UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Sağlam qida / MƏQALƏLƏR

Piylənmə nədir?

Piylənmə sağlamlığa zərər vuran anormallıq və artıq piy qatı kimi tərif olunur. Körpələrdə və uşaqlarda piylənmə Ümumdünya Səhiyyə Təşkilatının meyarları ilə müəyyən edilir. (boy, bədən çəkisi, yaş və Bədən Kütləsi İndeksi göstəriciləri əsasında).

Uşağınızda artıq çəki və  ya piylənmənin olub-olmamasının həkiminizdən öyrənə bilərsiniz!

Piylənmə bütün dünyada sürətlə yayılır!

2013-cü ildə 5 yaşadək uşaqlardan 42 milyonu artıq çəki və piylənmədən əziyyət çəkib. Əgər tədbir görülməzsə, 2025-ci ilə qədər 5 yaşadək 70 milyon uşaq artıq çəki və piylənmədən əziyyət çəkə bilər. Hazırda dünyada 18 yaşadək 170 milyon artıq çəkili insan var. Hər il ən azı 2,6 milyon insan artıq çəki və piylənmə səbəbindən həyatını itirir.

Uşaqlıq dövründə piylənmənin yaranma səbəbləri və risk faktorları:

Hamiləlik dövründə anada yaranan şəkərli diabet körpənin çəkisinin artmasına vəm gəlcəkdə piylənməyə səbəb ola bilər. Cəmiyyətdə formalaşan “Kök uşaq sağlam uşaqdır” fikri də ailəni uşağı həddindən artıq qidalandırmağa təşviq edir. Tərkibində yüksək miqdarda yağ, şəkər, duz olan qidaların  qəbulu uşaqların piylənməsi ilə nəticələnir Yüksək kalorili qida və içkilərin reklamı düzgün olmayan qida vərdişləri formalaşdırır və nəticədə uşaqlarda çəkinin artmasına gətirib çıxarır. Mobil telefonların, planşetlərin, video oyunların geniş yayılması fizikin aktivliyi azaldaraq, artıq çəki və piylənməyə səbəb olur.

Uşaqlıq dövründən başlayan piylənmənin sağlamlıqç üçün fəsadları: Artıq çəkili uşaqlar  böyüdükdə piylənməyə və gənc yaşda qeyri-infeksion xəstəliklərə - diabet və ürək-damar xəstəliklərinə məruz qalırlar. Bu da vaxtından əvvəl ölüm və əlilliyə səbəb olur. Piylənmədən əziyyət çəkən körpələr və azyaşlılar sonra, yeniyetmə və böyük yaşlarda da artıq çəkili olurlar. Piylənmənin səbəb olduğu qeyri-infeksion xəstəliklər:

  • Ürək-damar xəstəlikləri
  • Şəkərli diabet
  • Oynaq - əzələ sistemi xəstəlikləri
  • Bəzi orqanlarda (süd vəzi, uşaqlıq, mədə-bağırsaq sistemi) onkloji xəstəliklər

Uşaqlarda piylənmənin qarşını almaq üçün ümumi tövsiyələr:

Düzgün qidalanma vərdişi formalaşdırmaq

Meyvə, tərəvəz, paxlalı bitkilərdən daha çox istifadə etmək

Qida rasionunda doymuş yağları doymamış yağlarla əvəz etmək

Şəkərin istifadəsini azaltmaq

Gündə ən azı 60 dəqiqə fiziki aktivliklə məşğul olmaq

Ümümdünya Səhiyyə Təşkilatı tövsiyə edir:

Körpələr və kiçikyaşlı uşaqlar üçün

Yenidoğulmuş körpyə süd verməyə daha tez başlamaq (doğuşdan sonrakı 1 saat ərzində)

Körpəyə ilk 6 yalnız ana südü vermək

Körpəyə 6 ayından başlayaraq , tərkibi vitaminlərlə zəngin və təhlükəsiz qidalar (qatı qidalar) vermək

Uşağa 2 yaşınadək ana südü verilməsini davam etdirmək

Məktəbyaşlı uşaqlar və yeniyetmələr üçün

Mütəmadi olaraq fiziki aktivliklə məşğulo olmaq (gündə 60 dəqiqə)

Mobil telefonların, planşetlərin, video  oyunların istifadə müddətini azaltmaq

Yüksək kalorili qida və içkilərin reklamlarına baxılmasını məhdudlaşdırmaq