UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Sağlam qida / MƏQALƏLƏR
Qidalanmanın və sağlam həyat tərzinin əsasında qida təhlükəsizliyi dayanır. Qida təhlükəsizliyi-qidalarda ola biləcək fiziki, kimyəvi. Bioloji və ya hər hansı bir zərərin qarşını almaq üçün görülən tədbirlərdir.
Qida təhükəsizliyində 5 vacib məqama riayət etmək lazımdır:
- Qidaları insanlar, heyvanlar və parazitlərin səbəb olduğu çirklənmədən qorumaq;
- Bişirilmiş qidalarda çirklənmənin qarşısını almaq çün çiy və bişmiş qidaları ayrı qablaşdırmaq;
- Patogenləri (xəstəliyə səbəb ola biləcək mikroorqanizmləri) yox etmək üçün qidaları uyğun temperatur və müddətdə bişirmək;
- Qidaları uyğun temperaturda saxlamaq
- Xam maddələri və suyu çirklənmədən qorumaq.
Satışda nəyə diqqət edilməlidir?
Satışa verilən məhsullar Qanunvericiliyə uyğun şəkildə etiketlənməlidir.
Satış şərtləri minimum texniki və gigiyenik xüsusiyyətləri təmin etməlidir.
Qida təhlükəsizliyi tələblərinə cavab verən məhsullar satışa təqdim edilməli və məhsulların saxlanma, qablaşdırma və daşınma qaydalarına riayət olunmalıdır.
Soyuqda saxlanılması lazım olan məhsullara xüsusi diqqət yetirməli, dondurucu dolabların və soyuducuların vaxtaşırı nəzarəti təmin olunmalıdır. (termometr nəzarəti, soyutma panellərinin təmizlənməsi və s.).
Məhsul alarkən necə seçim etmək lazımdır?
Sağlam, zədələnməmiş məhsul seçilib alınmalıdır.
Açıqda satılan məhsulları almaqdan imtina olunmaldır.
Qablaşdırılmış məhsul alarkən onun vəziyyətinə, tamlığına diqqət edilməlidir.
Etiket məlumatlarını oxumaq vacibdir.
Etiket məlumatlarında hansı bilgilər yer alır?
Məhsulun adı
Məhsulun növü və tərkibi
Miqdarı (çəkisi/həcmi)
Qida dəyərliliyi
İstifadə sahəsi və qaydaları
İstehsal tarixi və yararlılıq müddəti
Saxlanma şəraiti
İstehsalçının adı və ünvanı.
Faydalı tövsiyələr
Tez xarab olan ət, toyuq, balıq kimi qidaları alış-verişin sonunda alın. Əgər tez zamanda istifaə etməyəcəksinizsə, ən çox 2 saat, isti havada isə, 1 saat ərzində soyuducuya yerləşdirin.
Mənşəyi bilinməyən süd əvəzinə, pasterizə olunmuş və uzunömürlü südlərə üstünlük verin.
Paxlalı və taxıl məhsulları alarkən nəmli, böcəkli, kiflənmiş olmadığına diqqət yetirin.
Yemək hazırlayarkən qida təhlükəsizliyinə riayət edilməlidir.
Yemək hazırlamamışdan əvvəl əllərinizi sabunla yuyun.
Qida məhsullarını istifadədən əvvəl təmin yuyun.
Qida məhsullarını doğrayarkən fərqli lövhə və bıçaqlardan istifadə edin.
Yeməyi müvafiq temperaturda bişirin. İsti yeməkləri 600 və yuxarı temperaturda istifadəyə verin.
Soyuq qəlyanaltıları 50 və aşağı temperaturda saxlayın.
Artıq qalan yeməkləri otaq temperaturunda soyutduqdan sonra soyuducuya qoyun.