VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Uşaq travmaları / MƏQALƏLƏR

Yaşama, sağ qalma zənciri

Xəstəxanayaqədərki dövrdə zərərçəkənin həyatı ona göstərilən ilk yardımın keyfiyyətindən asılıdır. Tez və yüksək keyfiyyətli ilk yardımın ardıcıl göstərilməsi əlillik və ölüm hallarının sayını azaldır. İlk növbədə həyatı vacib orqan və sistemlərin təhlükəli zədələnmələri müəyyənləşdirilərək , o istiqamətdə ilk yardım göstərilməlidir. Belə ki, tənəffüs yollarının tutulması (obstruksiyası)  beyinin oksigenlə təchizatını pozduğu-na görə daha tez ölümlə nəticələnir, nəinki hər hansı bir qanaxma. Bir sözlə, ilk yardımın göstərilməsi ardıcıl olmalı və ilk növbədə həyat fəaliyyətini təmin edən əsas tədbirlərin həyata keçirilməsinə yönəlməlidir. Bədbəxt hadisələr və qəfləti xəstəliklər müxtəlif yerlərdə və şəraitdə baş verə bilər. Həyat üçün ən təhlükəli hal və ölümü yaradan səbəb ürəyin və ya tənəffüsün qəfləti dayanmasıdır.

ABŞ və Kanadada ildə təqribən 350000 insana ürəyin qəfləti dayanması səbəbindən ilk yardım göstərilir. Onlardan təxminən yarısı ev şəraitində baş verir. Miokard infarktından baş verən ölümlərin 2/3 hissəsi xəstəxanayaqədərki dövrdə olur.

Bədbəxt hadisələr zamanı ilk yardımın göstərilmə şərtləri aşağıdakılardan ibarətdir:

- zərərçəkəni həyat üçün təhlükəli vəziyyətdən çıxarmaq;

- təcili tibbi yardım briqadası gələnə qədər ilk yardımın göstərilməsini davam etdirmək;

-  zərərçəkəni təcili tibbi yardım briqadasına təhvil vermək.

İlk yardımın göstərilmə ardıcıllığı böyüklərdə və uşaqlarda fərqlidir. Bu ardıcıllıq müasir tibbi praktikada “yaşama”, “sağ qalma” zənciri kimi (Chain of Survival) qəbul olunmuşdur.

Böyük yaş qrupuna (böyüklər) – yeniyetmələr (cinsi yetkinlik yaşından yuxarı uşaqlar) və böyüklər daxildir.

Uşaqlar qrupuna – yenidoğulmuşlar, körpələr (yenidoğulmuşla bir yaş  arasında olan uşaq) və bir yaşdan cinsi yetkinlik yaşına çatmamış uşaqlar daxildir.

Oğlanlarda cinsi yetkinlik əlamətlərinə döş qəfəsi, qoltuqaltı çuxur və qasıq nahiyəsində tüklərin olması, qızlarda – süd vəzisinin inkişafı aiddir.

Hər bir insan ürəyin və tənəffüsün qəfləti dayanması zamanı ilk yardım göstərməyə hazır olmalıdır. Ürəyin və ya tənəffüsün qəfləti dayanması qəfləti ölümlə nəticələnir. Qəfləti ölüm zamanı huş itir (qıcıqlara cavab olmur), tənəffüs dayanır, böyüklərdə və uşaqlarda yuxu və bud, körpələrdə isə bazu arteriyasında nəbz təyin edilmir. Ürəyin qəfləti dayanmasının ilk 4–6 dəqiqəsində geri dönməsi mümkün olan klinik ölüm, bu vaxt ərzində ilk yardımın göstərilməsi gecikərsə, geri dönməsi mümkün olmayan bioloji ölüm baş verir.

* Böyüklərdə ürəyin qəfləti dayanması ürəkdə olan səbəblərdən baş verir və birincilidir. Ürəyin qəfləti dayan-masının ilk 4–6 dəqiqəsində qanda ürək və beyin toxumasını lazımi miqdarda təmin edən oksigen olur. Bu səbəbdən vaxtında edilən döş qəfəsinin kompressiyası (sıxılması) klinik ölümün geri dönməsini mümkün edir. Əksər hallarda klinik ölümün müddəti ətrafdakı hərarət normal olduğu zaman 4–6 dəqiqə, soyuq şərait-də 10 dəqiqə, xroniki xəstəliyi olan insanlarda 3–4 dəqiqə davam edir.

* Uşaqlarda ürək dayanması adətən digər amillərdən (tənəffüs çatışmazlığı, bradikardiya, şok və s.) başvermə səbəbinə görə ikincili olur. Bu səbəbdən ürək dayanmasının qarşısını almaq üçün bu kimi problemli uşaq-ların vaxtında aşkar edilməsi vacibdir. Buna görə də uşaqlarda sağ qalma zəncirinin birinci addımı qeyri-ürək mənşəli xəstəlikləri vaxtında araşdırıb, qabaqlayıcı (profilaktik) tədbirlər görməkdir. Böyüklərdən fərqli ola-raq uşaqlarda ürək dayanmalarına gətirən tənəffüs çatışmazlığı, bradikardiya və şok qandakı oksigenin miq-darının azalmasına hətta ürək dayanmasından əvvəl səbəb olur. Uşaqların ürəyinin və beyininin lazımi miq-darda oksigenlə təmin edilməsi üçün döş qəfəsinin kompressiyası mütləq ağciyərlərin süni ventilyasiyası ilə ahəngdar (sinxron) şəkildə birgə aparılmalı və ikinci şəxsin köməkliyi ilə həyata keçirilməlidir.