MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblinin psixi sağlamlığı / MƏQALƏLƏR
Müxtəlif mənbələrə əsasən böyük yaş dövrünə aid olan əhalinin həyatı boyu depressiyaya “yoluxması”, kişilər arasında 2,5%-dən 10%-dək, qadınlar arasında isə 5%-dən 20%-dək dəyişir. Depressiya, bu pozuntudan əziyyət çəkən qohumları olan şəxslərdə 1.5-3 dəfə daha çox təsadüf olunur. Eyni zamanda bütün dünyada depressiyanın yayılma səviyyəsinin yüksəlməsi və bu məfhumun gəncləşməsi tendensiyası qeydə alınır. Depressiyanın yayılma səviyyəsi uşaqlar arasında 2%, yeniyetmələr arasında 4-8% təşkil edir. Azərbaycanda depressiv pozuntunun aşkarlanmasının kifayətsizliyi şəraitində ÜSTnın (2002) rəsmi statistikasına əsasən ölkəmizdə depressiya, ürəkdamar xəstəliklərindən (13%) və aşağı tənəffüs yollarının infeksiyasından (11%) sonra əlilliyə uyğunlaşmış həyat illəri (DALY) göstəricisi üzrə üçüncü yerdə durur. Depressiya DALY göstəricisi üzrə neyropsixiatrik hallar arasında birinci yeri tutur.