VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

2021-ci ildə 6 918 nəfər məişət zorakılığına məruz qalıb. Onlardan 6 635-i qadındır

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə uşaq sığınacağına yerləşdirilən, reabilitasiya keçən qadın və uşaqların 2021-ci il üzrə statistikasını açıqlayıb.

O, statistikanın hüquq-mühafizə orqanları, icra hakimiyyətləri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi tərəfindən rəsmi müraciətlər və şifahi danışıqlar əsasında yerləşdirildiyini qeyd edib.

  • Məişət zorakılığına məruz qalanlar:

     qadın – 15;

     Uşaq: qız – 32; oğlan – 20.

  • Uşaq Sığınacağında qısa və uzun müddətli yerləşdirilənlər:

uşaq – 61; qadın – 15.

  • Baxımsız, səfil həyata məruz qalan, diləndirilən uşaqlar:

  qız – 5; oğlan – 4.

  • 12 ay ərzində qaynar xəttə müraciət sayı:

     332 nəfər (78-i qadın)

Məişət zorakılığı zəminində nikahı pozulan 27 qadın həyat yoldaşı tərəfindən zorakılığa məruz qalması ilə bağlı, 59 qadın isə aliment tələbi ilə bağlı məsləhət və istiqamətləndirmə istəyib.

Həm qadın, həm də kişi olmaqla 118 nəfər sosial problemlər, uşaqların sığınacağa yerləşdirilməsi, 22 nəfər kişi həyat yoldaşı tərəfindən psixoloji, fiziki zorakılığa məruz qalma ilə bağlı müraciət edib.

  • Ailə münaqişəsi, erkən nişanlanma, təhsildən uzaqlaşdırılmaya görə müraciətlər:

28 nəfər (10-18 yaş arası) 

  • Sosial şəbəkələr üzərindən müraciətlər:

“Instagram” – 218 min;

“Facebook” – 32 min.

Müraciətlərdən 6918 nəfər məişət zorakılığına məruz qalanlardır. Bunlardan 6635-i qadın44 nəfəri kişi239-u uşaqlar olub.

  • Uşaqlarının və özlərinin sığınacaqla təmin edilməsi ilə bağlı müraciətlər:

     qadın – 2713; kişi – 6.

Övladlığa uşaq götürmə ilə bağlı 769 nəfər müraciət edib:

oğlan uşağı istəyi – 651;

qız uşağı istəyi -118.

0-2 yaş arası övladlığa uşaq götürmə müraciəti 751 nəfər, 3-6 yaş arası övladlığa uşaq götürmə müraciəti 14 nəfər, 7-9 yaş arası övladlığa uşaq götürmə müraciəti 4 nəfər olub.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların müəssisəyə yerləşdirilməsi ilə bağlı 421 nəfər müraciət edib. 421 uşağın 318-i oğlan , 103 nəfəri qızdır.

Tək analar(qeyri-rəsmi nikah) – 218 nəfər
Boşanmış qadınlar – 87 nəfər
Həyat yoldaşları dünyasını dəyişən qadınlar – 37 nəfər
Tək atalar (qeyri-rəsmi nikah)- 25 nəfər
Boşanmış kişilər – 42 nəfər
Həyat yoldaşları dünyasını dəyişən kişilər- 6 nəfər
Qəyyum nənə-babalar – 6 nəfər
Dilənən uşaqlarla bağlı müraciət edənlər – 416 nəfər
Zorakılığa məruz qalan uşaqlarla bağlı müraciətlər – 386 nəfər
Seksual hərəkətlərə təhrik, təcavüzə məruz qalma ilə bağlı müraciət – 338 nəfər
Çətin tərbiyə olunan övladlarının sığınacağa yerləşdirilməsi – 381 müraciət
Xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası – 272 müraciət
Onkoloji, əməliyyat ehtiyaclarının qarşılanması məqsədi ilə maddi yardım dəstəyi – 214 müraciət
Zərərli vərdişləri olanların və ya onların yaxınlarının müraciəti – 208 nəfər
Yardım almaq üçün anonim müraciət edənlər -187 nəfər
Hədə qorxu, şantaj olunma ilə bağlı müraciət – 143 nəfər
Erkən nikah, nişan mərasimi, qaçırılma ilə bağlı müraciət– 141 nəfər
Dövlət uşaq müəssisələrində, ahıllar evində baş verən neqativ hallarla bağlı müraciət– 82 nəfər

Qeyd: Müraciətlərin təhlili, cavablandırılması, istiqamətləndirilməsi 5 nəfər könüllü tərəfindən həyata keçirilib. Sosial şəbəkələr üzərindən məişət zorakılığı, təcavüz, erkən nikah, şantaj xarakterli digər cinayət tərkibli müraciətlərin 35%-i Azərbaycan Uşaqlar Birliyinin müraciətindən sonra hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülərək araşdırma aparılıb.