UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR

Dişlərə qulluq

Tövsiyələr

Dişlərinizi  fırçalayanda qan görürsünüzsə – bu, diş ətinin qanamasıdır. Diş əti problemləri bir çox səbəbdən meydana gələ bilər. Diş iltihabı bu problemlərin başında gəlir. Daimi olaraq təmizlənməyən diş və diş ətlərində zaman keçdikcə bakteriyalar əmələ gəlir və bu bakteriyalar olduğu yeri “dağıdaraq” ağrı, şişkinlik və qanamalara yol aça bilir.

Diş  əti xəstəliyinin əlamətləri hansılardır?

  • diş əti çəkilmələri
  • diş itkisi, dişlərin laxlaması
  • ağızda pis dad və qoxu hissi
  • qırmızı, şiş və həssas diş ətləri
  • dişlərin fırçalanması zamanı qanama
  • dişlər arasında yığılan diş ətlərinə bənzəyən kiçik torbacıqlar
  • dişləri sıxarkən və ya dişləyərkən diskomfort hissi

Diş əti qanamasının səbəbləri müxtəlifdir:

Ağızdakı kiçik yaralar, kimya terapiyası, siqaret istifadəsi, hamiləlik və klimaks dövrü, bəzi hormon pozğunluqları və s.

Bəs qarşısını necə almaq olar?

Dişləri təmiz saxlamaq: bunun üçün dişləri gündə 2 dəfə fırçalamaq lazımdır (hər yeməkdən sonra adi su ilə ağzı yaxalamaq lazımdır, bu, qida qalıqlarının dişlərə ziyan verməməsi üçündür);

Hər gün, xüsusilə yatmazdan əvvəl diş sapı ilə dişlərin arasını təmizləyib, ağzı yaxalamaq;

Bol su içmək. Su dişlərdə bakteriya əmələ gəlməsinin qarşısını alır və qanama riskini azaldır;

Siqaret istifadəsini dayandırmaq;

Çox soyuq və çox isti qida qəbulundan çəkinmək;

Əgər diş əti problemləriniz bu tövsiyələrə riayət etməklə aradan qalxmırsa, mütləq stomatoloqa müraciət etmək lazımdır.

Yadda saxlayın!

Mütamədi stomotoloq müayinələri sağlam dişlərə sahib olmaq üçün ilk addımdır.

(Yerləşdirildi: noyabr 2023)