VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Ailə zorakılığının təsnifatı

Zərərçəkmiş və təcavüzkar arasında münasibətlərin xarakterindən asılı olaraq ailə zorakılığı aşağıdakı kimi təsnif edilə bilər:
* Valideynlər və digər tərbiyəçilər tərəfindən uşaqlara qarşı zorakılıq – uşaq sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə faktiki zərər vura bilən fiziki və/və ya emosional davranışın bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı özündə cəmləşdirir.
* Gender zorakılığı (həyat yoldaşı (partnyor) tərəfindən edilən zorakılıq) – fiziki, cinsi və psixoloji zərər və ya qadınlara əziyyət verən cinsi baxımdan törədilən və eyni zamanda istər ictimai, istərsə də şəxsi həyatda azadlıqdan məhrumetmə təhdidləri kimi zorakılıq aktı deməkdir.
* Yaşlı qohumlara və ailədə yaşayan ahıl insanlara qarşı zorakılıq – ailədən asılı xəstə olan yaşlı valideynlərə və ya daha yaşlı nəslə qarşı mənəvi, fiziki və cinsi zorakılıq törədilməsi, bununla da onlara emosional travma, fiziki zədə və s. kimi zərərlərin yetirilməsidir. Zorakılıq ilə bağlı ictimai fikirlərin stereotipləri:
* Yalnız az sayda qadın zorakılıqla üzləşir. Beynəlxalq statistikaya görə isə hər üç ailədən biri zorakılıqla üzləşir.
Azərbaycanda qadınların 13-20%-i ailədə zorakılığın olduğunu etiraf edir. Zorakılıq törədənlərin 80%-i kişilərdir. Arvada qarşı zor tətbiq edilən ailədə olan uşaqlar da ailə zorakılığının qurbanları sayılırlar.
* Zorakılıq yalnız az təminatlı və savadsız ailələr arasında yayılır – universitet tələbələri arasında aparılan tədqiqatın nəticəsinə görə ailə zorakılığı faktı 12-15% təşkil edir (Azərbaycanda Demoqrafiya və Sağlamlıq Sorğusu, 2006). Yüksək sosial-iqtisadi təminatlı qruplar daha çox zorakılıq faktlarını gizlətməyə meyil edirlər.
* Əksər hallarda zorakılığın baş verməsinə qadınlar səbəb olurlar – araşdırmalar göstərir ki, qadınların çoxu zorakılığın qarşısını almaq istəyir və daha çox tabe olur.
* Zədə görünən deyilsə, zorakılığı qeyri-ciddi hesab etmək olar – fiziki və cinsi zorakılıq çox vaxt izsiz ötüşür. Lakin emosional təsir adi məişət xəsarətindən daha ağır nəticələrə səbəb olur və uzunmüddətli müalicə tələb edir.
* Qadın istədiyi vaxt partnyorunu tərk edə bilər – qadınların çoxu baş verəcək nəticələrdən (həyat yoldaşlarını tərk etməyə cəhd edən qadınların 50%-i onlar tərəfindən öldürülür) qorxaraq çıxıb gedə bilmir, çoxlarının getməyə yerləri və ya ayrı yaşamaq üçün maddi imkanı olmur. Bunlardan başqa, zorakılığa məruz qalmış qadın özünü aşağı qiymətləndirir və müstəqil yaşamağın mümkünlüyünə inanmır.
* Qadına qarşı zorakılıq törədən şəxs psixi xəstədir – zorakılıq törədən kişilərdə psixi pozuntu müşahidə olunmur, onların 60%-i heç vaxt evdən kənarda aqressiv hərəkətlər etmir. Psixoaktiv maddələrdən istifadə zorakılıq riskini artırmasına baxmayaraq, zorakılıq hallarının 55%-i psixoaktiv maddələrdən istifadə etməyənlər tərəfindən törədilir.