MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
STRESS VƏZİYYƏTİ
Stress – insan orqanizminin yüksək fiziki və psixi gərginliyi nəticəsində baş verən xüsusi halıdır. Bu zaman
orqanizmdə fiziki, psixi və psixoloji dəyişikliklər meydana gəlir. Canlı varlığın əqli fəaliyyətini və fizioloji funksi-yalarını pozan müxtəlif növ qıcıqlandırıcılar stressə səbəb ola bilər. Stress – orqanizmin xüsusi vəziyyəti olub, müxtəlif psixi və fiziki yüklənmə zamanı özünü fiziki, psixi və psixoloji pozğunluqlarla göstərir. Bu, orqanizmin müxtəlif qıcıqlara olan fərdi reaksiyasıdır. Stress zamanı əqli və fiziki funksiyalar öz fəaliyyətini azaldır.
Bəzi insanlar müəyyən hadisəni və vəziyyəti stress üçün güclü mənbə hesab etdikləri halda, bəziləri isə bu hadisə və vəziyyətə qətiyyən əhəmiyyət vermirlər. Burada əsas rol insanın yaranmış vəziyyəti qəbil etmə (dərk etmə) forması və bu vəziyyətə nə dərəcədə əhəmiyyət verməsidir. İnsan şəxsiyyətinin formalaşmasında onun həyat təcrübəsi stressə qarşı müqavimət göstərməkdə mühüm rol oynayır.
Stress reaksiyasını ətraf mühit deyil, insanın yaranmış vəziyyətə reaksiyası yaradır.
Stress zamanı boyun nahiyəsində əzələ ağrıları, əllərdə gərginlik, qarında ağrılar olur, əllər və ayaqlar soyu-yur, göz bəbəkləri genislənir, təngnəfəslik, nəbzin tezləşməsi, tərləmə müşahidə oluna bilər.
Fövqəladə hallar zamanı insanlar müxtəlif stress vəziyyətinə düşə bilərlər. Belə zərərçəkənlərin ilk yardıma ehtiyacı olur. Xilasedici stressə hazır olmalı və müxtəlif stress vəziyyətləri ilə üzləşməzdən əvvəl onları araşdırma-lıdır. Zərərçəkənə qayğı və diqqət göstərilməsi xilasedicinin özünün fiziki, psixoloji və emosional cəhətdən hazır olduğunun göstəricisidir.
İnsan müxtəlif hallarda stress vəziyyətinə düşə bilər:
- kütləvi hadisələrdə zərərçəkənlərin sayının onlara yardım göstərənlərdən çox olması;
- körpələrin və uşaqların müxtəlif dərəcəli xəsarətlər alması;
- amputasiyalar;
- ölüm;
- körpələrin, uşaqların, yaşlıların, valideynlərin (ər, arvad) üzərində törədilmiş zorakılıq;
- həmkarın xəsarət alması, ölümü, onlara qarşı törədilmiş zorakılıq.
Fövqəladə hallar zamanı həm xilasedicilər, həm də zərərçəkənlər stress vəziyyətinə düşə bilərlər. Bu kimi hallarda xilasedicinin fəaliyyətinin səmərəliliyi onun hazırlıq səviyyəsindən asılı olacaqdır.
- ÖLÜM VƏ ÖLMƏ PROSESİ
Ölüm elə bir faktdır ki, biz onunla gec və ya tez mütləq rastlaşacağıq. Ölüm hadisəsinə heç kim, o cümlədən xilasedicilər, mərhumun qohumları, yaxınları və s. biganə qalmırlar. Ölüm faktına müxtəlif insanların münasibəti fərqlidir. Bu, normal kədərlənmə prosesidir. Kədərlənmə prosesində oxşarlıqlar mövcuddur. Kədərlənmə prosesinin 5 (beş) mərhələsi vardır. Bu prosesləri bilməklə, siz kiminsə dərdinə şərik olub, əzizinin ölümü ilə bağlı keçirdiyi hissləri yaxşı başa düşüb, onlarla tez bir zamanda ünsiyyət yarada bilərsiniz. Kədərlənmə prosesinin keçdiyi mərhə-lələri bildikdə, insan müəyyən dərəcədə özü də təsəlli tapır, başqalarına da təmkinli olmağı məsləhət görür.
» İnkaretmə – birinci mərhələdir. İnanmamaq, baş vermiş ölüm faktından qorxmaq hadisəyə ilkin və təbii mü-nasibətdir. Ağır xəstələnmiş və ya xəsarət almış insanın ölməsi nəticəsində kədərə məruz qalmış insanın bu faktı özündən uzaqlaşdırmasına, şok vəziyyətinə düşməməsinə yardım edən qoruyucu bir mexanizmdir.
» Qəzəb. Sevimli bir insanın ölüm faktı bir çox hallarda onun yaxın qohumlarında qəzəb hissi yaradır. Çox vaxt onlar belə bir sual qarşısında qalırlar “ Niyə mən? ”. Xilasedicilər bu qəzəbin ilk hədəfinə çevrilə bilər-lər. Bu zaman sakit və təmkinli olmaqla bərabər, kədərlənmək də təbiidir. Belə hallarda insanların qəzəbini və ya təhqirlərini şəxsi inciklik kimi başa düşmək lazım deyil. Mərhumun qohumları ilə ünsiyyət yaratmağa, onlara qulaq asmağa çalışın. Özünüzü müdafiə etməyə çalışmayın. Səbirli olun və mərhumun qohumlarına təsəlli verin. Soyuqqanlılığınızı saxlayın.
» Mübahisə. Ölümcül halda olan insanın fikrincə, hər hansı bir razılaşma yolu ilə qarşısı alınmaz ölümün vaxtı uzadıla bilər və o, “Yaxşı, əvvəlcə mənə icazə verin...” cümlələrinə oxşar ifadələr işlədir.
» Depressiya. Bu, ümumkədər, ümidsizlik və peşmançılıq mərhələsidir.
» Qəbuletmə (razılaşma).Bu, kədərlənmənin sonuncu mərhələsidir. Adətən, bu vəziyyətə qohum və yaxınla-rından fərqli olaraq, ölümcül halda olan insan daha tez düşür. Bu zaman ona havadarlıq etmək, təsəlli vermək və onu başa düşmək lazımdır.
Xilasedici həm ölümcül halda olan insanlarla, həm də onun qohum və yaxınları ilə davranış qaydalarını bil-məlidir. Ölümcül halda olan insanın tələblərinə həmişə diqqət yetirməli və ona hörmətlə yanaşmalı, təklikdə qalıb ona nəzarət etməli, ünsiyyət yaratmalı və mənliyini alçaldılmamalıdır.
Ölümcül halda olan insanın tələblərinə qayğı ilə yanaşmaq lazımdır. Bu vəziyyətdə olan insanı inandırmaq lazımdır ki, ona mümkün olan bütün yardımlar göstəriləcəkdir. Onun qohumlarını da başa salıb inandırmaq lazım-dır ki, zəruri olan tədbirlər artıq görülməkdədir. Sizin səsiniz sakit, qəti və lazım gəldikdə inandırıcı olmalıdır. Ölümcül halda olan insan və onun qohumlarının dediklərinə diqqətlə qulaq asın. Onlara yalan vədlər verməyin. İmkan verin ölümcül halda olan insan, onun ailə üzvləri və qohumları öz qəzəblərini, narahatlıq hisslərini və əsəblərini nümayiş etdirsinlər və beləliklə onlardan azad olsunlar.
- STRESLƏ MÜBARİZƏ
Stress vəziyyəti ilə mübarizə aparmaq bir neçə mərhələdə mümkündür. Bu mərhələlərin diapazonu olduqca genişdir. Bu mərhələyə həyəcanlı əlamətləri dərk etmək, həyat və iş şəraitini dəyişmək, lazım gəldikdə mütəxəssisə müraciət olunmasını aid etmək olar.
- Həyəcan əlamətlərinin dərk edilməsi
Stress vəziyyətinin necə baş verməsini, onun mexanizmini bilməklə, insan özünü və ya yaxınlarını müxtəlif emosional və fiziki zədələr almaqdan qurtara və ya bu zədələnmələrin qarşısını ala bilər. Başqalarına qarşı münasibətdə insanın qıcıqlandırıcı mövqedə olması, fikrini toplaya bilməməsi, yuxusuzluq, həddən artıq qorxu hissləri, günahkarlıq hissləri, iş fəaliyyətinə və əks cinsə qarşı laqeyd münasibət, tənhalığa (izolyasiya) qapanmaq, ictimai-faydalı işlərə marağın azalması və s. stress vəziyyətinə aid olan simptomlardır.
- Həyat şəraitinin (tərzinin) dəyişdirilməsi
İnsan bir çox hallarda sağlam həyat tərzi keçirməklə öz sağlamlığının qorunmasına, işinə, ailəsinə və dostla-rına qarşı normal münasibət saxlamaq üçün əlverişli imkan əldə edir. Qidalanmada spirtli içkilərin, şəkərin və yağların miqdarı azaldılarsa, bu, sağlamlığınıza müsbət təsir göstərər. Düzgün qidalanma, maraqlı iş, id-man, mənalı istirahət, düzgün yuxu rejimi – bütün bunlar insanın sağlam həyat tərzi keçirməsini təmin edir.
- Tarazlıq vəziyyəti yaratmaq
İş fəaliyyətindən sonra səmərəli istirahət edin, idmanla məşğul olmağa vaxt ayırın. Ailənizə, yaxınlarınıza və dostlarınıza diqqət göstərin.
- Təcrübə mübadiləsi aparmaq
Xilasedicilər öz fəaliyyətləri (müvəffəqiyyətləri, uğursuzluqları) barədə fikir mübadiləsi aparmalı və bir-birinə qarşılıqlı suallar verməlidirlər. Öz stress vəziyyətiniz barəsində həmkarlarınıza, dostlarınıza və yaxın-larınıza məlumat verin. İnsana qayğı göstərilməsi üçün başqalarının da bu işə müdaxilə etməsi, qarışması lazımdır.
- İş yerində iş şəraitinin dəyişdirilməsi
İş şəraitinin normal olması və sağlamlaşdırılması haqqında həmişə fikirləşmək lazımdır.
- Kömək üçün mütəxəssisə müraciət edilməsi
Xilasedicinin fəaliyyəti müxtəlif stress vəziyyətləri ilə əlaqədardır. Bu sahədə müvafiq köməkliyi psixika, psixologiya sahələri üzrə mütəxəssislər və din xadimləri göstərə bilərlər.
- GƏRGİNLİK NƏTİCƏSİNDƏ BAŞ VERMİŞ STRESS VƏZİYYƏTİ İLƏ MÜBARİZƏ METODLARI
Kritik vəziyyət nəticəsində baş vermiş stress hallarına qarşı mübarizə hərtərəfli yanaşmaq üsullarını bilməyi tələb edir. Bu mübarizə elə aparılmalıdır ki, həm xilasediciləri, həm də təcili yardım stansiyasının işçilərini razı sal-sın.
Kritik vəziyyətdə baş vermiş streslə mübarizənin əsas elementləri aşağıdakıları əhatə etməlidir:
- stress vəziyyətinə hazır olmaq;
- tibb müəssisələrinin rəhbərliyinin və mütəxəssislərinin köməyi;
- həmkarlar tərəfindən havadarlıq;
- əməkdaşların və onların ailə üzvlərinin reabilitasiyasının aparılması;
- əhalinin maariflənməsi və mənəvi dayaq proqramlarının işlənməsi;
- baş vermiş hadisənin açıq müzakirəsinin aparılması.
Stress vəziyyətinə düşmüş şəxslərə köməklik göstərilməsi ilə bağlı müvafiq müzakirələr aparılmalı və burada stress vəziyyətini yaradan səbəblər araşdırılmalıdır. Vəziyyətin açıq şəkildə müzakirə olunması məsələnin müsbət həlli yollarının araşdırılması sahəsində müvafiq köməklik göstərə bilər.
- KRİTİK VƏZİYYƏT NƏTİCƏSİNDƏ BAŞ VERMİŞ STRESS
Əsas məqsəd – stress vəziyyətinə düşmüş insanı bu vəziyyətdən çıxarmaq və ya qurtarmaqdır. Bu sahəyə psixoloqların və mütəxəssislərin cəlb olunması məqsədəuyğun hesab edilir. Təbii ki, yüngül xəsarət və yaxud şok vəziyyətinə düşmüş insanlarla bağlı müzakirələr aparılmasına ehtiyac olmaya da bilər. Buna baxmayaraq, bəzi işlərin icrası üçün bu məsələlər ətrafında müzakirələrə ehtiyac duyulur. Bunlara vəzifə səlahiyyətlərini yerinə yetirən insanların ölümünü və ya ciddi xəsarət almalarını aid etmək olar.
İstifadə edilən ədəbiyyat:
- Курс по неотложной медицине для Учебных центров в Евразии. Руководство для преподавателей. Американский Международный Союз Здравоохранения. 2005.
- ACLS ProviderManual. AmericanHeartAssociation. 2010