VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

İnsan alveri bunları bilmək vacibdir!

İnsan alveri-yəni şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi,idarə edilməsi , saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi deməkdir. 

İnsan istismarının növləri bunlardır:

  • cinsi istismar
  • məcburi əmək (xidmət)
  • köləlik, köləliyə bənzər adətlər
  • və onlardan irəli gələn asılılıq vəziyyəti
  • insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması
  • şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması
  • qadının surroqat ana kimi istifadə edilməsi

Risk qrupları:

  • az təminatlı və ya içki düşkünü olan ailədəki uşaqlar
  • ailədə zorakılıqla qarşılaşan uşaqlar
  • narkotikdən asılı olanlar
  • maddi imkanları məhdud olan tənha analar
  • miqrantlar
  • sabit yaşayış yeri olmayan şəxslər
  • İİV-lə yaşayanlar
  • Avaralıqla və ya dilənçiliklə məşğul olanlar
  • Səfil, əxlaqsız həyat sürənlər
  • Kimsəsiz, baxımsız, təhsildən qərəzli şəkildə yayınan uşaqlar
  • Narkotik vasitələrdən və psixotrop maddələrdən asılılığı olan şəxslər

Yaş: Əsasən 18-30 yaşında olan qadınlar fahişəliyə cəlb oluna bilərlər

Təhsil səviyyəsi:

  • Təhsilin olmaması və ya aşağı səviyyədə olması
  • Natamam orta
  • Peşə təhsilinin (ali və ya orta ixtisas) olmaması və ya natamam peşə təhsili

Məşğuliyyət:

  • Işsizlər
  • Məktəb, kollec və internat məzunları
  • Daimi iş yeri olmayanlar
  • əyləncə və model biznesilə məşğul olanlar
  • tələbələr, xüsusən ailəsindən uzaq, yataqxanada yaşayanlar
  • müvəqqəti iş yerlərində çalışan miqrantlar

İnsan alveri insan hüquqlarını pozmaqla yanaşı, ailə və cəmiyyətin dağılmasına səbəb olur, əhalinin sağlamlığını zəiflədir.

Cinsi yolla ötürülən xəstəliklərə yoluxma ehtimalı böyük olan cinsi istismarın qurbanları başqa insanlar arasında da bu xəstəliklər yayırlar. Tibbi müayinədən keçmədiklərindən, həmin qadınlardan hansının xəstə olduğunu müəyyənləşdirmək mümkün deyil. Daha çox gizli həyat yaşadıqlarından fahişəliyin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə onları aşkarlayıb müayinəyə cəlb etmək çətin olur

Cinsi yolla ötürülən xəstəliklər

  • Süzənək(qonoreya)
  • Sifilis
  • Genital herpes
  • Bakterial vaginoz ( və ya qardnerellez)
  • Kandidoz
  • Trixomonoz
  • Ureaplazmoz
  • Genital xlamidioz
  • Sitomeqalovirus
  • İİV/QİÇS

İnsan alveri qurbanlarının cəmiyyətə inteqrasiyasına mane olan psixioloji amillər:

  • özlərini alçalmış, təhqir olunmuş hiss edirlər
  • “mən heç kimə lazım deyiləm” düşüncəsi onların psixologiyasına “yerləşir”
  • cəmiyyətin qınaq obyektinə çevrilməkdən qorxurlar
  • özlərini cəmiyyətdən təcrid edib, tək qalmağa üstünlük verirlər
  • ünsiyyətdən yayınırlar
  • kimliklərini hamıdan gizlətməyə çalışırlar
  • çıxılmaz vəziyyətdə olduqlarını düşünüb, bəzən intihara da əl atırlar

Belə insanlar yalnız psixoloqun köməyilə normal həyata qayıda bilərlər. Bu məqsədlə reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərdə qurbanlar psixoloji,  hüquqi yardım və s. ilə təmin olunurlar

İnsan alverinin qurbanlarına yardım

İnsan alverinin qarşısının alınması və qurbanlara kömək məqsədilə yaradılmış, hftənin bütün günləri 24  saat ərzində respublika ərazisində ödənişsiz xidmət göstərən, dünyanın istənilən ölkəsindən zəngləri qəbul edən “Qaynar xətt” telefon xidməti fəaliyyət göstərir.

Qaynar xəttə zəng et: 152 və ya (+99412) 562-21-12