MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Yaşlı insanlara, o cümlədən ahıllara qarşı zorakılığın risk faktorları

Risk faktorlarına aiddir:
 məişət zorakılığı çox vaxt həyat yoldaşı tərəfindən edilir
 yaşlı insanları təhqir edən şəxslər (adətən, onların böyük övladları) daha çox yaşlılardan maliyyə baxımından asılı olub şəxsi problemlər yaşayırlar. Əksər hallarda onların şəxsi və əqli problemləri belə rəftara əsas səbəb olur. Bu şəxslər yaşlı insanlarla birgə yaşadıqda risk faktoru daha da artır
 ahıllarla birgə yaşayan ailə üzvləri pis rəftarlarını gizlətməklə onları ətraf mühitdən təcrid etməyə (sosial təcrid olunma) çalışırlar
 yaşlı insana qulluq edən şəxs yaşlı insanı xarakterinə görə sıxışdırır

Yaşlı insanları qorumalı, onların qayğısına qalmalı olan şəxslərin onlara qarşı kobud rəftarının səbəbləri arasında
narkotiklər və spirtli içkilərdən istifadə, psixi pozuntu, ictimai və mənəvi əxlaqa malik olmama, yardım etmək üçün vaxtın çatışmazlığı, həyata qəzəbli münasibət, pis əhval-ruhiyyənin olması, yaşlı insana hörmətsizlik, genetik irs, ailə həyatından narazı olma, yaşlı insana qulluqdan yorulma, yaşayış mülkiyyətindən narazılıq və s. xüsusi qeyd edilir. Yaşlı insanlara o cümlədən ahıllara tibbi və sosial qulluq Yaşlı insanlarla pis rəftar əksər hallarda səhiyyə və sosial xidmət göstərən işçilər tərəfindən aşkarlanır. Yaşlı insana qarşı zorakılıq edilən ailələr aşkarlandıqda həkim və sosial xidmətlər öz diqqətini ora yönəltməli və vacib yardımları göstərməlidirlər.

Tibb işçiləri aşağıdakı əlamətləri gördükləri halda pasiyenti ehtimal olunan zorakılığa məruz qalmasına görə müayinə etməlidirlər:
 xəsarət alma və ya xəstələnmə vaxtı ilə müqayisədə tibbi yardım almaq üçün gec müraciət edilməsi
 alınan zədənin izahı və ya xəstəliyin vəziyyəti haqda pasiyent və ya onun qəyyumu tərəfindən yanlış və ya aydın olmayan məlumatın verilməsi
 pasiyent və qəyyum tərəfindən xəstəliyin tarixi haqqında müxtəlif məlumatların verilməsi
 xronik xəstəliklərin ağırlaşması nəticəsində ev şəraitində qulluq və dərman vasitələrindən istifadəyə baxmayaraq, tez-tez təcili yardım şöbəsinə müraciət edilməsi
 funksional pozuntuları olan çox yaşlı pasiyentlərin müəssisəyə qəyyumsuz gəlmələri
 xəstəlik tarixi ilə laborator nəticələrin üst-üstə düşməməsi. Pasiyentin zorakılığa məruz qalmasına şübhə olduqda tibb işçisi aşağıdakıları etməlidir:
 pasiyentlərə fiziki zorakılıq, qulluğun olmaması və ya məhdud olması ilə bağlı təklikdə konkret suallar verməli
 zorakılıq edən şəxslə ayrıca söhbət etməli
 pasiyent və ehtimal olunan təcavüzkarla qarşılıqlı münasibətlərə xüsusi diqqət etməli
 pasiyenti tibbi, funksional, koqnitiv və sosial amillər üzrə hərtərəfli heriatrik müayinə etməli
 pasiyentdən onun sosial əlaqələri (rəsmi və qeyri-rəsmi) haqqında soruşmalı

Yaşlı insanlarla, o cümlədən ahıllarla qəddar rəftarın əlamətləri

Yaşlı insanlarla qəddar rəftarın əlamət və simptomları onlara qarşı edilən rəftarın formasından asılıdır. Cədvəl №3-də verilən pis rəftarın indikatorları həkimlər üçün faydalı təlimatdır. Amma bu, o demək deyil ki, bu əlamətlərdən hansısa birinin mövcudluğu qəddar rəftarın olmasını göstərir.