiqə) aparın.
- Boğulmuş zərərçəkənə kömək
Boğulmuş zərərçəkəni qayıqda, gəmidə və ya sahilə çıxartdıqdan sonra, arxası üstə uzadın. Onurğanın boyun hissəsinin zədələnməsinin mümkünlüyünü nəzərdən qaçırmayın, çünki dalğa zamanı baş verən zədələrin əksəriyyə-ti onurğanın boyun hissəsinə təsir göstərir. Ola bilsin ki, yad cisim və ya dil tənəffüs yollarını tutsun. Tənəffüs yol-larının iki üsuldan (“bаş аrхаyа, çənə irəli” və ya “çənə irəli”) biri ilə açın və ağız boşluğunu yoxlayın. Reanimasi-ya tədbirləri ilə paralel yaş paltarları çıxarılmalı və zərərçəkən isidilməlidir. İsitmə xarici (isti örtük, isitqac – qrelka və s.) və ya daxili vasitələrlə (vena daxili 40°C steril isti maye) həyata keçirilir. Bədən qızdırılmayana qədər ürək-də aparılan reanimasiya tədbirləri uğursuz ola bilər. Bunun üçün bədənin hərarətini 30°C çatana qədər isitməyincə, reanimasiya səylərini dayandırmayın. İmkan olduqda balon vasitəsilə 100%-li oksigen verin. Oksigen dekom-pressiya xəstəliyi olan dalğıclara birbaşa göstərişdir. Bədənin hərarəti 34–34,5°C çatanda bədənin qızdırılmasını dayandırın, çünki sonra bədənin hərarəti özü tənzimlənir. Bədənin həddindən artıq qızdırılması zərərçəkən üçün təhlükəlidir.
* Zərərçəkənin təxliyəsi
Yardım göstərdikdən sonra boğulmuş zərərçəkən vəziyyətindən asılı olmayaraq xəstəxanaya yerləşdirilmə-lidir. Ola bilsin ki, göstərilən yardımdan sonra zərərçəkənin vəziyyəti müvəqqəti yaxşılaşsın və o, səhhətindən şika-yət etməsin. Ancaq bu aldadıcı haldır! Zərərçəkən bütün hallarda xəstəxanaya yerləşdirilməlidir. Bu, istisnasız qay-dadır və ona görə edilir ki, aparılan reanimasiya tədbirlərinin müsbət nəticələrinə baxmayaraq, klinik ölümdən çıxarılmış, vəziyyəti yaxşılaşmış insanda suda boğulmadan 2–4 saat keçdikdən sonra ağciyərlərin ödemi, “suda ikincili boğulma”, kəskin tənəffüs, ürək-damar çatışmazlığı yaranır və tez bir zamanda olüm baş verir. İkincili suda boğulma həyata qaytarılan boğulanların 20%-ni təşkil edir.
Təxliyə xərəklərində daşınarkən və çarpayıda uzanarkən zərərçəkənin baş hissəsi yuxarı olmalıdır.
Xəstəxanadan çıxmış zərərçəkəndə tənəffüsün çətinləşməsi, təngnəfəslik, töyşümə, öskürək və ya tempera-tur olduqda, onları dərhal təkrar hospitalizasiya etmək lazımdır.
* Tibb işçiləri tərəfindən görüləcək tədbirlər:
ÜAR; aktiv isitmə; süni ventilyasiyanı sərbəst tənəffüs bərpa olunana qədər davam etdirilməsi; ürək fəaliy-yəti bərpa olunduqdan sonra 100%-li oksigen, 2 saatdan az olmamaq şərti ilə, sonra 50–60% oksigenlə hava qarışı-ğı verilməsi; vena daxili mayelərin köçürülməsi; simptomatik müalicə.
- Soyuq suda əzələ qıcolmalarında görüləcək tədbirlər
Soyuq suda yorulma zamanı xilasedicinin və ya suda yorulmuş üzgüçünün ayaq, əl barmaqları və s. əzələlə-rində qıcolmalar ola bilər. Suda orqanizmin müxtəlif nahiyələrində baş verən əzələ qıcolmalarının aradan qaldırıl-ması üsulu da müxtəlifdir.
- Baldır əzələlərinin qıcolması zamanı arxası üstə üzərək qıc olmuş ayağı sudan yuxarı qaldırmaqla, yaxud suda düz vəziyyətdə saxlamaqla və qıcolmalar aradan qalxana qədər ayaq barmaqlarını yuxarıya dartmaq lazımdır.
- Bud əzələlərinin qıcolması zamanı ayağı diz oynağından bərk qatlayıb, dabanı budun arxa səthinə doğru gətirərək sıxmaq və qıcolmalar aradan qalxana qədər ayaqları bu vəziyyətdə saxlamaq lazımdır.
- Əl barmaqları əzələlərinin qıcolması zamanı əli sudan çıxardıb yumruq formasında bükərək, bir neçə dəfə silkələmək lazımdır.
- SUDA BOĞULANLARA YAXINLAŞMA
Suda reanimasiya tədbirləri ekstremal vəziyyətdə göstərildiyi üçün konkret formada aparılır:
» bilavasitə suda və yedəkləmə zamanı;
» alçaq bortlu üzgü vasitələri ilə;
» gəmi, qayıq və ya sahildə.
* Bilavasitə suda.
- Zərərçəkənin yapışmalarından ehtiyat edin. Suda boğulan insana üzərək arxadan yaxınlaşın. Boğulanın təlaş içində qeyri-iradi yapışmaları xilasedicinin işini xeyli çətinləşdirir və zərərçəkən üçün də təhlükə yaradır. Qeyri-iradi, təlaşlı hərəkətlərdən və yapışmalardan xilas olmaq üçün aktiv üsullardan biri də zərərçəkəni suya batırmaqdır. Belə bir şəraitdə o, suyun üzərinə qalxmaq üçün xilasedicini buraxmağa məcbur olur. Bun-dan sonra xilasedici suya baş vurmalı, boğulan insanı tapıb onun əlindən, saçlarından yapışıb, təkan vermək-lə onunla birlikdə suyun üzərinə qalxmalıdır. Bu zaman xilasedici sərbəst qalan əli və ayaqları ilə intensiv hərəkət edib üzməlidir.
- Suda ÜAR-ı apararkən zərərçəkənin arxasında, kürəyə və kürəkdən bir qədər aralı, yan tərəfə yaxın dayanıb, onun başını suyun səviyyəsindən yuxarı qaldırın, sonra sağ əli yaxınlaşdıraraq “bаş аrхаyа, çənə irəli” üsulu tətbiq edib, “ağızdan-buruna” nəfəs verin.
* Yedəkləmə zamanı süni tənəffüsü hər 5–7 san bir birbaşa “ağızdan-аğızа” və yа “аğızdan-burunа” davam edin (dəqiqədə 8–12 dəfə).
* Sal, rezin qayıq, xilasetmə dairəsi və alçaq bortlu üzgü vasitələrində yardım adətən bir xilasedici ilə həyata keçirilir. Üzgü vasitəsini boğulana arxa tərəfdən yaxınlaşdırın. Sol əllə boğulanın sol çiynindən (qoltuqaltı) tutun; boğulanı dartıb, borta dirsəyi ilə dayaq verin. Sağ əllə çənəni bir qədər irəli verib və başı arxaya əyib, boğulanın ağzını kip tutub, “ağızdan-buruna” nəfəs verin.
* Gəmi, qayıq bortunda. Ləngimədən ÜAR-a (ürək-ağciyər reanimasiyasına) başlayın.
* Sahildə ÜAR-ı tam həcmdə aparın və zərərçəkənin yaş paltarını çıxarıb, aktiv isidin. Qarın əzələləri yığıldıqda diafraqma da yığılır və bu, qusmaya səbəb olur. Mədə möhtəviyyatının ağciyərlərə düşməməsi üçün boğulanı sol və ya sağ tərəfi üstünə çevirib, qarınının yuxarı hissəsinə təzyiq etməklə su və mədə möhtəviyyatı xaric edilir.
* Qıcolma olduqda müvafiq tədbirlər görün.
Diqqət! (1) Zərərçəkənin ağciyərlərinin ventilyasiyası açıq-aydın obstruksiya olmasa, Haimlik üsulu əks göstərişdir. Batma hadisələri zamanı zərərçəkənlərinm əksəriyyətinin aspirasiya (suyun ağciyərlərə sorulması) etdiyi su az olduğu halda, mədəyə udduğu su böyük həcmdə olur. Belə hallarda Haimlik üsuluna istinad etmək aspirasiya riskini artıra bilər.
(2) Dekompressiya xəstəliyi olan dalğıclara ilk yardım göstərərkən oksigen vermək lazımdır.
- PROQNOSTİK AMİLLƏR (tibb işçiləri üçün qısa məlumat)
* Çox əhəmiyyətli neqativ proqnostik amillər
- Batmanın müddəti 10 dəqiqədən çox.
- Səmərəli CAB reanimasiyasına qədər vaxt 10 dəqiqədən artıq.
- Reanimasiyanın müddəti 25 dəqiqədən artıq.
* Digər neqativ proqnostik amillər.
- Çirkli suda boğulma.
- Qusma zamanı ağciyərlərə mədə möhtəviyyatının aspirasiyası (pnevmoniya törədir).
- Xəstənin ilk nəfəsalma vaxtı. Xilasetmədən 30 dəqiqədən az müddət keçdikdə 10% insanlarda ağıl zəifliyi və ya dörd ətrafın spazmatik iflici əmələ gəlir. Xilasetmədən 60–120 dəqiqə keçdikdən sonra 50–80% insanlarda ciddi nevroloji problemlər yaranır.
- Hipotermiya.
- Tibbi yardım başlayarkən Qlazqo koma şkalasının 5 baldan az olması.
- Üç yaşdan kiçik uşaqlar.
- Tənəffüsün dayanması (apnoe).
- Arterial qanın pH < 7,1
- Hiperqlikemiya (qanda şəkərin miqdarının artması).
- Suyun növü və temperaturu. Şirin suda boğulmada ağciyər toxumalarının xarakterik xüsusiyyətləri məhv olur.
* Reanimasiya tədbirlərinin dayandırılması
Reanimasiya tədbirlərinin düzgün aparılmasına baxmayaraq, hər zaman müsbət nəticə alınmır və ürək fəaliyyəti dayanmış bir çox zərərçəkənləri həyata qaytarmaq mümkün olmur. Reanimasiyanın dayandırılması aşağıdakılara əsasən mövcud qanunlara uyğun olaraq həyata keçirilməli və təcili tibbi yardım briqadası gələnə qədər göstərilən hallarda təxirə salına bilər:
- böyüklərdə və uşaqlarda 30, yenidoğulmuş uşaqlarda isə 10 dəqiqə müddətində aparılan fasiləsiz və keyfiy-yətli reanimasiyadan sonra həyat əlamətləri olmadıqda;
- defibrilyasiya aparılmadıqda;
- ürəyin qəfləti dayanması sizin yanınızda baş vermədikdə;
- zərərçəkəndə bioloji ölüm əlamətləri olduqda (zərərçəkənin həddindən artıq soyuması və isitmədən sonra həyat əlamətlərinin olmaması, ölüm ləkələrinin və meyit qacımasının müşahidə olunması);
- zərərçəkən aydın şəkildə ölümcül zədə aldıqda (ətrafların itirilməsi ilə ağır qan itkisi);
- xilasedici yorulduqda.