MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Digər mövzular barədə / MƏQALƏLƏR

Peyvənd haqqında 5 fakt

Peyvənd haqqında eşitdikləriniz və oxuduqlarınızla yanaşı,  bu faktları da bir

daha nəzərdən keçirin:

  1. Peyvəndlər təhlükəsiz və effektlidir

Lisenziya almış hər hansı peyvənd istifadəyə təsdiq edilməmişdən öncə, ciddi testlərlə yoxlanılır. Müntəzəm olaraq yenidən qiymətləndirilir və daim əks təsirləri araşdırılır. Çox nadir hallarda peyvəndlərin ciddi yan təsirləri qeydə alınır. Bu faktlar isə təcili olaraq tədqiq edilir.  

  1. Peyvəndlər ölümcül xəstəliklərin qarşısını alır

Peyvəndlər uşaqları difteriya, qızılca, el arasında qulaqdibi olaraq tanınan “svinka” və göyöskürək kimi xəstəliklərdən qoruyur. Uşaqlar və böyüklər peyvənd edilmədikdə, xəstəliklərə qarşı həssas olurlar. Virusa yoluxda isə ağırlaşmalar, hətta ölüm halı qeydə alınır.

  1. Peyvəndlər təbii infeksiyalardan daha yaxşı immunitet yaradır

Peyvəndin tərkibindəki zərərsizləşdirilmiş infeksiya, təbii infeksiyanın immunitetə təsirindən daha az risklidir. Məsələn, təbii infeksiya olan Haemophilus influenza tip B(Hib) koqnitiv pozuntuya, məxmərək, doğuş qüsuruna, polio isə iflicə səbəb ola bilər.

  1. Kompleks peyvəndlər daha təhlükəsiz və faydalıdır

Bir neçə peyvəndin uşağa eyni zamanda vurulmasının onun immunitetinə heç bir pis təsiri yoxdur. Əksinə, uşağın narahatlığını azaldır, vaxta və pula qənaət etməyinizə kömək edir. Soyuqdəymə zamanı uşaqlar peyvənddən daha çox antigenlərə məruz qalırlar.

5.Əgər biz peyvəndləri dayandırsaq, xəstəliklər geri qayıdar

Ən gigiyenik mühitdə, təmiz suyun olduğu şəraitdə belə, infeksiyalar yayılırlar. Difteriya, qızılca, qulaqdibi, polio kimi yoluxucu xəstəliklərə hazırda nadir hallarda təsadüf olunur. Əgər insanlar peyvənd olunmasa, onda əhali arasında bu xəstəliklərə yoluxma halları da artar.