VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Spirtli içkilər və onların qeyri - infeksion xəslərin inkişafında rolu

— Spirtli içkilərə aludəlik istifadə dünyaya vaxtından əvvəl (erkən) ölüm və əlilliyin mühüm risk faktorlarından biridir. Məsuliyyətsiz və təhlükəli səviyyədə spirtli içkilərdən istifadə hər il milyonlarla insanın ölümünə səbəb olur. Məs., 2004-cü ildə spirtli içkilər 2.3 milyon insanın ölümünə bais olmuşdur. Bu isə dünyada bütün ölüm hallarının 3.8%-na bərabərdir.

— Spirtli içkilərdən məsuliyyətsiz və təhlükəli səviyyədə istifadəsi nəticəsində baş verən xəstəliklər qlobal miqyasda bütün xəstəliklərin ümumi yükünün 4.5%-ni təşkil edir.

— Xərçəng xəstəlikləri nəticəsində baş verən ölüm hallarının 35%-ı doqquz aparıcı ətraf mühit faktorları və davranış riskləri (yüksək BKİ, meyvə və tərəvəzin az qəbulu, fiziki aktivliyin azlığı, tütünçəkmə, hava çirklənməsi və səhiyyə sistemində yatrogen inyeksiyalar) ilə bağlıdır.

— Bununla yanaşı 2007-ci ildə ARC (Xərçəng üzrə Tədqiqat Agentliyi) qeyd etmişdir ki, spirtli içkilərdən istifadəni ağız boşluğu, udlaq, qırtlaq, qida borusu, qaraciyər, yoğun bağırsaq, düz bağırsaq və süd vəzi xərçəngi ilə bağlılığına dair kifayət qədər sübutlar var.

— Maraqlıdır ki, müntəzəm olaraq təmiz spirt ekvivalentində 50 qm alkoqollu içkilərdən istifadə kolorektal xərçəngin yaranmasının nisbi riski 10-20% artırmış olur. Udlaq, qırtlaq və qida borusu xərçənginə gəldikdə isə xərçəngin əmələ gəlməsinin nisbi riski 100-200% artmış olur.

Spirtli içkilər və Ürək-damar xəstəlikləri

— Xronik, çox miqdarda alkoqoldan istifadə ürək-damar xəstəlikləri riskinin artmasına, o cümlədən, ürəyin işemik xəstəliyi, dilatasion kardiomiopatiya, ürək aritmiyaları və hemorragik insult hallarının baş verməsi ilə əlaqəlidir.

— Yeni diaqnoz qoyulmuş atrial fibrilyasiya hallarının 30-60%-nın məhz spirtli içkilərin qəbulu ilə bağlı olduğu məlumdur. Tədqiqatlar göstərir ki, hər gün 2-5 ədəd spirtli içkilərin qəbulu ürək aritmiyalarının yaranmasına səbəb olur. Spirtli içkilərin çox miqdarda müntəzəm qəbulu laxtalanmanın artması və mədəciklərin fibrilyasiyası ilə bağlı həssaslığın yüksəlməsi ilə bağlıdır. Bu isə ürəyin işemik xəstəliyinin inkişafı riskini artırmış olur.

— Spirtli içkilərin qəbulu ilə bağlı 2004-cü ildə baş vemriş bütün ölüm hallarının 22% məhz ürək damar xəstəlikləri səbəbindən olub. Spirtli içkilərin sağlamlığa olan müsbət təsirinə dair spekulyasiyalar geniş yayılıb. Lakin, tədqiqatlar göstərir ki, yalnız gündə <20 qramdan az alkoqolun qəbulu bəzi ürək-damar xəstəlikləri (ürəyin işemik xəstəliyi və insult) riskini azaltmış olur.

Alkoqollu Qaraciyər xəstəliyi

—Alkoqolun qəbulu müxtəlif qaraciyər xəstəliklərinin inkişafı ilə bağlıdır. Bunların sırasında qaraciyərin piylənməsi, alkoqollu hepatit və sirroz ən geniş yayılmışlardır. Alkoqollu qaraciyər xəstəliyinin inkişafı alkoqolun qəbulu müddəti və onun həcmi ilə bir başa əlaqələndirilir.

—Kişilər arasında gündə 30 qram alkoqolun (təmiz alkoqol ekvivalentində) qəbulu nəticəsində qaraciyər sirrozundan ölümün nisbi riski 2.8-ə bərabərdir (qadınlarda isə nisbi risk 7.7-dir). Gündə 50 qram alkoqolun qəbulu nəticəsində qaraciyər sirrozunun inkişafının nisbi riski 2.3-dür. Həm mortalite, həm də xəstələnmə gündəlik qəbul edilən alkoqolun həcmi artdıqca artmış olur.