MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Zorakılıq / MƏQALƏLƏR
Məişət zorakılığının uşaqlara təsiri
Məişət zorakılığının cəmiyyət üçün ən ağır fəsadlarından biri də psixoloji travma almış uşaqlardır.
Uşaqlarda:
- yatmaq və yemək rejimində problemlər;
- çığırmaq və ağlamaq vərdişləri;
- utancaqlıq;
- ünsiyyətdən çəkinmə;
- zorakılığın baş verməsində özlərini günahlandırma;
- əsəb tutmaları;
- ürəkkeçmələr kimi fiziki əlamətlər müşahidə olunur.
! Məişət zorakılığı hallarında bəzən uşaqlar fiziki şiddətin qurbanına çevrilirlər.
Zorakılığın hər növünə YOX deyək!
Zorakılığın acı nəticələri:
- Məişət zorakılığının zərər çəkən şəxsin – adətən qadınların ruhi, fiziki və reproduktiv sağlamlıqlarına mənfi zərərləri nəticəsində onların sosial bir fərd kimi cəmiyyətdə iştirakının qarşısı alınır, zorakı şəxs tərəfindən cəmiyyətdən təcrid olunur, özünə əminlikdə ciddi problemlər yaranır, işdə və ailədə fəaliyyətlərində maneələr yaradılır.
- Məişət zorakılığının sonradan öyrənilən bir davranış forması olduğundan belə mühitdə böyüyən uşaqlar da gələcəkdə öz ailələrində zorakı partnyor, ata və qohum olmağa meyilli olurlar.
- Ruhi və fiziki sağlamlığında qüsurlar olan, eləcə də ölkənin sosial həyatında aktiv iştirakını təmin edəcək təlim-tərbiyəsi düzgün aparılmamış uşaqlar cəmiyyətin inkişafında əhəmiyyətli rol oynaya bilmir.