VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Sağlam qida / MƏQALƏLƏR

Sağlam olmaq üçün 12 məsləhət
  1. Sağlam pəhriz saxlayın!
  2. Fiziki aktiv həyat yaşayın!
  3. Peyvənd etdirin!
  4. Siqaret çəkməyin!
  5. Alkoqollu içkilərdən imtina edin!
  6. Özünüzü stresdən qoruyun!
  7. Gigiyena qaydalarına əməl edin!
  8. Avtonəqliyyatı yüksək sürətlə və ya sərxoş vəziyyətdə idarə etməyin!
  9. Sükan arxasında olarkən təhlükəsizlik kəmərini bağlayın və velosiped sürərkən təhlükəsizlik papağını geyinin!
  10. Qorunmamış cinsi əlaqədən uzaq olun!
  11. Müntəzəm olaraq həkim müayinəsindən keçin!
  12. Körpələri ana südü ilə qidalandırın!

Sağlam qidalanma ürək-damar sistemi xəstəliklərinin ümumi riskinin azaldılmasının ayrılmaz hissəsidir. Sağlam qidalanma ilə bağlı tövsiyələr nəinki ürək və damarların sağlamlığını qorumağa kömək edir, həmçinin digər xəstəliklərin (məs; onkoloji xəstəliklərin) yaranma riskini də aşağı salır. Avropa Kardioloji Cəmiyyəti və Avropa Ateroskleroz Cəmiyyətinin sağlam qidalanma ilə bağlı ümumi prinsipləri belədir: 

  • Qidanın ümumi enerjisi dəyərində bütün

           yağların həcmi 30%-dən çox olmamalıdır

  • Doymuş yağların həcmi istifadə edilən yağların

           ümumi həcminin 1/3-dən çox olmamalıdır

  • İstifadə edilən xolesterinin gündəlik həcmi 300

           mq-dan az olmalıdır

  • Tərəvəz və dəniz balıqlarında olan mono və

           poli-doymamış yağlardan daha çox istifadə

           edilməlidir

  • Təzə meyvə, dənli bitkilər və tərəvəzdə olan

           karbohidratlar daha çox istifadə edilməlidir

  • Hipertoniya və artıq çəkisi olan insanlar duzdan

           gündə 5 qramdan az istifadə etməlidirlər.

  • Artıq çəkisi olan insanlara qida kalorisini azaltmaq vacibdir.

Həyatınızın hər dövründə gün ərzində fiziki aktiv olun!

Ümumdünya Səhiyyə Təşkilatı böyüklərə həftə ərzində  ən azı 150 dəqiqə, uşaqlara isə gün ərzində 60 dəqiqə fiziki hərəkətdə olmağı tövsiyə edir.

EVDƏ

Evdə televizora baxan zaman çalışın hərəkətsiz qalmayın.

Xalçaların təmizlənməsi ev şəraitində gündəlik fiziki aktivliyin bir növüdür.

Bağ işləri ilə məşğulluq fiziki aktiv olmaq üçün yaxşı imkandır.

İŞDƏ

İş yerində fiziki aktivlik məhsuldarlığı artırır.

Lift əvəzinə pilləkənlərdən  istifadə edin.

İctimai nəqliyyatdan bir-iki dayanacaq əvvəl düşərək gedəcəyiniz yerə piyada çatın.

MƏKTƏBDƏ

Fiziki aktivlik uşaqların diqqətini artırır.

Piyada, ya da velosipedlə məktəbə getmək uşaq və valideynlər üçün faydalıdır.

Dərsdən sonra idman və meydança oyunları uşaqlara fəal qalmağa imkan yaradır.

CƏMİYYƏTDƏ

Açıq havada fəaliyyətdən ilin hər fəslində həzz alın.

İməcilik insanlararası ünsiyyət və fiziki aktivliyi artırır.

Yaşıl ərazilərə gedən piyada və velosiped yolları fiziki aktivliyi gündəlik həyatın bir hissəsinə çevirir.

DAVAMLI FİZİKİ AKTİVLİK İNSANLARA DAHA SAĞLAM VƏ DAHA UZUN ÖMÜR YAŞAMAQ İMKANI VERİR.

Tütün dünya əhalisinin qarşısı alına bilinən əsas ölüm səbəblərindəndir. Siqaret çəkənlərin əksəriyyəti bu vərdişdən imtina etmək arzusundadır – onlar siqaret çəkməni əsasən öz istəyi ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranmış aslılıq səbəbindən edirlər. İnsanın təmiz, tərkibində zərərli maddələr olmayan hava ilə nəfəs alma hüququ tütün çəkənlərin ictimai yerlərdə siqaret çəkmək və bununla da digər insanların sağlamlığını təhlükədə qoymaq hüququndan qat-qat üstündür. İkincili (ətrafa yayılan) tütün tüstüsü ilə nəfəsalma sağlamlıq üçün təhlükəlidir. O, insanlarda xərçəng, ürək-damar və digər xəstəliklərin inkişaf etməsinə gətirib çıxarır. 

Tütünçəkmə güclü vərdiş və hətta asılılığın bir forması olmasına baxmayaraq, milyonlarla insan bu təhlükədən qurtula bilir.       

         Siqaretdən imtina etdikdə:

  • Daha gümrah və enerjili olacaqsınız
  • Sərf etmək üçün daha çox pulunuz olacaq
  • Dəriniz daha hamar və şəffaf olacaq
  • Bədəndən, saç və paltardan xoşagəlməz qoxu itəcək
  • Xərçəng, insult və ürək problemləri riskiniz azalacaq
  • ətrafınızdakı insanların daha rahat nəfəs almasına imkan yaranacaq.