MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Yaşlı insanlara, o cümlədən ahıllara qarşı zorakılığın nəticələri

Yaşlı nəsil üçün qəddar rəftarın nəticələri xüsusilə ağır ola bilər. Gənclərə nisbətən yaşlılar fiziki cəhətdən zəif və həssasdırlar, onların sümükləri daha kövrək olur və bərpası uzun zaman tələb edir. Daha kiçik zədələr belə, ciddi və sağalmaz nəticələrə gətirib çıxara bilər. Yaşlıların bir çoxu məhdud gəlir hesabına yaşadığından kiçik
məbləğdə pul itkisi də onlara təsir edir. Onlar təcrid edilə, kimsəsiz qala və xəstəlikdən əziyyət çəkə bilərlər. Belə hallarda onlar saxtakarlığa daha həssas olurlar. Yaşlı insanlarla pis rəftar daimi fiziki zədələnmək; narkotik və spirtli içki aludəçiliyi; immun sisteminin zəifləməsi; qida qəbulu və düzgün qidalanmamaq ilə bağlı xronik pozuntular; özünə zərər yetirmək və özünə qarşı etinasızlıq; depressiya; qorxu və daimi narahatlıq; intihara meyillilik və ölüm də daxil olmaqla, sağlamlıqla əlaqədar uzunmüddətli fiziki və psixoloji problemləri daha da artırır.

Yaşlı insanları, o cümlədən ahılları müalicə edən həkimin vəzifələri:
 kobud rəftar və ya etinasızlığa məruz qalanları
müəyyənləşdirməli kobud rəftarın nəticələrini peşəkarcasına qiymətləndirməli və
müalicəsini təşkil etməli
 obyektiv və qərəzsiz mövqe tutmalı
 statusuna uyğun olaraq, gözlənilən bütün kobud rəftar və ya
etinasızlıq halları barədə sosial xidmətlərə və ya hüquq mühafizə
orqanlarına xəbər verməli
 pasiyentlərin ailələri ilə qarşılıqlı əlaqə yaratmaq üçün cəhd
etməli (əksər hallarda həkim – ailə ilə uzunmüddətli əlaqəni
dəstəkləyən yeganə mütəxəssisdir)
 mümkün olduğu hallarda tibbi, sosial və psixi sağlamlıq
xidmətlərindən istifadə etməli
 yüksək riskli ailələrdə gərginliyi azaltmaq məqsədilə patronaj
yardımı göstərən ictimai dəstək xidmətlərini artırmalı