UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Sağlam qida / MƏQALƏLƏR
Təhlükəsiz qidalanma üzrə faydalı tövsiyələr
- Tez xarab olan ət, toyuq, balıq kimi qidaları alış-verişin sonunda alın. Əgər tez zamanda istifadə etməyəcəksinizsə, ən çox 2 saat, isti havada isə, 1 saat ərzində soyuducuya yerləşdirin.
- Mənşəyi bilinməyən süd əvəzinə, pasterizə olunmuş südlərə üstünlük verin.
- Paxlalı və taxıl məhsulları alarkən nəmli, böcəkli, kiflənmiş olmadığına diqqət yetirin.
- Yemək hazırlayarkən qida təhlükəsizliyinə riayət edilməlidir.
- Qida məhsullarını istifadədən əvvəl təmiz yuyun.
- Qida məhsullarını doğrayarkən fərqli lövhə və bıçaqlardan istifadə edin.
- Yumurtaları istifadədən öncə su ilə yaxşıca yuyun. Salmonellyoza yoluxma (yumurta, ət məhsullarında rast gəlinən bakteriya) təhlükəsinin qarşısını almaq üçün onları yüksək temperaturda bişirin.
- Bıçaq, doğrama taxtası, qab-qacaq və mətbəx mebelinin səthi qaynar su ilə yuyulmalıdır.
- Yeməyi müvafiq temperaturda bişirin. İsti yeməkləri 600 və yuxarı temperaturda istifadəyə verin.
- Soyuq qəlyanaltıları 50 və aşağı temperaturda saxlayın.
- Artıq qalan yeməkləri xüsusən isti aylarda otaq temperaturunda çox saxlamayın və tezliklə soyuducuya qoyun.
- Əgər artıq qalan yemək çoxdursa və sizə 1 porsiya lazımdırsa, o zaman yeməyin hamısını qızdırmayın, sizə lazım olan porsiya qədər digər qaba tökərək qızdırın.