VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
ÜMUMİ MƏLUMAT
Hipotermiya və donvurma soyuqla əlaqədar yaranan təhlükəli halların iki növüdür. Soyuq insan orqanizminə ümumi təsir göstərdikdə hipotermiyaya (bədənin həddindən artıq soyumasına), yerli təsir göstərdikdə isə donvur-maya gətirib çıxarır. Belə ki, bədənin müəyyən bir hissəsinin soyuq nəticəsində xəsarət alması donma (donvurma) adlanır. Donma aşağı hərarətin toxumalara yerli təsiri nəticəsində baş verir. Donmaya adətən bədənin açıq yerləri (burun, qulaq) və ətraflar məruz qalır.
Donma ən çox havanın hərarəti +60 – +8°C arasında, rütubətli və küləkli havada olur. Bundan başqa donma-ya soyuq temperatur, dar və ya nəm ayaqqabı, ayaqların tərləməsi, əlcəksiz iş görmək, hərəkətsizlik, fəsilə uyğun olmayan paltar geyinmək, nəmli paltar, pis isidilmiş mənzil əlverişli şərait yaradır. Aclıq, zəif qidalanma, qan itir-mə, yorğunluq, qocalıq, xəstəliklər, spirtli içkilər, narkotik qəbulu və s. amillər donma ehtimalını artırır.
Donma zamanı hüceyrəarası və hüceyrədaxili maye donur və genişlənir (şişir), buz kristalları və şişkinlik hüceyrələrin zədələnməsinə və məhvinə səbəb olur. Donma əl, ayaq, əl və ayaq barmaqların, burun və qulaqların itkisinə də səbəb ola bilər. Soyuğun təsirindən ilk növbədə qan dövranında pozğunluqlar əmələ gəlir, əvvəl dəridə, sonra isə daha dərində yerləşən toxumalarda dəyişikliklər yaranır.
- DONMADAN QORUNMA TƏDBİRLƏRİ
* Tərkibində kofein və ya spirt olan içkilər içməyin. Kofein və spirt bədən temperaturunu tənzimləyən mexa-nizmə pis təsir göstərib, orqanizmin istilik hasil etməsinə maneçilik törədir. Spirtli içkilər periferik damarları genişləndirərək istiliyinin tez itməsinə səbəb olur. Sərxoş insan donmanın baş verməsini hiss etmir.
* Tütün çəkmədən çəkinin. Tütün çəkmə periferik qan dövranını zəiflədir və donma ehtimalını artırır.
* Şaxtalı və soyuq havada mümkün qədər çox hərəkət edin və küləkdən gorunun.
* Ətraf mühitə uyğun geyinin (quru və isti).
- Qanın normal dövr etməsi üçün azad, geniş paltar geyinin.
- Üst-üstə bir neçə paltar geyinin. Yun və xəz paltardan istifadə edin. “Kələm” kimi geyinin – bədən və paltar arasında isti hava qatı yaratdıqda, o, istiliyi çox yaxşı saxlayır. Lazım gəldikdə bədənin hərarətini tənzimlə-mək üçün paltarlardan çıxarıb, sonra yenidən geyinmək olar.
- Üst paltar su keçirməyən olmalıdır.
- Geyim nəm olduqda tez qurusu ilə əvəz edin.
* Əllərinizi soyuqdan qoruyun. Şaxtalı və soyuq havada əlcəksiz (təkbarmaq əlcək), papaqsız və şərfsiz bayıra çıxmayın. Əlcək şaxtadan yaxşı qorumur. İçi xəzli, su və hava keçirməyən təkbarmaq əlcəkdən istifadə daha yaxşı olar. Şərflə yanaqları, çənəni və boyunu qorumaq olar. Soyuq havaya çıxdıqda soyuqdan qorunmaq üçün üz və açıq yerlərə xüsusi krem çəkmək məsləhətdir.
* Ayaqlarınızı soyuqdan qoruyun. Uzun məsafəni qət etdikdə (hərbi təlim, marş) əsas diqqət ayaqların donma-masına yönəldilməlidir. Bir cüt dəyişək corab, əlcək, bir termos isti çay faydalı olar. Payız, yaz və qış aylarında ayaqqabıların və ayağın vəziyyətinə diqqət etmək vacibdir. Dar, ayaqları sürtən ayaqqabı, ayaqqabıda içliklərin olmaması, nəm və çirkli corablar ayaqların donma ehtimalını artırır.
- Ayağa olan hər hansı təzyiq aradan qaldırılmalıdır. Ayaqlarda tərləmə, qaşınma, ayaqqabıya sürtülmə, dırnaqların uzanması, döyənəklər, dəri çatları və ya dəridə iltihab aradan götürülməlidir (özü və tibb işçisi tərəfindən).
- Quru və şaxtalı günlərdə çəkmənin içinə, ayağı sıxmamaq şərti ilə yun və ya keçə içliklər qoyulması tövsiyə olunur. Ayaqları tərləyən insanlar ayaqqabı qeyiminə daha diqqətli olmalıdır. Geniş qış ayaqqabılarından, isti içliklərdən istifadə və yun corablar geymək məsləhətdir. Onlar suyu özünə çəkib, ayaqları uzun müddət quru saxlayır. Şaxtalı havada donmuş ətraflardan ayaqqabıları çıxarmayın, ayaqlar şişib, yenidən ayaqqabıya girməyə bilər.
* Şaxtalı havada bəzək əşyalarından istifadə etməyin (metal, o cümlədən zinət əşyaları). Dəmir əşya az vaxt ərzinə çox soyuyub dəriyə yapışaraq ağrı və donma verə bilər. Üzük və qolbağlar ətraflarda qan dövranını poza bilər. Ümumiyyətlə şaxtalı havada açıq dəri səthi ilə dəmirin təmasda olmasından çəkinin.
* İş görməzdən əvvəl, iş vaxtı və sonra çoxlu isti maye için (ən azı 230 ml) və kifayət qədər yaxşıca qidalanın. Bu bədənin normal hərarətinin saxlanılmasına kömək edir. İsti maye yoxdursa, çoxlu adi su için. Soyuq havada tox olmaq lazımdır, çünki sizə enerji lazım olacaq.
* Bir-birinizə nəzarət edin, sifətinizin (burun, qulaq, yanaq və s.) rənginin dəyişməsinə fikir verin.
* Aşağı temperatura vərdiş yaradın. Tez-tez qısa müddətə soyuğa çıxıb, yenidən isti otağa qayıdın.
* Şaxtalı havadan evə qayıdarkən ətraflar, bel, burun, qulaqların və s. donmamasına əmin olun.
*Şaxtalı havada yol nəqliyyat vasitəniz yaşayış məntəqəsindən uzaqda söndükdə, maşını tərk etmədən ətraf-dakıları köməyə mobil telefonla çağırın və ya yoldan keçən digər yol nəqliyyat vasitəsini gözləyin.
* Hərbi təlim və marş zamanı tövsiyələr:
- şəxsi heyət avtomobil kuzovunda daşınarkən arxası hərəkət istiqamətində oturmalıdır;
- şaxtadan qorunmaq məqsədilə kuzovun döşəməsinə quru ot, saman, ağac budaqları səpələnməlidir;
- ayaqlar (ayaqqabılar) əlavə olaraq əl altında olan vasitələrlə örtülməlidir;
- papağın qulaqlarını aşağı salmaq vacibdir;
- qaldırılmış yaxalıqla və əlcək geyilmiş əllərlə hərdən bir üzü örtmək lazımdır.
* Uşaq və yaşlılar şaxtalı və soyuq havaya donvurmaya daha çox məruz qalırlar, çünki onlarda bədən tempera-turu lazımi səviyyədə tənzimlənmir. Şaxtalı havada insanlar hər 20–30 dəqiqədən bir qızınmaq üçün isti otağa gəlməlidirlər.
- DONMANIN ƏLAMƏTLƏRİ və TƏSNİFATI
Donmanın bütün ağırlıq dərəcələrində ilk (başlanğıc) əlamətlər eynidir:
ƏVVƏLCƏ
- yüngül yandırma hissi, arabir sancma (iynə batma) və çimdiklənmə hissi olur (narahatlıq yaratmadığına görə çoxları vaxtında bu əlamətlərə ciddi yanaşmır);
SONRA
- zədələnmiş nahiyə ağarır (avazıyır, solğun olur), mərməri xatırladır, mumabənzər və ya bozumtul-sarı olur;
- zədələnmiş nahiyə soyuyur;
- zədələnmiş nahiyədə həssaslıq itir, ağrı hissiyyatı olmur;
- zədələnmiş nahiyə sərt və şişkin olur, əllədikdə dəri tərpənmir.
I, II və IV dərəcəli yanıqlardan fərqli olaraq donmanın dərəcəsini (donmanın dərinliyini) yalnız donan nahi-yənin isidilməsindən, 12–24 saat keçdikdən sonra müəyyən etmək mümkündür. Zədələnmiş nahiyə isindikdən (qan dövranı bərpa olunandan) sonra donmanın ağırlıq əlamətləri meydana çıxır.
Donmanın 4 ağırlıq dərəcəsi ayırd edilir
I dərəcəli donma (ən yüngülü) adətən soyuğun qısa müddətli təsirindən baş verir.
İsitməkdən sonra zədələnmiş nahiyə qızarır, bəzi hallarda tünd qırmızı rəngə çalır və şişkinlik (ödem) əmələ gəlir. Dəri qatları ölmür, bəzən donmanın birinci həftəsi dəri qabığının cüzi soyulması müşahidə oluna bilər, ağrı hissiyyatı saxlanılır. Tam sağalma 5–7 günə baş verir.
II dərəcəli donma soyuğun uzun müddətli təsirindən baş verir. Dəri kəskin surətdə solur. Zədələnmiş nahiyə-ni isitdikdə ağrı hissi və ilk günlərdən (bəzi hallara 6–12 saatdan sonra) ən xarakter əlamət olan şəffaf tərkibli suluqların əmələ gəlməsi müşahidə olunur. Ağrılar get-gedə intensivləşir və davamlı olur. Şişkinlik (ödem) donan nahiyədən kənara çoxalır (yayılır). Ağrı saxlanılır, qaşınma və yandırma hissi zərərçəkəni çox narahat edir, sağalma dövründə düzgün müalicə apardıqda, dəri 1–2 həftəyə tam, çapıq yeri qalmadan, bərpa olunur.
III dərəcəli donma soyuğun uzun müddətli təsirindən və toxumalarda hərarətin çox aşağı düşməsi nəticəsində baş verir. İsidilmənin ilk günlərindən (bəzi hallara 6–12 saatdan sonra) hemorragik tərkibli suluqlar müşahidə olunur. Zədələnmiş nahiyədə ağrılar həddindən artıq intensivləşir və davamlı olur. Dərinin bütün qatları məhv olur. Tündləşən və məhv olmuş (ölmüş) toxumalar 2–3 həftəyə bədəndən ayrılır və bir ayın ərzində yara sağalıb bitişir. Sağaldıqdan sonra dəri təzə kobud toxumalarla örtülür (qranulyasiya olunur) və çapıq yeri qalır. Düşən dırnaqlar uzanmır və ya deformasiyaya uğrayır (formasını dəyişir).
IV dərəcəli donma soyuğun çox uzun müddətli təsirindən və toxumalarda hərarətin həddindən artıq aşağı düşməsi nəticəsində baş verir. IV dərəcəli donma I–II–III dərəcəli donma əlamətləri ilə yanaşı gedə bilər. II–III dərəcəli donmadan fərqli olaraq IV dərəcəli donmada suluqlar olmur, donmuş nahiyə daha soyuq və əhəmiyyətli dərəcədə şişkin olur, hissiyyat itir. Donmuş ətrafların dərisi kəskin göyərmiş, bəzən mərmərəbənzər və soyuq olur. Zədələnmiş nahiyəni isidən kimi şişkinlik tez bir zamanda çoxalır. Dərinin bütün qatları, yumşaq toxumalar, bəzi hallarda sümük və oynaqlar da məhv olur. Daha sonra quru (mumifikasiya) və ya yaş qanqrena inkişaf edir.
- DONMADA İLK YARDIM
Zərərçəkənin vəziyyətini qiymətləndirin. DRCABD alqoritminə riayət edin.
Diqqət! DRCABD alqoritmində hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və təhlükəni aradan qaldırmaq.
Qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin.
Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə keçin.
! Donmadan şübhələndikdə, zərərçəkəni mümkün qədər tez ixtisaslaşdırılmış tibbi yardım mərkəzlərinə və ya cərrahi şöbəsi olan xəstəxanalara çatdırın. Zərərçəkən nə qədər tez çatdırılsa, bir o qədər də az fəsadlar olar.
Şaxtada qan damarlarının spazması (daralması) baş verir və don vuran nahiyədə qan dövranı məhdudlaşır və lazımi qədər qanla təchiz olunmadığına görə orqanizm soyuğa müqavimət göstərə bilmir, tədricən soyuyub donma-ğa başlayır. Büna görə zərərçəkənə ilk yardımın göstərilməsində məqsəd bədənin donmuş nahiyəsində pozulan qan dövranını bərpa etmək, zərərçəkəni isitmək və onu infeksiyadan mühafizə etməkdir.
İlk yardımın göstərilməsində əsas məqsəd:
- soyumanı dayandırmaq;
- donmuş nahiyəni isitmək;
- donmuş nahiyədə pozulan qan dövranını bərpa etmək;
- infeksiyanın qabağını almaq.
Donmada yardımın məqsədi qan dövranının bərpa edilməsidir və burada əsas prinsip zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan qorumaqdır.
- Soyumanı dayandırmaq (zərərçəkəni isti saxlamaq)
Əgər xəstəxanadan bir saatlıq məsafədəsinizsə, zərərçəkəni ləngimədən (donmuş sahəni qızdırmadan) xəstə-xanaya çatdırın. Zərərçəkənin xəstəxanaya çatdırılması yubadılarsa, passiv yardım göstərin, yəni soyumanı dayan-dırın (zərərçəkəni isti saxlayın). Aktiv yardım (aktiv isitmə) xəstəxanada aparılacaq.
* Təcili tibbi yardım xidmətini aktivləşdirin.
* Donmadan qoruma tədbirlərinə və onun ilk əlamətlərinə ciddi yanaşın və ləngimədən yardım göstərin.
* Gəzintiyə çıxdıqda həddindən artıq soyuma və ya donma hiss etdikdə, isinmək və don vuran yeri qiymətlən-dirmək üçün isti yerə (dükan, çayxana, mənzil) gedin. Şərf və ya palto yaxalığı ilə yanaqları, burunu, çənəni və boyunu qoruyun. Əllərdə və ayaqlarda ağrılar olduqda onları aktiv şəkildə tərpədin. Əlləri dəri-dəri kontaktı ilə qoltuq altında və ya sinədə qızdırın. Əlləri sıxıb açmaqla, ayaqları isə hərəkət edib, bir ayaqdan digər ayağa atılıb düşməklə də isitmək olar. Ayaqların donu açılandan sonra da bir müddət zərərçəkənə gəzməyə icazə verməyin.
* Donmuş, yaş, dar paltarları və zinət əşyalarını çıxarın.
- Donmuş ətraflardan ayaqqabıları, corabları və əlcəkləri çıxarın.
- Donmuş və yaş nahiyəni əvvəlcə quru əski ilə qurudun. Don vurmuş nahiyə ilə ehtiyatlı olun.
- Zərərçəkənə quru paltar geyindirin və üstünü örtün (ədyal, paltar, palto və s.).
- Meşədə olduqda ocaq qalayın, yaş paltarları qurudun, özünüz isə tonqaldan qızının və hərəkət edin.
* Zədələnmiş nahiyəyə steril quru sarğı qoyun. Sarğı kip olmamalıdır.
- Zədələnmiş nahiyəyə istini pis keçirən sarğı qoyun. Bir qat tənzif, qalın pambıq qatı, təkrarən bir qat tənzif və üzərinə istini pis keçirən material (müşəmbə, polietilen paket) qoyub sarıyın. Əl və ya ayaq barmaqları donmuşsa, onların arasına pambıq və ya tənzif qoyun.
* Huşu aydın olan zərərçəkənə isti çay, isti yemək verin. Tütün çəkmədən, spirtli içkilərdən və qəhvədən istifa-də etməyin.
* Dərin donma zamanı donmuş ətrafa sarğı qoyub, sonra, hərəkətsizləşdirin şinlə immobilizasiya edin. Bununla siz donmuş toxumaları və qan damarlarını zədələnmədən qoruyarsınız.
- Donmuş nahiyəni isidin
Zərərçəkənin xəstəxanaya çatdırılması yubadılarsa, donmuş nahiyəni təcili isidin. Bədənin donmuş hissəsini
birdən-birə və birbaşa isitməyin (açıq alov, isti butulka, isti suya salmaq, isidilmiş kərpiclə isitmək). Belə halda hüceyrələr tez məhv olur və toxumaların çürüməsi baş verir. Donmuş nahiyədə qan dövranının bərpasını tədricən, yavaş-yavaş həyata keçirin. Donmuş nahiyənin isinməsi qan dövranının bərpası nəticəsində baş verməlidir. Bu cür isidilmə donmuş nahiyənin daha tez sağalmasına səbəb olur.
* İlıq suda isidilmə ən təsirli və etibarlı üsuldur:
- zədələnmiş ətrafları ehmalca temperaturu 20°C olan suya (vannaya, ləyənə) salın;
- təxminən 10 dəqiqə müddətində suyun temperaturunu 38–41°C-ə qədər qaldırın;
- çalışın suyun istiliyi 41°C artıq olmasın və bu temperaturda qalsın;
- zədələnmiş ətrafda dəri yumşaq, elastik, çəhrayı rəngdə olana və əl vurduqda istilik hiss edilənə qədər isti suda (azı 40 dəqiqəyə qədər) saxlayın;
- toxumaların sonrakı zədələnməsinin qarşısını almaq üçün zədələnən nahiyəni suya qoyarkən qabın dibinə və ya divarlarına dəyməsinə imkan verməyin;
- ilıq suda isidilmənin təsirini artırmaq üçün suda ətrafları barmaqların ucundan başlayaraq, yuxarıya doğru yüngül masaj edin;
- ətrafları sudan çıxardıqdan sonra onları qurudub, isti bükün;
- heç bir mazdan istifadə etməyin;
- isti su olmadıqda, donmuş ətrafları bədənin isti yerlərinə yaxın saxlayın (budların arasına və s);
- bədənin açıq yerlərinin (burun, yanaqlar) avazıması və ya göyərməsi zamanı onları quru ovuclarınızla qızara-na qədər isidin;
- üz kimi açıq nahiyələrə təzyiq göstərmədən quru əlləriniz və ya quru əlcəyinizi qoyub isidin.
Diqqət! Əgər diskomfort hissi yaranırsa, deməli, su həddindən artıq istidir.
Nəzərə alın ki, donmuş nahiyəni isidəndə orada şiddətli ağrılar ola bilər.
- Təkrar donmaya yol verməyin
Əgər isidilmiş nahiyəni təkrar donmadan qoruya bilməyəcəksinizsə, don vurmuş nahiyəni isitməyə çalışma-yın. Təkrar donvurma toxumaların daha tez zədələnməsinə səbəb olur.
- Donmuş yeri masaj etməyin və ovuşdurmayın
- Zədələnmiş nahiyəni əllə ovuşdurmayın, sürtməyin və ona təzyiq göstərməyin. Zədələnmiş yerlə ehtiyatlı davranın. Dəri daxilində iti su kristalları olduğuna görə dərində yerləşən toxumalar zədələnir.
- Zədələnmiş nahiyəni yaş əllərlə (əlcəklə), spirtlə və qarla sürtməyin. Bu, dərinin daha da soyumasına, dəridə cızıqların əmələ gəlməsinə və onların infeksiyalaşmasına səbəb olur və dərində yerləşən toxumaları zədələ-yir.
- Suluqları deşməyin
İlk yardımı göstərib qurtaran kimi, zərərçəkəni xəstəxanaya çatdırın.
- KONTAKT DONMA
Bədənin açıq nahiyələrinin – 40°C qədər soyumuş metal əşyalarla təmasda olması həmin nahiyələrin donma-sına gətirib çıxarır. Təmasda olan nahiyə metal əşyanın üst təbəqəsinə yapışır. Belə donmalara kontakt donma deyi-lir. Bu kontaktın az müddətli olması nəticəsində donma II və III dərəcəli olur.
Zədələnmədən baş vermiş yaraya termiki yanıqlardakı kimi münasibət göstərilməlidir.