MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Həyat üçün ən təhlükəli hal ürəyin qəfləti dayanmasıdır. Hadisə qəfləti baş verdiyi üçün zərərçəkənə ilk yar-
dımı ətrafda olan insanlar göstərməlidirlər. Sizin yanınızda kimsə özünü pis hiss edib, qəfləti huşunu itirərək yerə
yıxılır və ya oturacaqda oturduğu halda birdən tənəffüsü məhdudlaşır, nəfəs almır və ya qeyri-normal nəfəs alır
(o cümlədən aqonal tənəffüs), boğulur, təngnəfəs olur və qıcolmalar baş verirsə – bu, ürəyin dayanmasından və ya
dayanması təhlükəsindən xəbər verir. Qıcolmalar ürək dayanmasının tez-tez təsadüf edilən nəticəsidir.
- BÖYÜKLƏRƏ xilasedici TƏK OLDUQDA ÜAR-ın aparılması
Böyüklər qrupuna – yeniyetmələr (cinsi yetkinlik yaşından yuxarı uşaqlar) və böyüklər daxildir.
DRCABD alqoritminin yerinə yetirilmə ardıcıllığına riayət edin.
DRCABD alqoritmində hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və təhlükəni aradan qaldırmaq.
Qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin.
Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə keçin.
- Huşun, tənəffüsün və nəbzin olub-olmadığını müəyyən edin
* Hadisə yerinin təhlükəsizliyini qiymətləndirin. Təhlükə olarsa onu aradan qaldırın.
* Huşun olub-olmadığını müəyyən edin.
Təhlükə yoxdursa, zərərçəkənin huşunu – qıcıqlara cavab reaksiyasını yoxlayın. Ehtiyatla çiyinlərindən silkələyib yüksək səslə (ucadan) “Sizə nə olub?” – soruşun.
- Zərərçəkən huşunu itiribsə (qıcıqlara cavab vermir), ilk növbədə köməyə çağırın, təcili tibbi yardım xidməti-ni (TTYX) aktivləşdirin (112 və ya 103 nömrələrinə zəng edin), defibrilyatoru əldə edin.
Ucadan “Kömək edin! “Kömək edin!” – deyə qışqırın.
Köməyə gələn olduqda, komanda şəklində yardım göstərin.
- Köməyə gələn olmadıqda, tək yardım göstərin. Əgər 90 saniyə ərzində təcili tibbi yardım xidmətini (TTYX) aktivləşdirib, defibrilyatoru əldə edib, geri qayıtmaq mümkün deyilsə, vaxt itirmədən tez ÜAR-ı başlayın. Bəzi ölkələrdə avtomatik eksternal (xarici) defibrilyator (AED) aeroportlarda, vağzallarda, marketlərdə, taksofon (avtomat telefon) yanında quraşdırılır.
* Tənəffüsün olub-olmadığını müəyyən edin.
Zərərçəkənin çiyinlərindən silkələyib, “Sizə nə olub?” – soruşmaqla eyni zamanda tənəffüsün normal/qeyri-normal olduğunu dəyərləndirin. Zərərçəkənin tənəffüsündə hansısa bir problem olarsa, ləngimədən onun yuxu və ya bud arteriyasında nəbzin olub-olmadığını müəyyən edin. Hadisə yerinin təhlükəsizliyinin qiy-mətləndirilməsi, qıcıqlara cavab reaksiyasının yoxlanılması, tənəffüsün dəyərləndirilməsi və nəbzin olub-olmadığının müəyyən edilməsi maksimum 10 saniyəyə tamamlanmalıdır.
Diqqət! Tənəffüsü və nəbzi eyni zamanda – 10 saniyə müddətində qiymətləndirin.
- Zərərçəkən qıcıqlara cavab vermirsə (huşunu itirib), nəfəs almır, qeyri-normal nəfəs alır (o cümlədən aqonal tənəffüs) yalnız boğulur, təngnəfəs olur, yuxu və ya bud arteriyasında nəbz təyin edilmirsə – bu, ürəyin dayanmasından və ya dayanması təhlükəsindən xəbər verir.
- Zərərçəkəni arxası üstə (üzü yuxarı) sərt, yastı müstəvi səth üzərinə (stol, döşəmə, yer və s.) uzadın;
- Zərərçəkən yerdə uzanıbsa, onun çiyini səviyyəsində, dizi üstə durun.
* Nəbzin yuxu və ya bud arteriyasında olub-olmadığını müəyyən edin.
Nəbzi yoxlayın. Nəbz 5–10 saniyə ərzində yuxu və ya bud arteriyasında aydın təyin edilmirsə, ləngimədən döş qəfəsinin kompressiyası (sıxılması) – ürəyin qapalı masajı əsas götürülərək, ürək-ağciyər reanimasiyası-na (ÜAR) başlayın. Ürək dayanması təyin edilən kimi uzağı 10 saniyə ərzində döş qəfəsinin kompressiyasını başlayın. “Sağ qalma zənciri”nin (Chain of Survival) ardıcıllığını əsas tutaraq, DRCABD alqoritmini həyata keçirin.
- Canlandırma – döş qəfəsinin kompressiyası (ürəyin qapalı masajı)
- Döş qəfəsinin mərkəzinə (döş sümüyünün aşağı hissəsinə) iki əllə fasiləsiz rejimdə sərt və tez-tez –
dəqiqədə 100–120 arası tezliklə sıxmağa başlayın.
- Hər kompressiyada döş qəfəsi azı döş qəfəsinin hündürlüyünün üçdəbiri dərinliyinə qədər sıxılmalı (böyüklərdə 5 sm-dən artıq, 6 sm-dən çox olmamaq şərti ilə) və hər kompressiyadan sonra döş qəfəsindən əli çəkmədən onun yenidən genişlənməsinə (tam yerinə qayıtmasına) imkan verin.
Böyüklərə yardım göstərənlər tək, iki nəfər və daha çox olduqda da
ÜAR 30:2 nisbətində aparılır – 30 kompressiya 2 tənəffüs.
- 30 kompressiyanı təxminən 18 saniyə və daha az müddətdə etmək lazımdır. Kompressiyaları bərkdən sayın.
Döş qəfəsinin sıxılma ritmi “ƏSGƏR” sözünün dəfələrlə təkrarına uyğundur.
Üç dəfə döş qəfəsini sıxaraq “ƏSGƏR” sözünü təkrarlayıb, ritmi tutun və sayla 4, 5, 6 ... davam edin.
30 kompressiyadan sonra 2 ardıcıl uğurlu süni tənəffüs verin.
- Döş qəfəsi kompressiyalarını yerinə yetirərkən hər 30 kompressiya arasındakı fasilə 10 saniyədən artıq olmamalıdır.
- Açıq tənəffüs yolları – tənəffüs yollarının keçiriciliyinin bərpası
Dil ilə tutulan tənəffüs yolu iki üsulla açılır:
» “bаş аrхаyа, alt çənə irəli” – bаşı аrхаyа əyib, alt çənəni irəli çəkmək (əsas üsul);
» “alt çənə irəli” – başı arxaya əyməyib, alt çənəni irəli çəkmək.
- Birbaşa nəfəsvermə – ağciyərlərin süni ventilyasiyası
Hər 30 kompressiya etdikdən sonra, mümkündürsə, zərərçəkənin tənəffüs yollarını açıb 2 ardıcıl uğurlu (döş qəfəsini qaldıran) süni tənəffüs verin. Hər nəfəs vermənin müddəti bir saniyədən artıq olmalıdır. Döş qəfəsi-nin qalxmasını izləyin və artıq havalandırmaya yol verməyin.
Diqqət! Süni tənəffüs bir çox üsullarla aparılır: birbaşa – “ağızdan-аğızа” və yа “аğızdan-buruna”; sədd vasitə ilə – “ağızdan-аğızа”; ağız-udlaq və burun-udlaq hava ötürücüləri ilə, ağız mаskаsı vasitəsilə “ağızdan-аğızа”; АMBU kisəsi vasitəsilə. Süni tənəffüs verərkən bütün hallarda bioloji substan-siyalardan və yoluxucu xəstəliklərdən qorunun. İlk fürsətdə çalışın birbaşa “ağızdan-аğızа” və yа “аğızdan-buruna” nəfəs verməni sədd vasitəsilə, ən yaxşısı isə tək olduqda ağız mаskаsı, iki nəfər və çox olduqda isə özüdüzələn Ambu kisəsi ilə əvəz edin (bax: “Ağciyərlərin süni ventilyasiyası”).
Kompressiya edərkən tənəffüs vermək üçün fasiləyə və kompressiyalar arası əlavə nəfəs verməyə ehtiyac yoxdur. Kompressiyalardan sonra tənəffüs yollarını açıb 2 ardıcıl uğurlu süni tənəffüs verib, yenə də kom-pressiyalara qayıtmağa 10 saniyədən artıq vaxt itkisinə yol verməyin.
- Ağızdan-ağıza (аğızdan-buruna) süni nəfəsin verilməsi mümkün olmadıqda (xəsarət nəticəsində sifətin eybəcər hala düşməsi səbəbindən, gigiyena baxımından və s.) döş qəfəsinin kompressiyasını (sıxılmasını) fasiləsiz rejimdə kömək gələnə qədər və ya defibrilyatoru istifadə edənə qədər davam edin (tənəffüs vermə-dən “yalnız əllərlə” – “Hands-Only” alqoritmi).
Tək olduqda, zərərçəkənin yaşından asılı olmayaraq ürəyin qəfləti dayanması zamanı bütün zərərçəkənlərdə (yenidoğulmuşlar istisna olmaqla), döş qəfəsinin kompressiyası əsas götürülərək, ürək-ağciyər reanimasiyası 30:2 nisbətində (30 kompressiya 2 tənəffüs) CAB ardıcıllığı ilə aparılır.
Diqqət! Yenidoğulmuşlarda ürəyin qəfləti dayanması adətən asfiksiya – boğulma (toxumalarda oksigenin azalması və karbon qazının çoxalması) nəticəsində baş verdiyinə görə onlarda ilk və mühüm addım asfiksiyanı aradan qaldırmaq, tənəffüs yollarının keçiriciliyini bərpa etməkdir. Buna görə, ürəyin funksiyasının pozulması halları istisna olmaqla, yenidoğulmuşlara ÜAR-ı apardıqda ABC alqoritmindən istifadə edin.
- 30 kompressiya 2 tənəffüs (30:2 nisbəti) və uşaqlarda xilasedici iki nəfər və çox olduqda
15 kompressiya 2 tənəffüs (15:2 nisbəti) bir dövr hesab edilir.
- Hər 5 dövrdən (2 dəqiqədən) bir yuxu və ya bud arteriyasında nəbzi yoxlayın. Nəbz aydın təyin edildikdə, lakin sərbəst tənəffüs olmadıqda, təcili tibbi yardım briqadası gələnə qədər, tənəffüs yollarını açıb, hər 5–6 saniyədən bir 1 uğurlu (döş qəfəsini qaldıran) nəfəs verin (dəqiqədə 10–12 nəfəs). Əgər zərərçəkənin nəbzi yuxu və ya bud arteriyasında aydın təyin edilirsə və tənəffüsü bərpa olunubsa, ona sol və ya sağ tərəfi üstdə “bərpa vəziyyəti” verin.
Diqqət! (1) Ürək dayanmasının səbəbi hipoksiya olduqda (məsələn suda boğulma), təcili tibbi yardım xidmətini (TTYX) aktivləşdirməzdən əvvəl ÜAR-ı 5 dövr (təxminən 2 dəqiqə) aparın.
(2) Ürəyin qapalı masajını icra edərkən, imkan daxilində 30 kompressiyanın sonunda köməyə çağırıb, sonra süni tənəffüs verin.
(3) Köməyə gələn olmadıqda böyüklərdə və uşaqlarda 30, yenidoğulmuş uşaqlarda isə 10 dəqiqə müddətində fasiləsiz və keyfiyyətli ürək-ağciyər reanimasiyasını (ÜAR) apardıqdan sonra qan dövranı bərpa olunmursa (nəbz təyin edilmir), reanimasiya tədbirlərini dayandırmaq olar.
(4) Köməyə gələn olduqda, ilk növbədə təcili tibbi yardım xidmətini (TTYX) aktivləşdirin (zəng vurun) və ya defibrilyatoru əldə edin.
(5) Defibrilyator əldə edilən kimi onu, mümkün qədər tez istifadə edin.
(6) Defibrilyatoru əldə etmək mümkün olmadıqda, təcili tibbi yardım briqadası gələnə qədər yardımı komanda şəklində göstərin.
- Defibrilyasiya – defibrilyatorla elektrik cərəyanı (elektroşok) verməklə, ürək fəaliyyətinin bərpası
Defibrilyator əldə edilibsə, onu əlçatan yerə qoyun və döş qəfəsinin kompressiyasını başladıqdan dərhal sonra tez bir zamanda defibrilyatoru işə salın. Çalışın defibrilyatoru işə salıb yastıqcıqları zərərçəkənin çıl-paq sinəsinə bərkitməyə 30 saniyədən artıq vaxt sərf edilməsin. İndi ən vacibi 5 dövr (2 dəqiqə) ÜAR-ı davam edib elektroşok (cərəyan) verməkdir (bax: “Avtomatik eksternal (xarici) defibrilyator”).
- Hər bir elektroşokdan qabaq və dərhal sonra döş qəfəsinin kompressiyası əsas olmaq şərti ilə ÜAR-ı təcili yenidən başlamaq lazımdır. Nəbzi və ritmi yoxlamağa vaxt sərf etməyin.
- ÜAR zamanı defibrilyatoru söndürməyin, elektroşok vermək yenə də lazım ola bilər.
- Əlləri döş qəfəsindən götürən kimi 8 saniyə müddətində defibrilyatorla analiz edib elektroşok verin.
- Döş qəfəsinin kompressiyası əsas olmaqla, ürək-ağciyər reanimasiyasını (ÜAR) davam etdirin. Sonra yenə defibrilyatoru işə salıb, defibrilyatorun göstərişlərinə əməl edin.
- Hər 5 dövrdən (2 dəqiqədən) bir nəbzi yoxlayın. Nəbz aydın təyin edildikdə, təcili tibbi yardım briqadası gələnə qədər, tənəffüs yollarını açıb yalnız hər 5–6 saniyədən bir 1 uğurlu (döş qəfəsini qaldıran) nəfəs verin (dəqiqədə 10–12 nəfəs). Zərərçəkənin nəbzi yuxu və ya bud arteriyasında aydın təyin edildikdə və tənəffüsü bərpa olunduqda, ona sol və ya sağ tərəfi üstdə “bərpa vəziyyəti” verin.
- Bir yaşla cinsi yetkinlik yaşı arasında olan UŞAQLARA
xilasedici TƏK OLDUQDA ÜAR-ın aparılması
* * * Ürəyin qəfləti dayanması YANINIZDA BAŞ VERDİKDƏ uşaqlarda ÜAR-ın aparılması
- a) Əvvəl təcili tibbi yardım xidmətini (TTYX) aktivləşdirmək (zəng vurmaq) və defibrilyatoru əldə etmək,
sonra isə ÜAR-ı aparmaq
Tək olduqda, bir yaşla cinsi yetkinlik yaşı arasında olan uşaqlarda ürəyin qəfləti dayanması yanınızda baş verdikdə ÜAR-ı böyüklərdə olduğu kimi DRCABD alqoritminə uyğun aparın.
- Huşun, tənəffüsün və nəbzin olub-olmadığını müəyyən edin
- Təhlükəsizliyi gözləyin, qıcıqlara cavab reaksiyasını yoxlayın və tənəffüsü qiymətləndirin.
- Ürəyin qəfləti dayanması və ya ürəyin dayanma təhlükəsi olduqda köməyə çağırın. Köməyə gələn olmadıqda uşağa (körpəyə) yardım göstərməzdən öncə 90 saniyə ərzində TTYX-nı aktivləşdirib (zəng vurub), defibril-yatoru əldə edib, geri qayıtmaq mümkün deyilsə, vaxt itirmədən tez ÜAR-ı başlayın. Travması olmayan və daşınması mümkün olan uşağı telefona yaxın yerə çatdırıb, təcili tibbi yardım xidmətinə zəng edib, onların məsləhəti ilə yardım göstərmək olar.
- Nəbzi yoxlayın. Böyüklərdən fərqli olaraq uşaqlarda nəbz 5–10 saniyə ərzində yuxu və ya bud arteriyasında aydın təyin edilmirsə və ya sayı dəqiqədə 60-dan azdırsa, döş qəfəsinin kompressiyası əsas götürülərək, ÜAR başlanmalıdır.
- Canlandırma – döş qəfəsinin kompressiyası (ürəyin qapalı masajı)
- Hər kompressiyada döş qəfəsi azı döş qəfəsinin hündürlüyünün üçdəbiri dərinliyinə qədər sıxılmalı (uşaqlarda azı 5 sm) və hər kompressiyadan sonra döş qəfəsindən əli çəkmədən onun yenidən genişlənməsinə (tam yerinə qayıtmasına) imkan verilməlidir.
Xilasedici tək olduqda bütün yaşlarda ÜAR-ı,
yenidoğulmuşlar istisna olmaqla, 30:2 nisbətində aparmalıdir.
- Açıq tənəffüs yolları – tənəffüs yollarının keçiriciliyinin bərpası
- Birbaşa nəfəsvermə – ağciyərlərin süni ventilyasiyası
- Kiçik yaş qrupuna (1–3 yaş) aid olan və fiziki cəhətdən zəif uşaqlarda döş qəfəsinin kompressiyası bir əllə (ovcun proksimal (biləyə yaxın) hissəsi ilə), digərlərində isə iki əllə aparılır.
- Uşaqların ürəyi və beyninin lazımi miqdarda oksigenlə təmin edilməsi üçün döş qəfəsinin kompressiyası mütləq ağciyərlərin süni ventilyasiyası ilə sinxron şəkildə – eyni zamanda aparılmalıdır. İkinci xilasedici olduqda sinxronluq daha uğurlu həyata keçirilir.
Diqqət! (1) Ürəyin qapalı masajını icra edərkən, imkan daxilində 30 kompressiyanın sonunda köməyə çağırıb, sonra süni tənəffüs verin.
(2) 5 dövr (2 dəqiqə) ərzində aparılan ÜAR-dan sonra sərbəst nəbz bərpa olunmadıqda və köməyə gələn olmadıqda uşağı hadisə yerində tək qoyub, TTYX-ni aktivləşdirin (zəng vurun) və ya defibrilyatoru əldə edin.
(3) TTYX-ni aktivləşdirdikdən sonra uşağın yanına qayıdıb, təcili tibbi yardım briqadası gələnə qədər ÜAR-ı davam edin.
- Defibrilyasiya
Defibrilyator əldə edilən kimi onu, mümkün qədər tez istifadə edin.
- b) Əvvəl ÜAR-ı aparmaq, sonra isə təcili tibbi yardım xidmətini (TTYX) aktivləşdirmək (zəng vurmaq) və
defibrilyatoru əldə etmək
Bir çox uşaq və körpələrdə, böyüklərdən fərqli olaraq, tənəffüs çatışmazlığı və bradikardiya (ürək vurğuları-
nın sayının 60 dan az olması) beyin və ürək toxumalarının oksigenlə təchizatını azaldır, hətta, ürəyin dayanmasına
səbəb ola bilir. Belə uşaqlara təcili olaraq 2 dəqiqə ərzində (5 dövr) ÜAR aparın, əks təqdirdə uşaqda ürəyin qəfləti
dayanma ehtimalı artır və ürək dayanması baş verir. 2 dəqiqə ərzində ÜAR-ı apardıqdan sonra, TTYX-ni aktivləş-
dirmək və defibrilyatoru əldə etmək üçün uşağı tək qoymaq olar. Bundan sonra uşağın yanına qayıdıb, təcili tibbi
yardım briqadası gələnə və ya defibrilyator əldə edilənə qədər ÜAR-ı davam edin.
Defibrilyator əldə edilən kimi onu istifadə edin.
* * * Ürəyin qəfləti dayanması YANINIZDA BAŞ VERMƏDİYİ HALDA uşaqlarda ÜAR-ın aparılması
Əvvəl ÜAR-ı aparmaq, sonra isə təcili tibbi yardım xidmətini (TTYX) aktivləşdirmək (zəng vurmaq) və defibrilyatoru əldə etmək
Hadisə yerinə qəlib, nəfəs almayan, qeyri-normal nəfəs alan (o cümlədən aqonal tənəffüs), yalnız boğulan, təngnəfəs olan uşaqla rastlaşan zaman, köməyə çağırıb, nəbzi yoxlayın. Nəbz 5–10 saniyə ərzində aydın təyin
edilmirsə və ya sayı dəqiqədə 60-dan azdırsa, əvvəlcə 5 dövr (2 dəqiqə) 30:2 nisbətində ürək-ağciyər reanimasiyasını (ÜAR) aparın. Sonra təcili TTYX-ni aktivləşdirmək (zəng vurmaq) və defibrilyatoru əldə etmək üçün uşağı tək qoymaq olar. Bundan sonra uşağın yanına qayıdıb, təcili tibbi yardım briqadası gələnə və ya defibrilyator əldə edilənə qədər ÜAR-ı davam edin. Defibrilyator əldə edilən kimi onu, mümkün qədər tez istifadə edin.
Diqqət! (1) Əgər zərərçəkənin nəbzi yuxu və ya bud arteriyasında aydın təyin edilirsə və tənəffüsü bərpa olunubsa ona sol və ya sağ tərəfi üstə “bərpa vəziyyəti” verin.
(2) Nəbz aydın təyin edilirsə və ya nəbzin sayı dəqiqədə 60-dan çoxdursa, lakin sərbəst tənəffüsü yoxdursa, təcili tibbi yardım briqadası gələnə qədər, tənəffüs yollarını açıb, yalnız hər 5–6 saniyədən bir 1 uğurlu (döş qəfəsini qaldıran) nəfəs verin (dəqiqədə 10–12 nəfəs).
- KÖRPƏLƏRƏ (yenidoğulmuşla bir yaş arasında olan uşaq) xilasedici TƏK OLDUQDA ÜAR-ın aparılması
ÜAR böyüklərdə və uşaqlarda olduğu kimi, DRCABD alqoritminə uyğun aparılır.
* Böyüklərdən və bir yaşla cinsi yetkinlik yaşı arasında olan uşaqlardan fərqli olaraq
körpələrdə nəbz bazu arteriyasının üzərində təyin edilir:
- nəbz aydın təyin edildikdə, tənəffüs yollarını açıb, hər 3 saniyədən bir 1 uğurlu (döş qəfəsini qaldıran) nəfəs verin;
- nəbz aydın təyin edilmirsə və ya sayı dəqiqədə 60-dan azdırsa, ürək-ağciyər reanimasiyası 30:2 nisbətində başlanmalıdır. İkinci xilasedici gələrsə ÜAR-ı 15:2 nisbətində davam edin.
* Hər kompressiyada döş qəfəsi azı döş qəfəsinin hündürlüyünün üçdəbiri dərinliyinə qədər sıxılmalıdır (kör-pələrdə təqribən 4 sm) və hər kompressiyadan sonra döş qəfəsindən əli çəkmədən onun yenidən genişlənmə-sinə (tam yerinə qayıtmasına) imkan verilməlidir.
* Döş qəfəsinin kompressiyası, xilasedici tək olduqda, bir əlin 2 barmağı ilə, iki nəfər olduqda isə iki baş bar-maqla “döş qəfəsini əhatə etmə texnikası” vasitəsilə aparılır.
* ÜAR-ı aparmaq üçün körpəni qolun said-bazu önü (dirsəklə əl arasındakı hissə) üzərinə üzü yuxarı uzandı-rıb, başı ovucla saxlamaq lazımdır. Bu zaman onun başı bir qədər aşağı olur. Körpəni bu vəziyyətdə tutmaqla telefona yaxınlaşmaq da olar. Tənəffüsü məhdudlaşmış və qıcıqlara cavab verən körpə çox vaxt tənəffüs yol-larının açıq qalması üçün özü əlverişli vəziyyət alır. Ona bu vəziyyətdə qalmağa imkan vermək lazımdır.
- BÖYÜKLƏRƏ xilasedicilər İKİ NƏFƏR və ÇOX OLDUQDA ÜAR-ın aparılması
- Huşun, tənəffüsün və nəbzin olub-olmadığını müəyyən edin
* Hadisə yerinin təhlükəsizliyini qiymətləndirin. Təhlükə olarsa, onu aradan qaldırın.
* Təhlükə yoxdursa zərərçəkənin huşunu (qıcıqlara cavab reaksiyasını) yoxlayın və eyni zamanda tənəffüsün normal/qeyri-normal olduğuna görə dəyərləndirin.
* İlk növbədə köməyə çağırın. Ucadan “Kömək edin! “Kömək edin!” – deyə qışqırın.
- Köməyə gələn olduqda yardım komanda şəklində göstərilməlidir. Komanda şəklində yardım göstərmək olduqca vacibdir. Bir xilasedici lider rolunu icra etməlidir, digərləri onun dediklərinə tabe olmalıdır. O, ay-dın, nəzarət olunan səslə sərəncam verməlidir. Qışqırmaq və ya yüksək səs tonu komanda üzvlərinin qarşı-lıqlı müdaxiləsini poza bilər. Eyni anda yalnız bir adam danışmalıdır. Lider komanda üzvlərini aydın danı-şığa (nitqə) sövq etməlidir.
- Xilasedicilərdən biri ləngimədən nəbzi yoxlayıb, döş qəfəsinin kompressiyasını başlamalı, digəri tənəffüsü təmin etməli, tənəffüs yollarını açıb, 2 ardıcıl uğurlu (döş qəfəsini qaldıran) süni tənəffüs verməli, üçüncüsü TTYX-ni aktivləşdirməli (zəng vurmalı), dördüncüsü defibrilyatoru gətirib istifadəyə hazırlamalıdır. Qalan xilasediciləri torba-maska havalandırması, döş qəfəsini örtən geyimin çıxarılması, zərərçəkənin xərəklə daşınması kimi işlərə və yorulmuş xilasediciləri əvəz etməyə cəlb etmək olar.
- Ətrafdakıların köməyi ilə zərərçəkəni arxası üstə (üzü yuxarı) hamar müstəvi səth üzərinə (stol, döşəmə, torpaq (yer) və s.) uzadın. Sonra, zərərçəkən yerdə uzanıbsa, xilasedicilərdən biri onun sağ, o biri isə sol çiyni səviyyəsində dizi üstə duraraq yardım göstərirlər.
* Nəbzi yoxlayın. Bir neçə xilasedici eyni reanimasiya vərdişlərinə malikdirsə, hadisə yerində onların arasında iş bölgüsü aparılmalıdır. Birinci xilasedici nəbzi yoxlayır. Nəbz 5–10 saniyə ərzində aydın təyin edilmirsə, deməli ürəyin qəfləti dayanması baş verib. Ürəyin qəfləti dayanması təyin edilən kimi, uzağı 10 saniyə ərzin-də, defibrilyator gələnə qədər, döş qəfəsini fasiləsiz rejimdə sərt və tez-tez – dəqiqədə 100-dən çox tezliklə sıxmağa başlayın.
- Canlandırma – döş qəfəsinin kompressiyası (ürəyin qapalı masajı)
- Hər kompressiyada döş qəfəsi azı döş qəfəsinin hündürlüyünün üçdəbiri dərinliyinə qədər sıxılmalı (böyük-lərdə 5 sm-dən artıq) və hər kompressiyadan sonra döş qəfəsindən əli çəkmədən onun yenidən genişlənmə-sinə (tam yerinə qayıtmasına) imkan verilməlidir.
Böyüklərə yardım göstərənlər tək, iki nəfər və daha çox olduqda da
ÜAR 30:2 nisbətində aparılır – 30 kompressiya 2 tənəffüs.
- Hər 30 kompressiya etdikdən sonra zərərçəkənin tənəffüs yollarını açıb 2 ardıcıl uğurlu (döş qəfəsini qaldı-ran) süni tənəffüs verin (hər nəfəs vermənin müddəti bir saniyədən artıq olmalıdır).
- 30 kompressiyanı təxminən 18 saniyə və ondan az müddətdə etmək lazımdır. Döş qəfəsinin kompressiyasını edən xilasedici döş qəfəsinə etdiyi təzyiqləri ucadan saymalıdır ki, digər xilasedici süni tənəffüsün başlama vaxtını bilsin.
- Açıq tənəffüs yolları – tənəffüs yollarının keçiriciliyinin bərpası
İkinci xilasedici birinci ilə üzbəüz (dizi üstə) durub, zərərçəkənin tənəffüs yollarını açır.
- Birbaşa nəfəsvermə – ağciyərlərin süni ventilyasiyası
- İkinci xilasedici tənəffüs yollarını açıb, 2 ardıcıl uğurlu (döş qəfəsini qaldıran) süni tənəffüs verir (hər nəfəs vermənin müddəti bir saniyədən artıq olmalıdır). Bu zaman döş qəfəsinin qalxmasına diqqət yetirilməli və artıq havalandırmaya yol verilməməlidir. Hər 5 dövrdən (iki dəqiqədən) bir, yardım göstərənlər yerlərini dəyişmədən funksiyalarını dəyişməlidir.
- İkinci xilasedici özüdüzələn kisə (Ambu kisəsi) olduqda zərərçəkənin baş tərəfində durub süni tənəffüs verir (30 kompressiyaya 2 tənəffüs). Hər nəfəsvermə 1 saniyədən artıq müddətdə olmalıdır. Hər 5 dövrdən (iki dəqiqədən) bir, yardım göstərənlər uzağı 5 saniyə ərzində yerlərini və funksiyalarını dəyişməlidir. Bunu defibrilyator analiz etdiyi müddətdə etmək olar.
- Üç xilasedici olduqda ikisi üzbəüz (dizi üstə) durub bir-birini əvəz edərək döş qəfəsinin kompressiyasını, üçüncü xilasedici isə zərərçəkənin baş tərəfində durub tənəffüs yоllаrını, tənəffüsü, yuxu arteriyasında nəbzi yoxlayır və özüdüzələn kisə ilə (Ambu kisəsi) süni tənəffüs verir. Üçüncü xilasedici eyni zamanda döş qəfəsinin kompressiyasının düzgün aparılmasına nəzarət edir, defibrilyatoru işə salmağa və ya zərərçəkənə intubasiya (xüsusi borunu traxeyaya yeritmək) etməyə hazırlaşır. İntubasiyadan sonra ÜAR 30:2 nisbətində davam edilir.
- Hər 5 dövrdən (2 dəqiqədən) bir nəbzi yoxlayın. Nəbz təyin edildikdə, təcili tibbi yardım briqadası gələnə qədər, tənəffüs yollarını açıb yalnız hər 5–6 saniyədən bir 1 uğurlu (döş qəfəsini qaldıran) nəfəs verin (dəqiqədə 10–12 nəfəs). Hər 2 dəqiqədən bir nəbzi yoxlayın.
- Defibrilyasiya – defibrilyatorla elektrik cərəyanı (elektroşok) verməklə, ürək fəaliyyətinin bərpası
Defibrilyator çatdırılan kimi onu süni tənəffüs verən xilasedicinin yanına yerləşdirin, çünki defibrilyatorun işlədilməsi, ona nəzarət və yastıqcıqların yapışdırılması üçün onun imkanı mövcuddur. Nəfəs verən xilasedi-ci defibrilyatoru işə salır və kompressiya edən xilasedici əllərini zərərçəkənin döş qəfəsindən götürən kimi, 5–15 saniyə müddətinə defibrilyatorla analiz edib elektroşok verir. Elektroşokdan (cərəyandan) sonra ürək-ağciyər reanimasiyasını (ÜAR) davam edin. Əgər defibrilyator “cərəyan lazım deyil” və ya “cərəyan məslə-hət deyil” işarəsi edirsə ürək-ağciyər reanimasiyasını 2 dəqiqə (5 dövr) davam edib yenidən defibrilyatoru işə salın.
- Əlavə gələn xilasedicilər sizləri əvəz edə bilər, zərərçəkənin daşınması və digər işlərlə məşğul ola bilərlər.
Diqqət! (1) Əgər zərərçəkənin nəbzi yuxu və ya bud arteriyasında aydın təyin edilirsə və tənəffüsü bərpa olunubsa ona sol və ya sağ tərəfi üstə “bərpa vəziyyəti” verin.
(2) Nəbz aydın təyin edilirsə, lakin sərbəst tənəffüsü yoxdursa, təcili tibbi yardım briqadası gələnə qədər, tənəffüs yollarını açıb, yalnız hər 5–6 saniyədən bir 1 uğurlu (döş qəfəsini qaldıran) nəfəs verin (dəqiqədə 10–12 nəfəs)
- Bir yaşla cinsi yetkinlik yaşı arasında olan UŞAQLARA xilasedicilər İKİ NƏFƏR və ÇOX OLDUQDA ÜAR-ın aparılması
Bir yaşla cinsi yetkinlik yaşı arasında olan uşaqlara ürəyin qəfləti dayanması zamanı ÜAR-ı böyüklərdə
olduğu kimi komanda şəklində DRCABD alqoritminə uyğun aparın.
- Huşun, tənəffüsün və nəbzin olub-olmadığını müəyyən edin
- Təhlükəsizliyi gözləyin, qıcıqlara cavab reaksiyasını yoxlayın, tənəffüsü qiymətləndirin, köməyə çağırın. Köməkçilər olduqda yardımı komanda şəklində göstərin.
- Nəbzi yoxlayın. Böyüklərdən fərqli olaraq nəbz bazu arteriyasının üzərində 5–10 saniyə ərzində aydın təyin edilmirsə və ya sayı dəqiqədə 60-dan azdırsa, döş qəfəsinin kompressiyasını əsas götürməklə, ürək-ağciyər reanimasiyasına başlayın.
- Canlandırma – döş qəfəsinin kompressiyası (ürəyin qapalı masajı)
- Hər kompressiyada döş qəfəsi azı döş qəfəsinin hündürlüyünün üçdəbiri dərinliyinə qədər sıxılmalı (uşaq-larda azı 5 sm) və hər kompressiyadan sonra döş qəfəsindən əli çəkmədən onun yenidən genişlənməsinə (tam yerinə qayıtmasına) imkan verilməlidir.
Xilasedicilər iki nəfər və çox olduqda ÜAR uşaqlarda 15:2 nisbətində aparılır.
- İntubasiya etdikdən sonra da ÜAR-ı 15:2 nisbətində davam edin.
- Kiçik yaş qrupuna (1–3 yaş) aid olan və fiziki cəhətdən zəif uşaqlarda döş qəfəsinin kompressiyası bir əllə (ovcun proksimal (biləyə yaxın) hissəsi ilə), digərlərində isə iki əllə aparılır.
- Döş qəfəsinin 15 kompressiyasını təxminən 9 saniyə və ondan az müddətdə etmək lazımdır.
Üç dəfə döş qəfəsini sıxaraq “ƏSGƏR” sözünü təkrarlayıb ritmi tutun və sayla 4, 5, 6 ... davam edin.
- Açıq tənəffüs yolları – tənəffüs yollarının keçiriciliyinin bərpası
İkinci xilasedici birinci ilə üzbəüz (dizi üstə) durub, zərərçəkənin tənəffüs yollarını açır.
- Birbaşa nəfəsvermə – ağciyərlərin süni ventilyasiyası
İkinci xilasedici tənəffüs yollarını açıb, hər 15 kompressiyadan sonra 2 ardıcıl uğurlu süni tənəffüs verir.
Bunu Ambu kisəsi ilə həyata keçirmək daha məqsədəuyğundur. Hər 5 dövrdən (iki dəqiqədən) bir, yardım göstərənlər uzağı 5 saniyə ərzində yerlərini və funksiyalarını dəyişməlidir.
- Defibrilyasiya – defibrilyatorla elektrik cərəyanı (elektroşok) verməklə, ürək fəaliyyətinin bərpası
Defibrilyator əldə edilən kimi onu istifadə edin.
Diqqət! (1) Əgər zərərçəkənin nəbzi yuxu və ya bud arteriyasında aydın təyin edilirsə və tənəffüsü bərpa olunubsa ona sol və ya sağ tərəfi üstə “bərpa vəziyyəti” verin.
(2) Nəbz aydın təyin edilirsə və ya nəbzin sayı dəqiqədə 60-dan çoxdursa, lakin sərbəst tənəffüsü yoxdursa, təcili tibbi yardım briqadası gələnə qədər, tənəffüs yollarını açıb, yalnız hər 5–6 saniyədən bir 1 uğurlu (döş qəfəsini qaldıran) nəfəs verin (dəqiqədə 10–12 nəfəs).
- KÖRPƏLƏRƏ (yenidoğulmuşla bir yaş arasında olan uşaq)
xilasedicilər İKİ NƏFƏR və ÇOX OLDUQDA ÜAR-ın aparılması
Xilasedicilər iki nəfər və çox olduqda körpələrə ÜAR-ı tək xilasedici həyata keçirdiyi kimi, DRCABD
alqoritminə uyğun aparmalıdır:
- Nəbz bazu arteriyasının üzərində aydın təyin edilmirsə və ya dəqiqədə 60-dan azdırsa ÜAR-ı iki xilasedici ilə 15:2 nisbətində başlayın.
- İki nəfər olduqda döş qəfəsinin kompressiyası iki baş barmaqla “döş qəfəsini əhatə etmə texnikası”na uyğun aparılır. Döş qəfəsi kiçik olan körpələrdə baş barmaqlar üst-üstə qoyula bilər.
- YENİDOĞULMUŞLARA ÜAR-ın APARILMASI
Keyfiyyətli və uğurlu reanimasiya üçün, adətən iki və ya üç xilasedici tələb olunur. Yenidoğulmuşlarda ürəyin qəfləti dayanması adətən asfiksiya (boğulma) nəticəsində baş verir. Buna görə, ürək fəaliyyətinin pozulması halları istisna
olmaqla, onlarda ürək-ağciyər reanimasiyasını (ÜAR) apardıqda ABC alqoritmindən istifadə edilməsi məsləhətdir (A – açıq tənəffüs yolları; B – birbaşa
nəfəs; C – canlandırma). Yenidoğulmuşlarda ürək vurğularının dəqiqəlik sayını (ÜVS) bilmək üçün nəbzi bazu arteriyasının üzərində 6 saniyə ərzində sayıb 10-a vurmaq lazımdır (bax: “Yenidoğulmuşların ilkin reanimasiyası”).
Yenidoğulmuşların reanimasiyasında asfiksiyanı aradan qaldırmaq, tənəffüs yollarının keçiriciliyini bərpa etmək – ilk və mühüm addımdır.
- A – açıq tənəffüs yolları. Tənəffüsü bərpa etmək ilk və mühüm addımdır: qurulamaq və isti saxlamaq; möhtəviyyatı tənəffüs yollarından təmizlə-mək; uşağa düzgün vəziyyət vermək – çiyinlərinin altına təqribən 2,5 sm qalınlıqda bükülmüş mələfə qoymaq; tənəffüsün taktil (toxunma ilə) stimul-yasiyasını aparmaq (ayaqlarının altı əllə yavaş döyəclənir, kürək sümükləri arası sahə ehtiyatla əllə və ya isti salfetlə silinir). Bu tədbirlər başlayandan 30 saniyə sonra 6 saniyə reanimasiya tədbirləri dayandırılır və əgər tənəffüs sərbəst, ürəyin dəqiqəlik vurgularının sayı 100-dən çoxdursa və dəri örtü-yü çəhrayı rəngə çalırsa, deməli tənəffüs bərpa olunub, asfiksiya aradan götürülüb və ya götürülmək üzrədir.
- B – birbaşa nəfəsvermə. Əgər asfiksiya (boğulma) aradan qalxmırsa və ya getdikcə artırsa, bu zaman dəqiqədə 40–60 dəfə ağciyərlərin süni ventilya-siyasını vals ritmində təmin edin (“Bir” sayına nəfəs verilir, “İki – Üç” sayına nəfəsin buraxılması gözlənilir). Bu tədbirlər başlayandan 30 saniyə sonra 6 saniyə reanimasiya tədbirləri dayandırılır və əgər yenidoğulmuşun sərbəst tənəffüsü, ürək vurgularının dəqiqəlik sayı 100-dən çoxdursa və dəri örtüyü çəhrayı rəngə çalırsa, deməli tənəffüsü bərpa olunub, asfiksiya aradan götürülüb və ya götürülmək üzrədir.
- C – canlandırma. Sərbəst tənəffüs bərpa olunmadıqda, dərinin rənginin göyərməsi (sianoz) davam edir və ürək vurğularının dəqiqədə sayı 60-dan azdırsa, yenidoğulmuşlarda döş qəfəsinin hər 3 kompressiyasından sonra 1 süni nəfəs verilməlidir (imkan daxilində 100%-li oksigenin verilməsi məsləhət görülür). Dəqiqədə 90 kompressiya və 30 süni tənəffüs aparılmalıdır. İkinci xilasedici süni tənəffüsün başlama vaxtını bilmək üçün birinci xilasedici döş qəfəsinə etdiyi təzyiqləri ucadan saymalıdır: “Bir və İki və Üç və Nəfəs və”. Hər kompressiyada döş qəfəsi azı döş qəfəsinin hündür-lüyünün üçdəbiri dərinliyinə qədər sıxılmalıdır.
- 30 saniyə ərzində aparılan kompressiya və süni tənəffüsdən sonra ürək döyüntülərinin sayı dəqiqədə 60-dan az olarsa, adrenalin yeridilir.
30 saniyə ərzində müsbət təzyiq altında süni ventilyasiya və döş qəfəsinin kompressiyasını etdikdən sonra 6 saniyə ərzində reanimasiya tədbirləri dayandırılır, uşaqda sərbəst tənəffüs, ÜVS (ürək vurğularının dəqiqəlik sayı) və dəri örtüklərinin rəngi qiymətləndirilir.
Diqqət! (1) 10 dəqiqə keyfiyyətli ÜAR-dan sonra yenidoğulmuşda ürək vurğuları təyin edilmirsə, reanimasiyanı dayandırmaq olar.
Əgər yenidoğulmuşa reanimasiya aparılmasının vacibliyinə dair şübhə varsa, həmişə reanimasiya tədbirlərinə başlamaq lazımdır.
(2) Ürək vurğularının dəqiqəlik sayı (ÜVS) 60-dan çoxdursa, ürəyin xarici masajı dayandırılır və sərbəst tənəffüs bərpa olunana qədər ağciyərlərin süni ventilyasiyasını aparmaq lazımdır.
(3) Ürək vurğularının dəqiqəlik sayı (ÜVS) 60-dan azdırsa, reanimasiya tədbirləri davam etdirmək lazımdır (ürəyin qapalı masajı və ağciyərlərin süni ventilyasiyası).
- REANİMASİYA TƏDBİRLƏRİNİN DAYANDIRILMASI
Reanimasiya tədbirlərinin düzgün aparılmasına baxmayaraq, hər zaman müsbət nəticə alınmır və ürək fəaliyyəti dayanmış bir çox zərərçəkənləri
həyata qaytarmaq mümkün olmur. Reanimasiyanın dayandırılması mövcud qanunlara uyğun olaraq həyata keçirilməli və təcili tibbi yardım briqadası gələnə
qədər yalnız aşağıdakı hallarda təxirə salına bilər:
- böyüklərdə və uşaqlarda 30, yenidoğulmuş uşaqlarda isə 10 dəqiqə müddətində aparılan fasiləsiz və keyfiyyətli reanimasiyadan sonra həyat əlamətləri olmadıqda;
- defibrilyasiya aparılmadıqda;
- ürəyin qəfləti dayanması sizin yanınızda baş vermədikdə;
- zərərçəkəndə bioloji ölüm əlamətləri olduqda (zərərçəkənin həddindən artıq soyuması və isitmədən sonra həyat əlamətlərinin olmaması, ölüm ləkələrinin və meyit qacımasının müşahidə olunması);
- zərərçəkən aydın şəkildə ölümcül zədə aldıqda (ətrafların itirilməsi ilə ağır qan itkisi);
- xilasedici yorulduqda.
HƏYAT FƏALİYYƏTİNİ TƏMİN EDƏN ƏSAS TƏDBİRLƏR
|
|||
|
Böyüklər və yeniyetmələr |
Uşaqlar |
|
Bir yaşdan cinsi yetkinlik yaşına çatmamış şaqlar |
Körpələr (yenidoğulmuşla bir yaş arasında olan uşaqlar) |
||
Diqqət təhlükə! |
Hadisə yerinin təhlükəsizliyinin qiymətləndirin Öz təhlükəsizliyinizi, sonra isə zərərçəkənin təhlükəsizliyini təmin edin. Təhlükə yoxdur. |
||
Ürək dayanmasını müəyyən edin |
* Huşun, tənəffüsün və nəbzin olub-olmadığını müəyyən edin: - qıcıqlara cavab vermir (huşunu itirib); - nəfəs almır (qeyri-normal nəfəs alır (o cümlədən aqonal tənəffüs) yalnız boğulur, təngnəfəs olur); - nəbz 10 saniyə ərzində yuxu və ya bud arteriyasında aydın təyin edilmir.
Bunlar ürəyin dayanmasından və ya dayanması təhlükəsindən xəbər verir. (Tənəffüsün və nəbzin qiymətləndirilməsini 10 saniyə ərzində eyni vaxtda etmək lazımdır) |
||
Təcili tibbi yardım xidmətini (TTYX) aktivləşdirin (zəng vurun) |
* Tək olduqda və mobil telefon olmadıqda. Əgər 90 saniyə ərzində təcili tibbi yar- dım xidmətini (TTYX) aktivləşdirib (zəng vurub), defibrilyatoru əldə edib, geri qayıtmaq mümkün deyilsə, vaxt itirmədən tez ÜAR-ı başlayın. * İki nəfər və çox olduqda - Biriniz ÜAR-ı başlayın, digərləri isə TTYX-ni aktivləşdirsin və defibrilyatoru əldə etsin. - Defibrilyatoru tez istifadə edin. |
* Ürəyin qəfləti dayanması yanınızda baş verdikdə Böyüklər və yeniyetmələrdə olduğu kimi yardım göstərin
* Ürəyin qəfləti dayanması yanınızda baş vermədikdə - ÜAR-ı 2 dəqiqə ərzində aparın - Sonra təcili TTYX-ni aktivləşdirmək və defibrilyatoru əldə etmək üçün uşağı tək qoyun. - Bundan sonra uşağın yanına qayıdıb, təcili tibbi yardım briqadası gələnə və ya defibrilyator əldə edilənə qədər ÜAR-ı davam edin. - Defibrilyatoru tez istifadə edin. |
|
İntubasiya edilmədiyi halda kompressiya – tənəffüs nisbəti |
Tək, iki nəfər və daha çox olduqda 30:2 |
Tək olduqda 30:2 İki nəfər və daha çox olduqda 15:2 |
|
İntubasiya edildiyi halda kompressiya tənəffüs nisbəti |
Döş qəfəsini fasiləsiz rejimdə sərt və tez-tez, dəqiqədə 100–120 arası tezliklə sıxmağı davam edin
Hər 6 saniyədən bir 1 uğurlu (döş qəfəsini qaldıran) nəfəs verin (dəqiqədə 10 nəfəs). |
||
Döş qəfəsinin sıxılma tezliyi |
Dəqiqədə 100–120 arası |
||
Döş qəfəsinin sıxılma dərinliyi |
5 sm-dən artıq, 6 sm-dən çox olmamaq şərti ilə |
Hər kompressiyada döş qəfəsi azı döş qəfəsinin hündürlüyünün üçdəbiri dərinliyinə qədər sıxılmalı |
|
azı 5 sm |
təqribən 4 sm |
||
Kompressiya aparılacaq nahiyə |
Döş qəfəsinin mərkəzi (döş sümüyünün aşağı hissəsi) |
Döş sümüyünün aşağı üçdəbir hissəsi iki döş giləsi arasındakı xətdən bir barmaq eni qədər aşağıda olan nahiyə |
|
Kompressiyanın bir əllə, iki əllə, iki barmaqla aparılması |
İki əllə |
Bir əllə çox kiçik uşaqlarda
İki əllə bir az böyük uşaqlarda |
* Tək olduqda bir əlin iki barmağı ilə (orta-adsız və ya orta-şəhadət )
* İki nəfər və daha çox olduqda Biri hər iki əlin 4 barmağı ilə onurğanı kürək altından təsbit edir və kompressiya olunacaq yerə baş barmaqların uclarını yanbayan, çox kiçik körpələrdə isə, üst-üstə qoyur. |
Döş qəfəsinin genişlənməsi |
Hər kompressiyadan sonra döş qəfəsindən əli çəkmədən onun yenidən genişlənməsinə (tam yerinə qayıtmasına) imkan verin |
||
Vaxt itkisinin azaldılması |
Kompressiyalardan sonra tənəffüs yollarını açıb, 2 ardıcıl uğurlu süni tənəffüs verib, yenə də kompressiyalara qayıtmağa 10 saniyədən artıq vaxt itkisinə yol verməyin |