VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Kiberzorakılıq necə baş verir?

Kiber zorakılıq necə baş verir?

Kiber zorakılıq və ya onlayn zorakılıq adi zorakılıq halında olduğu kimi baş verir.  Təcavüzkar qurbanı təhqir etməklə öz təsirini və ya gücünü yaymaq üçün bir vasitə kimi seçir (xüsusilə qurban açıq-aşkar zəifdirsə və cavab verə bilmirsə), bununla da öz sosial statusunu artırır. Çox vaxt kiberhücumçular uydurma adın arxasında gizlənərək təhqirlərini anonim şəkildə dərc edirlər, lakin qurban açıq-aşkar zəifdirsə və təcavüzkar üçün təhlükə yaratmırsa onlar öz adları ilə də hərəkət edə bilərlər. Əksər kiberbullinqlər yalnız onlayn baş verir, real həyatda qurbanın qarşısında təhqiramiz ifadələr işlətməyə, qorxudan və ya alçaldan kimi sözlər söyləməyə cəsarətləri olmur.

Kiber zorakılığı necə ayırd etmək olar?

Elektron şəkildə göndərilən hər hansı alçaldıcı, təhqiredici və ya hədələyici mesaj kiber zorakılıqdır. Bura həmçinin qurbanın razılığı olmadan Facebook və ya YouTube sosial şəbəkələrində yerləşdirilən alçaldıcı foto və ya videolar da daxildir. Saxta sosial media profilləri və ya qurbanı ləkələmək üçün yaradılmış vebsaytlar da kiber zorakılıq kateqoriyasına daxildir. Kiberhücumçuların istifadə etdiyi alətlər və taktikalar ilk baxışdan aydın görünsə də, kiber zorakılıqla mübarizədə ən böyük problem utanmış və ya qorxmuş qurbanlara kiber zorakılığın qurbanı olduqlarını etiraf etməkdir.

Kiber zorakılığı necə dayandırmaq olar?

Təəssüf ki, kiber zorakılıq bəzi insanların alçaqlığı kimi aradan qaldırılmaz görünür. Təcavüzkarın sosial şəbəkədəki, veb-saytdakı və ya videodakı bir yazı vasitəsilə qurbanı ləkələyən məlumatları dərc etməsinə mane olmaq cəhdi elə də asand deyil, çünki resurs administratorunun müəyyən məzmunu silməsi inanılmaz dərəcədə mürəkkəb prosedurdur. Bu mümkün olsa belə, dərc edilmiş materialların nüsxələri çox güman ki, artıq mövcuddur ki, bu da onların şəbəkədən tamamilə və həmişəlik çıxarılmasını demək olar ki, qeyri-mümkün edir.

Özünüzü kiber zorakılıqdan qoruyun. Twitter, WhatsApp, Snapchat, Facebook, YouTube və ya hər hansı digər sosial şəbəkədən istifadə edən tamamilə hər bir smartfon və ya planşet sahibi kiber zorakılığın hədəfinə çevrilə bilər. Təbii ki, sosial mediadan istifadə etməmək kiber zorakılıqdan qorunmağın ən təsirli yolu olardı, lakin bu, son çarədir. Ətrafınızdakı insanlarla açıq dialoq aparmaq, onlayn zorakılığın qurbanı olduqları halda onları kömək istəməyə təşviq etmək daha yaxşıdır. Unutmayın ki, kiberhücumçular nadir hallarda öz qurbanlarına uzun müddət izləyirlər – kiberzorakılıqlar adətən uzun sürmür. Sizi narahat edən vəziyyətlərdə mütləq yaxın adamanızla məsləhətləşin, ondan kömək və dəstək istəyin. Zorakılıq törədən şəxsə sizin zəifliyinizdən və ya qorxularınızdan istifadə etməyinə icazə verməyin!