VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblinin psixi sağlamlığı / MƏQALƏLƏR
Depressiv pozuntu istənilən yaş dövründə başlaya bilər. Lakin bununla yanaşı o daha çox 25-30 yaş arası başlayır. O, qəfildən (məsələn güclü stresslə əlaqədar) yarana bilər və ya bir neçə gün və
həftə müddətində tədricən inkişaf edə bilər. Bu zaman depressiyanın əlamətləri kimi həyəcan, təlaş tutmaları və ya ümumi narahatlıq müşahidə edilə bilər. Depressiv epizodun davamlılığı bir neçə aydan, bir neçə ilədək tərəddüd edir, müalicə olunmadan yaşanan depressiya epizodları adətən 6 aydan 9 ayadək davam edir.
Depressiya təkrarlanan (residiv verən) xəstəlikdir. Birinci epizoddan sonra residiv təhlükəsi 50%, ikinci epizoddan sonra 75%, üçüncü epizoddan sonra 90% təşkil edir. Residiv göstəriciləri 45 yaşdan yuxarı olan insanlar arasında xüsusilə yüksəkdir. Depressiyanın ən ağır nəticəsi intihardır. Depressiyadan əziyyət çəkən şəxslərin 15-20%-i həyatlarına intiharla son qoyurlar.
Depressiyanın digər nəticələrinə, işin (vəzifənin) itirilməsi, təcrid, təhlükəli davranış formaları, alkoqoldan və digər psixoaktiv maddələrdən istifadə aiddir. Depressiv pozuntu pasiyentin fiziki sağlamlığına mənfi təsir göstərə, yanaşı gedən somatik xəstəliyin gedişini ağırlaşdıra bilər.
Ağırlıq dərəcəsinə görə ayırd edilir:
Yüngül depressiv epizod:
✓ Simptomların heç biri yüksək intensivlik dərəcəsinə çatmır
✓ Şəxs distress və adaptasiya zamanı bəzi çətinliklər hiss edir
✓ Epizod zamanı sayıqlama və hallüsinasiya müşahidə olunmur
Psixotik əlamətlər olmadan orta depressiv epizod:
✓ Depressiyanın bəzi simptomları əhəmiyyətli dərəcədə ifadə
olunmuşdur və ya daima depressiv simptomların böyük qismi qeydə alınır
✓ Şəxs demək olar ki, bütün sahələrdə nəzərəçarpan çətinliklər yaşayır
✓ Epizod zamanı sayıqlama və ya hallüsinasiya qeydə alınmır
Psixotik əlamətlərlə orta depressiv epizod:
✓ Depressiyanın bəzi simptomları əhəmiyyətli dərəcədə ifadə
olunmuşdur və ya daima depressiv simptomları böyük qismi qeydə alınır
✓ Şəxs demək olar ki, bütün sahələrdə nəzərəçarpan çətinliklər yaşayır
✓ Epizod zamanı sayıqlama və ya hallüsinasiya qeydə alınır
Psixotik əlamətlərsiz ağır depressiv epizod:
✓ Depressiyanın əksər simptomları əhəmiyyətli dərəcədə ifadə
olunmuşdur və ya depressiv simptomların az bir qismi yüksək ifadəlilik dərəcəsinə çatır
✓ Şəxs demək olar ki, bütün sahələrdə çox böyük çətinliklər yaşayır
✓ Epizod zamanı sayıqlama və ya hallüsinasiya qeydə alınmır
Psixotik əlamətlərlə ağır depressiv epizod: