VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
Onurğa sümükləri onurğa beynini qoruyur. Onurğa beyni bədənlə baş beyin arasında siqnalları ötürür və insanın hərəkət etməyinə məsuliyyət daşıyır. Onurğa beyni zədələnərsə, ola bilsin ki, zərərçəkən ətraflarını hərəkət etdirə bilməsin və ya bədənin müəyyən hissələrində hissiyatı itirsin.
Boyun nahiyəsinin küt travması tipik olaraq yol qəza hadisələri nəticəsində baş verir, lakin bu travma növü eləcə də idmanla bağlı travmalar zamanı, boğulma, yanğın nəticəsində, yumruq yaxud təpiklə zərbə və travmatik manipulyasiyalar zamanı (fəqərələrə kobud təzyiq), yıxılmalarda, zorakılıq, küt alətlərlə zədələnmələrdə, asılmada, suya baş vurduqda qeyd edilir.
* Küt travmanın patologiyası
Sürücü qoruyucu kəməri bağlamadıqda avtomobil qəzası zamanı başın arxaya açılmış şəkildə kəskin hərəkəti baş verir və boyunun ön hissəsi sükan sütunu ilə qarşı-qarşıya gəlir. Təhlükəsizlik kəməri boyunu küt travmalardan müəyyən qədər müdafiə edir, lakin bu kifayət etmir. Təhlükəsizlik kəmərinin çiyinə təzyiq etməsi nəticəsində ikincili olaraq kəllə damarlarının və nəfəs borusunun zədələri baş verir.
Dəlib keçməyən travmalar zamanı qan damarları müxtəlif mexanizmlər nəticəsində zədələnə bilər. Bilavasitə güc damarların tamlığını poza bilər. Onurğanın boyun hissəsinin həddən artıq rotasiyası və/və ya arxaya açılması arteriya və venaların dartılmasına və nəticədə cırılmasına səbəb olur. Kəllə əsasının sınıqları zamanı yuxu arteriya-sının sümükdaxili hissəsi zədələnə bilər. Boyunun ön hissəsinin, xüsusilə də üzüyəbənzər qığırdaq nahiyəsində sıxılması qırtlağın və ya traxeyanın dağılmasına və qida borusunun onurğa sütununa sıxılmasına səbəb ola bilər.
Boğulma – asılma nəticəsində (bədənin hissəvi və ya tam şəkildə boyun üzərində asılması), iplə boğulma, əllə boğulma və postural (zərərçəkənin mövqeyi – vəziyyəti ilə əlaqəli) boğulma. Postural boğulma uşaqlarda rast gəlinir və boyun nahiyəsinin obyekt üzərində təsbit olunması və bədənin ağırlığının boyun üzərinə düşməsi nəticə-sində baş verir. Onurğanın boyun hissəsinin və onurğa beyninin zədələnməsi yalnız bədən uzunluğundan çox olan məsafədən asılma zamanı qeyd edilir. Asılma zədələri zamanı ölümün əsas səbəbi sadəcə asfiksiya deyil. Boyun nahiyəsində onurğanın sıxılaraq qırılması həmişə ölümlə nəticələnir.
Travma barədə zərərçəkəndən, yaxınlıqda olan müşahidəçilərdən soruşun. Travma hadisəsini yaradan vəziy-yəti aydınlaşdırın, zədələnmədən sonra keçən müddəti müəyyən edin və xəstənin həqiqi vəziyyətini təsdiq edin. Hadisə zamanı zərərçəkənin qan və huşunu itirməsini müəyyən edin. Hər hansı bir preparat və ya spirtli içki qəbul etməsini dəqiqləşdirin. Boyun travması yol nəqliyyat hadisəsi nəticəsində baş verdikdə qoruyucu kəmərin istifadə edilməsi, zərərçəkənin yol nəqliyyat vasitəsində yerləşmə vəziyyəti (sürücü qismində və ya ön, arxa yerlərdə), hava yastıqlarının açılması, avtomobilə dəyən zədələr (sükanın sütunu və ön şüşənin tam olması və ya sınması) barədə soruşun.
* Onurğa beyninin travması olan zərərçəkənin qiymətləndirilməsi
Əgər zərərçəkən danışa bilirsə, aşağıdakı sualları verin: Nə baş verib? Haranız ağrıyır? Boynunuz və ya beliniz ağrıyır? Əlinizi, ayağınızı tərpədə bilirsiniz? Əlinizə, ayağınıza toxunduqda hiss edirsiniz?
- Onurğa beyninin zədələnməsinin əlаmətləri:
Onurğa beyninin zədələnmələrində müxtəlif əlamətlər özünü büruzə verə bilər. Bunlar onurğa beyninin zədələnmə dərəcəsindən asılıdır. Onurğa beyninin zədələnməsində artıq hərəkət tənəffüsün qəfləti dayanmasına səbəb ola bilər. Buna görə boyun yaxalığı qoymaq və tam sakit vəziyyət yaratmaq lazımdır. Boyun nahiyəsinin travmaları zamanı əlamətlərin gec meydana çıxmasını nəzərdən qaçırmayın.
* Aşağıdakı əlamətlər olduqda zərərçəkənə qarşı çox diqqətli olmaq lazımdır.
- Zərərçəkən 65 yaşında və ya daha yaşlıdırsa.
- Travma nəticəsində yumşaq toxumalar zədələnibsə. Bunlara başın və boyunun zədələnməsi, çiyin qurşağı, kürək, qarın boşluğu və aşağı ətrafların zədələnmələri aiddir.
- Avtomobil və ya velosiped qəzası keçiribsə.
- Hündürlükdən yıxılıbsa.
- Zərərçəkənin xüsusən başında və boynunda digər ağrı verən zədələri varsa.
- Ətraflarda zəiflik, keyimə hissi, süstlük, gizilti hissləri, hərəkət məhdudluğu, tam hərəkətsizlik müşahidə edilərsə. Aşağı və ya yuxarı ətrafda hissiyyatın itməsi və ya ətrafların iflici (paralici).
- Ətraflarda titrəmə, zəiflik, qıdıq gəlmə müşahidə olarsa.
- Ağrı hissiyyаtı аncаq körpücük sümüyündən yuхаrıdа təyin еdilərsə.
- Boyun, döş, bel fəqərələri nahiyəsində hissiyyat artarsa.
- Zərərçəkənin boynunda və ya belində ağrı olarsa. Hərəkət zamanı onurğa və ya ayaqlarda güclü ağrının olması. Belə zərərçəkəni tərpənməyə qoymayın və ağrı reaksiyasını dəqiqləşdirmək üçün onu tərpətməyin. Ağrı vaxtaşırı təkrarlana bilər (fasiləli).
- Ağciyər çatışmazlığı – əgər boyun fəqərələrində zədələnmə varsa. Diаfrаqmаl tənəffüs.
- Hissi və reflektor funksiyaların tam pozulması olarsa (sidik və nəcis ifrazının qeyri-iradi olması).
- Sərxoş və ya huşu dağınıq görünürsə, tam ayıq deyilsə;
- Priаpizm (qеyri-irаdi еrеksiyа) müşahidə edilirsə.
İmkan daxilində zədələnmənin mexanizmini və zərərçəkənin nevroloji statusunu aydınlaşdırın. Əgər nevro-
loji statusda dəyişiklik yoxdursa, immobilizasiya olunmuş boyun nahiyəsi həssaslıq, ödem, qansızma, əzələ spaz-ması, başın qeyri-normal vəziyyəti və traxeyanın yerdəyişməsinə görə müayinə olunmalıdır.
Diqqət! Zərərçəkənin hərəkət etməsi, hissiyyatın itməməsi, fəqərələr nahiyəsində ağrının olmaması boyun zədələn-məsini inkar etmir.
* Distributiv şok – qan axınının paylanmasının pozulması. Səbəbləri: nevroloji faktordur (vazomotor iflic).
Vazomotor iflic səbəbindən baş verən distributiv şok hipotenziya, bradikardiya və hipotermiyadan ibarət triada şəklində təzahür edir. Şok ən çox onurğa beynində simpatik yolların qırılması və parasimpatik sinir sisteminin tonusun artması nəticəsində inkişaf edir. Simpatik sinir sisteminin təsirindən damarlar büzülür (adrenalin ifrazında olduğu kimi), parasimpatik sinir sisteminin tonusu artdıqda venoz damarlar qenişlənir, onların tutumu artır və bu qan dövranı çatışmazlığına gətirir.
- Məsləhətlər
- Onurğa zədələnmələrində zərərçəkən imkan daxilində aşkar edilmiş vəziyyətdə saxlanılmalıdır.
- Zərərçəkənin başını və boynunu ancaq ürək-ağciyər reanimasiyasına (QAR) ehtiyac olduqda, zərərçəkən qusduqda və ya tənəffüs çətinləşdikdə, yaxud təhlükə zonasından çıxarmaq üçün ehtiyac olduqda hərəkət etdirilməlid.
- Birincili baxış mütləq zərərçəkənə boyun yaxalığının qoyulması ilə başa çatmalıdır. Оnurğа bеyninin zədələnməsini inkаr еdən kimi, bоyun və bаş nаhiyəsini immоbilizаsiyа еtmək lаzımdır. Мüvаfiq immоbili-zаsiyаyа sərt bоyun yахаlığı, uzun lövhə və bаşın yаn fiksаsiyаsı аiddir.
- İlk tibbi yardım zərərçəkənin iflicinə (onurğa beyninin ikincili zədələnməsinə) səbəb оlmаmalıdır.
- Əgər onurğanın boyun nahiyəsinin zədələnməsinə şübhə varsa və rеngеnоlоji müayinə аpаrmаğа imkаn yохdursа zərərçəkən аrхаsı üstə sərt lövhənin üzərində hərəkətsiz uzаdılmаlıdır.
- Bоyun yахаlığı qoyulduqdan sonra zərərçəkən lövhə üzərində immоbilizаsiyа olunmuş vəziyyətdə xəstəxa-naya göndərilməlidir.
- Zərərçəkəni yerdəyişməsi 4–5 nəfərin köməkliyi ilə aparılmalıdır.