UŞAQLAR ÜÇÜN
maarifləndirici materiallar
Digər mövzular barədə / MƏQALƏLƏR
Onurğa sütunu
Onurğa sütunu insanın skeletinin əsas hissəsidir.
Qaməti düz saxlamaq üçün vücud əzələləri kömək edir.
Arxadan baxanda onurğa düz xətt kimi görünür. Yan tərəfdən baxanda, onun təbii S-vari forması var, qabarıq və çökək zolaqları ilə (təbii lordoz və kifoz).
Əzələlərin, bağların, sümüklərin həddindən artıq yüklənməsi narahatlıq, ağrı, skelet xəstəliklərinə səbəb ola bilər
Onurğanın deformasiyaları
Kifoz (qozbellik) - bu tip deformasiya onurğa sütununun yuxarı şöbəsinin normadan artıq anormal əyilməsidir.
Lordoz - bu tip deformasiya zamanı onurğanın normadan artıq əyilməsi baş verir. Nəticədə budlar arxaya doğru yerləşmiş və qarın önə qabarmış kimi görünür.
Yastı bel sindromu (onurğanın əyriliyinin azalması)
Skolioz (onurğanın yana əyilməsi)
Skolioz nədir?
Onurğa əyriliyi günümüzdə tez tez rastlaşdığımız dayaq-hərəkət sistemi xəstəliklərindən biridir. Uşaqlarda və gənclərdə daha çox görülməsinə baxmayaraq yaşlı insanlarda da osteoporoz və degenerasiya səbəbi ilə skolioz müşahidə edilir.
Normal onurğa sütununda fəqərələr öndən və arxadan baxılan zaman yuxarıdan aşağıya düz bir xətt üzərində uzanır. Yandan isə boyunda önə, döşdə arxaya və beldə önə, omada isə arxaya doğru normal əyriliyə malikdir. Sağlam bir bədəndə onurğa sütunu 7 boyun, 12 döş, 5 bel, 5 oma, 4-5 büzdüm olmaqla 33 -34 fəqərədən ibarətdir və birbirlərinə bağlar, oynaqlar və disklərlə bağlanır.
Şəkildə onurğa sütununun yandan və arxadan görüntüsü
Skoliozun əlamətləri və simptomları
Yüngül əyriliklər:
- Çanaq və çiyinlərin hündürlüyündə görünən fərq (asimmetriya)
- Bədənin sağ və ya sol tərəfə əyilməsi
- Kürək sümüklərinin hündürlük fərqinin olması
- Bədən tarazlığının pozulması
- Bud çanaq oynağının digərinə nisbətən yuxarıda olması
- Döş qəfəsində asimmetriya
- Aşağı ətraflardan birinin digərinə nisbətən uzun və ya qısa olması
- Bel nahiyəsində dəridə tüklənmə, ləkə və çuxur görünməsi
Daha ciddi əyriliklərdə:
- Bel və kürəkdə ağrı
- Ayaqlarda ağrı, uyuşma və zəiflik
- Nəfəs almaqda çətinlik
- Halsızlıq və tez yorulma
Uşaq skoliozu təkcə estetik qüsur deyil, həm də bütün orqanizmin potensial pozulmasıdır. Onurğa sütununun açıq bir deformasiya dərəcəsi ilə inkişaf edirlər. Xəstə aşağıdakıları hiss edə bilər:
- donqar əmələ gəlməsi (qozbellik);
- sümük və əzələlərin düzgün inkişaf etməməsi;
- əzələ distrofiyası;
- daxili orqanların funksiyasının pozulması.
Səbəblər
- Anadangəlmə
- qazanılmış formaları:
- skelet dəyişikliklərinə səbəb olan metabolik pozğunluqlar;
- onurğa sütununa həddindən artıq şaquli təzyiq;
- yanlış mövqedə uzun müddət qalmaq
Skolioz dərəcəsi
Buna əsasən skoliozun 4 dərəcəsi ayırd edilir:
- 1-ci dərəcəli – 0-10°
- 2-ci dərəcəli – 11-30°
- 3-cü dərəcəli – 31-60°
- 4-cü dərəcəli – >61°
Müalicə
- Həkim tərəfindən düzgün diaqnozun qoyulması
- Skolioz əyriliyinin dərəcəsi
Növü
- Rentgenoqrafiya və MRT
Müalicə üsulları:
- Fizioterapiya
- Masaj
- Korset
- Cərrahiyə metodu
Tövsiyələr «Nə etməmək?»
- Bir vəziyyətdə "donmamaq" - nə oturmaq, nə də ayaq üstə durmaq;
- Ağır əşyaları bir əldə daşımamaq
- Yıxılmaqdan, xəsarətlərdən qaçınmaq
- Onurğa sütununu çox yükləməmək
- Qəfil dairəvi hərəkətlər etməmək
Tövsiyələr «Nə etmək?»
- İldə ən azı 2 dəfə ortoped müayinəsində olmaq
- İdmanla məşğul olmaq (üzgüçülük, at sürmək)
- Onurğa sütununa həddindən artıq yüksək yükdən qaçınmaq
- Əzələlərə simmetrik yüklənmə
- Zədələrə qarşı mübarizə
- Artıq çəkini azaltmaq
- Vitamin D və Ca ilə
- zəngin olan qidaları qəbul etmək
- Qaməti düz saxlamaq;
- Düzgün məktəb çantasını seçmək
Məktəbli Çantasının seçimi
- Çiyin çantası uşağın çəkisinin 15 %-dən çox olmamalıdır
- Çantanın asqıları möhkəm, enli və bərabər ölçüdə olmalıdır
- Çantanın dar asqısı olmaqı çiyinə təzyiq edərək ağrı və keyiməyə səbəb olur
- Möhkəm asqılar bel, boyun və kürəkdəki bağ əzələlərinə zərər verir
- Çanta tək tərəfli daşımaq olmaz.
Uşaqlar üçün bel bölgəsi yastıqlı olan çantalara üstünlük vermək lazımdır: belə çantalar ağırlığın doğru şəkildə yayılmasına kömək edir.
İbtidai sinif şagirdin çantası – 2,2-3 kq
Yuxarı sinif şagirdin çantası – 3,2-3,7 kq artıq olmamalıdır.
“Sağlam onurğa - sağlam insan deməkdir".
Qaməti düzgün olmayan bir insan, sanki uğursuz bir insan kimi görünür!
- "DÜZ QAMƏT - SAĞLAM HƏYAT!"