MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Məktəblinin psixi sağlamlığı / MƏQALƏLƏR

Yeniyetmələrlə ünsiyyətdə müəllimlər üçün tövsiyələr
  • Yeniyetməni dinləməyi bacarmaq.
  • Komandada layiqli yer tutmaq imkanını təmin etmək (tapşırıqlar verməklə, ən kiçik uğurlarını təşviq etməklə, qabiliyyətlərinin axtarışı və inkişafı vasitəsilə).
  • Yeniyetməyə məsuliyyətli bir işi həvalə etməklə (məsələn, kollektivdə komanda adından danışmaq, çıxış etmək) ona inamınızı və etimadınızı göstərməklə.
  • Yeniyetməyə eyni taleyi olan gənclərə dəstək olmasına imkanı verin.
  • Uşağın sağlamlıq vəziyyətini bilin və yorğunluq əlamətlərinə diqqət yetirin.
  • Uşağı səhv davranışına görə cəzalandırın, lakin cəza münaqişə yaratmamalı, əksinə münaqişəyə son qoymalıdır.
  • Yeniyetmə ilə ünsiyyət sakitləşdirici olmalıdır.
  • Yeniyetmələrin davranışlarının təhlilinə yanaşma qiymətləndirici olmamalıdır, yeniyetmənin hərəkətlərinin müsbət və mənfi tərəflərini tapmaq və alternativ davranış yolları təklif etmək lazımdır.
  • Dərslərdə hər bir uşağın fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Belə yanaşma öyrənmək çətinliyi yaşayan şagirdlərin gərginliyini azaltmağa kömək edəcək.
  • Tədris fəaliyyətləri yeniyetmələrə obstrakt və hipotetik düşünmə qabiliyyətinin inkişafına töhfə verməli və və daim dəyişən ehtiyaclara cavab verməlidir.
  • Yeniyetmələrlə ünsiyyət zamanı fiziki və psixoloji təzyiq göstərməkdən çəkinmək lazımdır.
  • Yeniyetmələrin fiziki dəyişikliklərini başa düşmələrini və qəbul etmələrini izah etmək.
  • Gündəlik həyatda fiziki sağlamlığın, idmanın əhəmiyyətini təbliğ etmək, özünə baxım, şəxsi gigiyenaya əməl etmənin əhəmiyyətindən danışmaq.