MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Yaşlı insanlara, o cümlədən ahıllara qarşı zorakılıq

 yaşlı insanların təqribən 4-6%-i evdə hansısa formada pis münasibətlə qarşılaşır
 yaşlı insanlarla pis rəftar ağır fiziki zədələrə və davamlı psixoloji nəticələrə gətirib çıxara bilər
 yaşlı insanlara qarşı məişət zorakılığına daha çox həmin insanların və ya onlara qulluq edən şəxslərin evlərində rast gəlinir. Qocalar evi, herontologiya şöbələri və digər tibbi-sosial müəssisələr kimi qapalı məkanlarda yaşlı insanlarla kobud münasibət də zorakılığın xüsusi formasıdır.
 zorakılığın müxtəlif formaları çox vaxt özünə qarşı etinasızlıqdan irəli gəlir. Yaşlı insan ərzaq, su, geyim, sığınacaq, şəxsi gigiyena, dərman vasitələri ilə özünü təmin edə bilmədiyi halda öz sağlamlıq və ya təhlükəsizliyinə qarşı laqeyd olur.
 60 və yuxarı yaşlı ahıl şəxslərin qlobal sayı iki dəfədən də çox artacaq – 1995-ci ildə 542 milyon nəfər olmuşsa, 2025-ci ildə bu rəqəm 1,2 milyarda çatacaq. Belə olduğu halda yaşlılara qarşı zorakılıq halları da arta bilər
Yaşlı insanlara qarşı pis rəftar – yaşlıların mənəvi ziyanına və kədərinə səbəb olacaq birdəfəlik və ya təkrarlanan, məsuliyyət tələb olunan yerdə müvafiq hərəkət və ya hərəkətsizlikdir. Yaşlı insanlara qarşı zorakılığın müəyyən edilməsini çətinləşdirən bir sıra səbəblər var:
 yaşlı insan yaxınlarına əlavə narahatlıq vermək, ailədə vəziyyətini gərginləşdirmək və tək qalmaqdan qorxur
 zorakılıq həyat yoldaşı və ya böyük uşaqları tərəfindən olursa, yaşlı insan utancaqlıq, alçaldılma, köməksizlik, öz hislərinə inamsızlıq, düzgün başa düşülməmək qorxusu hiss edir.
 ixtisaslaşdırılmış xidmətlərin mövcudluğu, qaynar xətlər, kənarda yardım ala bilmək imkanları haqqında məlumatın olmaması yaşlı insanların çoxunu ailədaxili konfliktləri haqqında danışmamağa məcbur edir
 məişət zorakılığı qurbanlarının çoxu onların qayğısına qalan yeganə qohumunu itirməkdən, qocalar evinə verilməkdən və daha tez ölümə səbəb ola biləcək hallardan qorxur.
 yaşlı insanlar müharibə, aclıq, mühasirə, şəxsi çətinliklər və dərdləri ilə müqayisədə onlarla edilən rəftarı ya inkar edirlər, ya da buna haqq qazandırırlar.
 sosial problemin gizli saxlanılmasının səbəblərindən biri də din amilidir. Yaşlı insanlar inanırlar ki, bu dünyada əziyyət çəkmək onlara axirətdə rahat həyat verəcək
 xüsusi qrup – hərəkət məhdudiyyəti, eşitmə, görmə, nitq, düşüncə zəifliyi olan yaşlı insanlar üçün problemli ailə cəmiyyətlə yeganə ünsiyyət vasitəsidir. Yaşlı əhaliyə qarşı zorakılıq ən gizli formalardan biridir. Yaşlı insanlarla sıx qohumluq əlaqəsi olan təcavüzkarın cəzadan yayındırılması problemin hüquqi həllini çətinləşdirir. Bəzən mənfi
münasibətlərin uzun müddət ərzində hüquq mühafizə orqanlarının diqqət mərkəzindən kənarda qalması məhz bununla izah olunur.
Yaşlı insanlara, o cümlədən ahıllara qarşı zorakılığa aiddir:
 zərbə endirmək, döymək, itələmək, silkələmək, sillə vurmaq, yandırmaq, boğmaq kimi fiziki zorakılıq aktları
 məcburi və ya razılıq vermək qabiliyyətinə malik olmayan şəxslə cinsi əlaqə (xoşagəlməz toxunuş və cinsi xarakterli yaxınlaşmanın bütün növləri – zorlama, təbii olmayan cinsi əlaqə, məcburi soyundurmaq və cinsi məzmunlu şəklin çəkilməsi)
 emosional və psixoloji təhqir (məsələn, söymək, hədələmək, qorxutmaq, alçaltmaq, ələ salmaq), ahılla körpə uşaq kimi davranmaq, “səssiz ünsiyyət” və ya ailəsindən, dostlarından və
daimi işlərindən uzaqlaşdırmaq.
 öhdəliklərə etinasız yanaşmaq (məsələn, yemək, geyim, şəxsi vasitələr və tibbi yardım, dərman vasitələri ilə təminat, hüquqi məsuliyyət daşıyan öhdəliklərdən olan qocalar evinin xidmətinin ödənilməməsi kimi digər lazımi şeylərdən insanı məhrum etmək)
 yaşlı insana görə fiziki və hüquqi məsuliyyət daşıyan şəxsin onu atması və ya tək qoyması
 yaşlı insanın maddi vəsait və əmlakından qeyri-qanuni istifadə etmək (yaşlı insanın imzasını saxtalaşdırmaq, pulunu oğurlamaq, pul və əmlakının ötürülməsi naminə onu aldadaraq sənədləri imzalatdırmaq)
 dərman vasitələrindən sui-istifadə ilə bağlı zorakılıq: qəsdən və ya bilməyərəkdən zəruri dərman vasitələri ilə təmin etməməklə və düzgün olmayan dozalarda verməklə insana fiziki və ya psixoloji ziyan vurmaq.