MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Zərərçəkənə ürəyin və tənəffüsün qəfləti dayanmasının (klinik ölümün) ilk dəqiqələrində hadisə yerində ilk yardımı ancaq bədbəxt hadisənin bilavasitə şahidi göstərə bilər. Çox vaxt hadisə baş verərkən yaxınlıqda heç kim olmur və ya zərərçəkən gec aşkar olunur. Döş qəfəsinin kompressiyası, tənəffüs yollarının keçiriciliyinin təmin edilməsi və ağciyərlərin süni ventilya-siyasının birgə aparılması ürək-ağciyər reanimasiyası (ÜAR) adlanır. Reanimasiya – yenidən həyata qaytarma, diriltmə, canlandırma deməkdir. Ürəyin qəfləti dayanmasının ilk 4–6 dəqiqəsində (klinik ölüm vaxtı) aparılan ÜAR zərərçəkənin həyat fəaliyyətini bir müddət təmin edir və bəzi hallarda qəflətən öləni yenidən həyata qaytarır (diril-dir). Ürəyin defibrilyasiyası diriltmə şansını artırır. Qəfləti ölənin ürək fəaliyyəti, tənəffüsü və huşu bərpa olunarsa o, yenidən həyata qaytarılmış hesab olunur.
Ürək-ağciyər reanimasiyasının defibrilyasiya ilə birgə aparılması ilk yardımın əsasını təşkil edir və DRCABD alqoritmində öz əksini tapmışdır.
DRCABD – həyat fəaliyyətini təmin edən əsas tədbirlər alqoritmidir.
D Danger – Diqqət təhlükə! (Təhlükəsizliyi qiymətləndirmək)
R Responsiveness – Reaksiya (qıcıqlara cavab reaksiyasını, huşun olub-olmadığını yoxlamaq)
C Circulation – Canlandırma (döş qəfəsinin kompressiyası – ürəyin qapalı masajını aparmaq və
qanaxmanı dayandırmaq);
A Airway – Açıq tənəffüs yolları (tənəffüs yollarının keçiriciliyini bərpa etmək)
B Breathing – Birbaşa nəfəs vermək (ağciyərlərin süni ventilyasiyasını aparmaq)
D Defibrillation – Defibrilyasiya (defibrilyatorla elektrik cərəyanı (elektroşok) verib, ürəyin fəaliyyətini
bərpa etmək)
Bu alqoritmdə hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və təhlükəni aradan qaldırmaq. Hadisə yerinin təhlükəsizliyini qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin. Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə keçin.
Ürək-ağciyər reanimasiyası (ÜAR) vərdişlərinin cаnlı insаn üzərində öyrənilməsi təhlükəlidir.
Тəcrübə üçün mаnеkеn və fantomlardan istifаdə еdin. Biliklərinizi hər iki ildən bir təzələyin.
İlk yardım göstərərkən təşvişə düşməyin və tibbi yardımın göstərilməsini DRCABD alqoritminin ardıcıllığını pozmayaraq həyata keçirin. Əvvəlcədən hadisə yerinin təhlükəsizliyini qiymətləndirin (Danger – diqqət təhlükə!), qıcıqlara cavab reaksiyasını (Responsiveness – reaksiya) yoxlayın və normal/qeyri-normal tənəffüsə görə dəyərlən-dirib, növbəti addımı atın.
Ürəyin qəfləti dayanmasında hadisə yerinin təhlükəsizliyinin qiymətləndirilməsi, qıcıqlara cavab reaksiya-sının yoxlanılması, tənəffüsün və nəbzin təyin edilməsi 10 saniyəyə tamamlanmalıdır.
- TƏHLÜKƏSİZLİYİN QİYMƏTLƏNDİRİLMƏSİ
Həyat fəaliyyətini təmin edən əsas tədbirlər olan DRCABD alqoritminin yerinə yetirilmə ardıcıllığında birinci “D” mərhələsi – Diqqət təhlükə (Danger!) – Təhlükəsizliyin qiymətləndirilməsidir.
DRCABD alqoritmində hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və təhlükəni aradan qaldırmaq.
Qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin.
Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə keçin.
- Xilasedicinin təhlükəsizliyi (Rescuer Safety)
Xilasetmə əməliyyatlarını həyata keçirərkən ən vacibi xilasedicinin ikinci qurbana çevrilməməsidir.
Xəstələrə və zərərçəkənlərə ilk yardım göstərən insan (bundan sonra – xilasedici) özü də təhlükəyə məruz qala bilər. Təhlükə riski xilasedicini hər an izləyir.
Buna görə də yardım göstərməzdən əvvəl hadisənin şahidi olub-olmamağınızdan asılı olmayaraq, öz təhlükə-sizliyinizi, sonra isə zərərçəkənin təhlükəsizliyini təmin edin. Hadisənin şahidi olduqda belə, tələsmədən öz təh-lükəsizliyinizə (elektrik xətti, zəhərləyici maddə, ilan, əqrəb və s. ola bilər) əmin olduqdan sonra yardım göstərin.
* Hadisə yerinin təhlükəsizliyinin qiymətləndirilməsi
Xilasedicinin təhlükəsizliyi hadisə yerinin və onun ətrafının (hadisə yeri, yol hərəkəti, hava, elektrik xətləri, ildırım) qiymətləndirilməsi ilə başlayır. Xilasedici hadisə yerinə daxil olmamış hadisə yeri haqqında məlumat toplamalıdır.
Xilasedici üçün ən vacibi özünün sağlamlığı və təhlükəsizliyidir. Hadisə yerində zərərçəkənə yaxınlaşmağın təhlükəsiz olub-olmadığını əvvəlcədən bilmək lazımdır.
Hadisə yerində iki və daha çox huşsuz vəziyyətdə zərərçəkən olduqda (zəhərləyici qaz, toksiki maddə və s.), həmin əraziyə xüsusi qeyimlə daxil olmağınız məsləhətdir.
Bəzi hallarda hadisə yerinə daxil olmaq təhlükəlidir: əraziyə qaz sızması; toksiki maddələrlə təmas (sintetik materialların yanması nəticəsində əmələ gələn toksiki maddələr, tüstü, zəhərləyici qazlar və s.); dağıntıların başver-mə təhlükəsi; kəsici alətlərin olması; elektrik cərəyanı təhlükəsi; yanğın; partlayıcı əşyaların olması; ağır avadanlıq və texnikanın istifadəsi ilə aparılan xilasetmə əməliyyatları; zərərçəkən tərəfə gedən yol örtüyünün təhlükəli olması (su, buz, sürüşkən yer, qeyri-sabit yol, bataqlıq, palçıq və s.); nəqliyyat vasitələrinin intensiv hərəkəti; hava şəraiti; elektrik xətlərinin mövcudluğu; ildırım; qablardan (butulka, şüşə, plastik qab və s.), nəqliyyat vasitələrindən (çən) zəhərləyici kimyəvi materialların və toksiki maddələrin tökülüb ətrafa yayılması; yol-nəqliyyat vasitəsinin qeyri-stabil (aşma təhlükəli) olması və s.
Hadisə yerində üzərində xəbərdaredici nişan olan hər hansı bir çənə, konteynerə, alovun, tüstünün olmasına, şübhəli mayenin yerə tökülməsinə fikir vermək və hər zaman diqqətli olmaq lazımdır. Bəzi hallarda xilasedicilərin təhlükəsizliyini təmin etmək üçün müvafiq xidməti qurumlara müraciət edilməlidir. Xilasedicinin təhlükəsizliyi təmin olunduqdan sonra o, hadisə yerinə daxil olub yardım göstərə bilər.
Tüstü və ya kimyəvi maddələr havada olan oksigeni əvəz etdiyinə və özünə birləşdirdiyinə görə oksigen çatışmazlığı yarada bilər. Bu da xilasedici üçün çox təhlükəli hesab olunur. Hətta cinayət törədilən hadisə yerində xilasedici təcavüzə məruz qala bilər. Ona görə zərərçəkənə yaxınlaşmazdan əvvəl hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinin təhlükəsizliyini təmin etməlidirlər.
* Ağır əşyaların və zərərçəkənlərin qaldırılması zamanı təhlükəsizliyin qiymətləndirilməsi
Xilasedicilər ağır əşyaların və zərərçəkənlərin qaldırılması və yerdəyişməsi zamanı lazımi üsullardan istifadə etmədikdə müxtəlif xəsarətlər ala bilərlər. Ən ağır xəsarət onurğanın zədələnməsidir. Ağırlıq qaldırarkən əsas güc onurğa sütununa (belə) yox, ayaqlara düşməlidir. Yükün ağırlıq mərkəzi mümkün qədər xilasedicinin bədəninə ya-xın olmalıdır. Yerdəyişmə zamanı dönmə hərəkəti ayaqlarla həyata keçirilməlidir (gövdəni, onurğanı çevirmədən). Əgər yükün ağırlıq mərkəzi xilasedicinin belindən aşağı və ya çiynindən yuxarı düşərsə, xəsarət alma riski artar. İmkan olan yerdə yükü dartmaq yox, itələmək məqsədəuyğundur.
Diqqət! Ağırlıq qaldırarkən onurğa düz olmalı, güc ayaqlara düşməli, yükün ağırlığı gövdəyə yaxın olmalı, yüklə dönmə hərəkəti isə ayaqlar vasitəsilə həyata keçirilməlidir.
* Yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazinin təhlükəsizliyi
Yol-nəqliyyat hadisələri xilasedicilərin həyatı üçün bir çox təhlükələr yarada bilər: yanğın, təhlükəli materi-alların və yanacaq çəninin partlaması, elektrik cərəyanı təhlükəsi, nəqliyyat vasitələrinin intensiv hərəkəti və s. Belə hallarda ilk yardım göstərilməsi üçün hadisə yerinə daxil olmazdan əvvəl hadisə yerinə yol-nəqliyyat hadisə-lərinin nəticələrini aradan qaldırmaq üçün xüsusi hazırlıq keçmiş müvafiq orqan əməkdaşları dəvət olunmalıdırlar.
* Bioloji substansiyalardan və yoluxucu xəstəliklərdən qorunmaq
Zərərçəkənin bütün ifrazatları (selik, qusuntu, sidik, nəcis, qan və s.) infeksiya mənbəyi kimi qiymətləndiril-məli və onlarla təmasın qarşısı alınmalıdır. Xilasedici özünü yoluxucu xəstəliklərdən qorumalı, bunun üçün qoru-yucu vasitələrdən, geyimlərdən, birdəfəlik maskadan və əlcəkdən istifadə etməlidir.
CAB (Canlandırma, Açıq tənəffüs yolları, Birbaşa nəfəs vermək) reanimasiyası zamanı xilasedicinin infeksi-yalara yoluxma ehtimalı mümkündür, lakin bu risk çox azdır. Hadisələrin 80%-i ev şəraitində, yaxın qohum və ailə üzvləri arasında, ən çox da kiçik yaşlı uşaqlarda rast gəlinir. Ailə üzvləri öz yaxınlarına ağızdan-ağıza süni tənəffüs verib, həyata qaytarmağı xəstəliyə yoluxmaqdan üstün tuturlar.
“Ağızdan-ağıza” süni tənəffüs üsulu effektli və təhlükəsiz olub, bir çox insanın həyatını xilas etmişdir. Onil-liklərlə aparılan təcrübələr bu metodun həm zərərçəkənlər, həm də xilasedicilər üçün təhlükəsiz olduğunu sübut etmişdir. Zərərçəkən reaksiya vermirsə və ya onda tənəffüsün dayanması müşahidə olunursa, təcili həyata keçirilən “ağızdan-ağıza” süni tənəffüs zərərçəkənin həyatını xilas edə bilər.
Xilasedicinin zərərçəkənlə kontaktı (təması) qısa müddətli olduğu üçün, “ağızdan-ağıza” süni tənəffüs zamanı infeksiyanın ötürülmə riski olduqca azdır. Buna baxmayaraq ağciyərlərin süni ventilyasiyasını (ASV) apararkən qoruyucu vasitələrdən və ya xüsusi maskalardan istifadə etmək məqsədəuyğundur. Digər tərəfdən, süni tənəffüsün ləngidilməsi yolverilməzdir. Belə hallarda xilasedicinin necə hərəkət edəcəyi onun özündən asılıdır.
DRCABD-ı həyata keçirərkən qoruyucu sədd vasitələrdən və ya birtərəfli qapaqlı (klapan) olan maskadan istifadə edilməsi tövsiyə edilir. İki qoruyucu vasitə qrupu mövcuddur: maskalar və üz üçün qoruyucu örtüklər. Zərərçəkənin nəfəsi ilə təmasda olmamaq üçün maskaların böyük əksəriyyəti birtərəfli qapaqla (klapanla) təchiz edilmişdir.
Xəstəliklərdən qorunmaq üçün gigiyena qaydalarına əməl etmək lazımdır (əlləri sabunla yumaq, təmizliyə riayət etmək, vaxtlı-vaxtında çimmək, dezinfeksiyaedici məhlullardan geniş istifadə etmək, istifadədə olan tibbi avadanlığı təmiz saxlamaq və s.).
Mikrobların yayılmaması üçün ilk yardım göstərməzdən əvvəl və sonra əllərinizi yuyun. Əlləri azı 20 saniyə axar su altında sabunla yuyub yaxalayın. Əllərin təkrarən çirklənməməsi üçün əllərinizi təmiz dəsmal, salfetlə, quruducu cihazla və s. qurutduqdan sonra kranı kağız salfetlə bağlayın. Sabun olmadıqda əvəzinə müxtəlif dezin-feksiyaedici məhlullardan istifadə edin.
Xilasedici ilk yardım göstərərkən xalat, əlcək, gözlük (eynək) və maskadan istifadə etməlidir. Əllərinizdə sıyrıntı, çat və ya kəsik olarsa mütləq əlcək geyinin. Əlcək olmadıqda sukeçirməyən material (polietilen paket) geydikdən sonra zərərçəkənə yardım göstərin. Qoruyucu vasitə olmadıqda yaranı sarıdıqdan sonra əllərinizi təmiz yuyun. Doğuş zamanı və ya çoxlu ifrazat olduqda (qan, nəcis, qusuntu və s.) xalatdən istifadə etmək məsləhətdir. Üz maskası isə həmişə lazım olan qoruyucu vasitədir.
* Aseptika və antiseptika
Antiseptika – yaraya düşmüş mikrobların müxtəlif üsullarla məhv edilməsidir.
Aseptika – yaraya mikrobların düşməsinin qarşısını almaq üçün görülən profilaktik tədbirlər sistemidir.
Yaraların mikrobla çirklənməsinin qarşısının alınmasında antiseptika və aseptikanın əhəmiyyəti böyükdür.
İlk yardım mərhələsində yaraya mikrobların düşməsinin qarşısını almaq üçün yara ilə təmasda olan bütün vasitələrin təmiz olması vacibdir. Sarğı materialının yara ilə təmasda olan hissəsinə əl və digər vasitələrlə toxunma-yın. İmkan olduqda steril əlcəkdən istifadə edin və əllərinizi təmiz yuyun. Maska olmadıqda yardım göstərərkən, ağızdan yaraya mikrobların düşməməsi üçün yaranın üzərinə danışmayın, öskürüb-asqırmayın.
Zərərçəkənə yardım göstərdikdən sonra istifadə olunmuş ləvazımatlar – əlcəklər də daxil olmaqla, polietilen paketlərə və ya tullantılar üçün nəzərdə tutulmuş xüsusi konteynerlərə atılmalıdır. Hadisə yerində tapılan odlu silah, kəsici-deşici alət və vasitələri hüquq-mühafizə orqanının nümayəndəsi gələnə qədər olduğu kimi saxlayın.
* Geyim ləvazimatlarının soyunma qaydaları
Əlcəklər bilək nahiyəsindən tutulub tərs üzünə çevirməklə çıxarılır. Əlcəyi manjet tərəfindən tutub çıxarın və əlcəkli əlinizdə saxlayın. Əlcəksiz əlinizin iki barmağını əlcəkli əlinizin manjetinin içərisinə yerləşdirin. Birinci əlcək ikinci əlcəyin içərisində qalmaq şərti ilə onu əlinizdən çıxarın. İşlənmiş əlcəkləri xüsusi konteynerə (bioloji təhlükəli tullantılar qutusu) qoyun. Konteyner olmadıqda, bioloji təhlükəli tullantılar üçün ayrılmış yerə qablaşdı-rın.
Maska və xalat mədə, qan və s. möhtəviyyatla bulaşdıqda eyni qayda tətbiq olunur (tərs üzünə çevirməklə soyunmaq lazımdır). Xilasedicilərin bəzi xəstəliklərə (tetanus, hepatit-B, vərəm və s.) qarşı peyvənd olunması məsləhət görülür.
- Zərərçəkənin təhlükəsizliyi
Zərərçəkəni yerindən yalnız ehtiyac olduqda tərpədin. Zərərçəkənin vəziyyətinin ilkin qiymətləndirilməsi hadisə yerinin qiymətləndirməsindən və xilasedicinin hadisə yerinə yaxınlaşma anından başlayır. Xilasedici hadisə yerinə baxış keçirib, öz təhlükəsizliyinə əmin olduqdan sonra, zərərçəkənin və ətrafdakı müşahidəçilərin həyatına əlavə təhlükə olmadığını müəyyən edir.
Əgər ilk yardım yanan evin, elektrik xəttinin yaxınlığında və ya suda göstərilməlidirsə, xilasedici öncə özünə və zərərçəkənə təhlükəsiz yer seçməlidir.
Vaxt itirmədən zərərçəkənə hadisə yerində ilk yardımın göstərilməsi daha səmərəlidir. Yardımın keyfiyyətli göstərilməsi mümkün olmadıqda (məsələn suda defibrilyasiyanın aparılması və s.), zərərçəkənin yerdəyişməsini etmək olar. Baş və boyun nahiyəsindən travma almış zərərçəkəni tərpətmək və silkələmək olmaz, çünki belə hərə-kətlər onurğa beyninin zədələnməsinin ağırlaşmasına səbəb ola bilər.
Travma almış zərərçəkəni təhlükəsiz ərazidən başqa yerə köçürmək olmaz. Ümumiyyətlə, zərərçəkən nəfəs alırsa, qanaxması dayandırılıbsa və başqa təcili ilk yardıma ehtiyacı yoxdursa o, təcili tibbi yardım briqadası gələ-nədək yerindən tərpədilməməlidir.
Kütləvi hadisələrdə (zərərçəkənin sayı üç nəfərdən artıq olarsa) birinci növbədə həyat fəaliyyətinin təmin
olunmasına ehtiyacı olanlar müəyyən olunmalı və ilk növbədə onlara DRCABD alqoritmi əsasında tibbi yardım göstərilməlidir. Xilasedici hadisə yerində qan içində kömək istəyən zərərçəkəni görüb, ona kömək göstərməyə tələsərək özünün və zərərçəkənin təhlükəsizliyini təmin etməyi unutmamalıdır.
Xilasedici ilk növbədə hadisə yerinə ümumi baxış keçirməli və hadisə yerini qiymətləndirərək, bu barədə
məlumatı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” Çevik reaksiya idarəsinə (tel.: 112 qaynar xətt) çatdırmalıdır.
Hadisə yerinin təhlükəsizliyini müəyyən etdikdən sonra təhlükə olarsa, təhlükəni aradan qaldırmaq və ya zərərçəkəni təhlükəsiz yerə keçirmək lazımdır. Məsələn, yanma təhlükəsi olan nəqliyyat vasitəsində xilasetmə işləri yalnız xilasedicilər üçün təhlükə olmadıqda həyata keçirilməlidir. Yanma təhlükəsi olan avtomobilin akkumulyato-runun mənfi (–) naqili dərhal ayrılmalı və qəzaya uğramış nəqliyyat vasitəsinin stabil (sabit və tərpənməz) vəziyyətdə saxlanması üçün müvafiq tədbirlər görülməlidir.
Daha sonra zərərçəkən təcili olaraq (ilk yardım göstərilmədən) nəqliyyat vasitəsindən çıxarılmalıdır. Zərər-çəkən nəqliyyat vasitəsindən uzaqlaşdırıldıqdan sonra təhlükəsiz yerə aparılmalı və orada ona ilk yardım göstəril-məlidir. İlk yardım göstərilərkən meteoroloji amillər (soyuq hava, külək, yağış və s.) nəzərə alınmalıdır, çünki bunlar zərərçəkənin səhhəti üçün ciddi problemlər yarada bilər.
Diqqət! Xilasedici üçün hər hansı bir təhlükə olduqda risk etmək məsləhət görülmür.
Birinci yerdə xilasedicinin, ikinci yerdə zərərçəkənin, üçüncü yerdə digər insanların təhlükəsizliyi durur.