VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, insult dünyada ölümə səbəb olan xəstəliklər sırasında (onkoloji, ürək-damar patologiyaları) üçüncü yerdədir.
İnsult beyin qan dövranının kəskin pozulmasıdır. İnsultun iki tipi fərqləndirilir:
İşemik insult-qan təchizatının çatışmazlığı nəticəsində beyinin ocaqlı (fokal) zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevroloji simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromudur.
Hemorragik insult- serebral arteriyanın travmatik genezli olmayan partlaması və qanın intrakranial sahəyə (intraventrikulyar, intraserebral, subaraxnoidal, subdural və ya epidural) axması nəticəsində beyin qan dövranının kəskin pozulmasıdır.
İşemik insult
Risk amilləri:
Arterial hipertenziya
Tütünçəkmə
Şəkərli diabet
Ürək xəstəlikləri
Dislipidemiya, hiperxolesterinemiya
Piylənmə və /və ya artıq çəki
Beyin damarlarının daralması (ateroskleroz)
Keçirilmiş insult və ya tranzitor işemik həmlə
Yuxu arteriyaların stenozu
Hiperkoaqulyasiya ilə müşayiət olunan hallar
Az hərəkətli həyat tərzi
Alkoqolun həddən artıq qəbulu
Oral kontraseptivlərin qəbulu
Genetik meyillilik
Hemorragik insult
Risk amilləri:
Beyin və beyinə qan gətirən damarların anadangəlmə və ya qazanılmış patologiyası
Beyin damarlarında təzyiqin uzunmüddətli və ya vaxtaşırı qalxması (atrerial hipertenziya, miqren)
Qanın laxtalanma sisteminin pozulması
Antiaqreqantların, antikoaqulyantların və trombolitik preparatların uzun müddətli qəbulu
Qan xəstəlikləri (hemofiliya, tombositopeniya, leykoz)
Beyin şişləri
Alkoqoldan sui-istifadə
Psixostimulyatorların qəbulu (amfitamin, kokain və s.)
Beyin damarlarının autoimmun xəstəlikləri (vaskulitlər)
İnsultun əsas əlaməti şiddətli baş ağrısıdır. Bu zaman ağrı qəflətən baş verir, şiddətli olur, hətta yuxudan oyanmağa səbəb olur. Öskürərkən, gərginlik zamanı, əyildikdə və ya bədənin vəziyyətini dəyişdikdə ağrı şiddətlənir.
Qanaxmaya və ya trombositopeniyaya şübhə yaradan klinik əlamətlər olduqda, pasiyent heparin və ya varfarin almış olduqda, yaxud antikoaqulyantlardan istifadə edilib-edilməməsi məlum olmadıqda trombolitik müalicəni təxirə salmaq olmaz!
Xəstəliyin ağırlığından və beyninin zədələnmə sahəsindən asılı olaraq insultun aşağıdakı əlamətləri yaranır:
Eşitmə qabiliyyətinin pozulması – bir və ya hər iki qulaqda eşitmənin azalması və ya tam itməsi
Görmə qabiliyyətinin pozulması-bir və ya hər iki gözdə görmənin zəifləməsi, ikili görmə və ya korluq
Hissiyatın pozulması və ağrı hissinin azalması və ya tam itməsi
Əldə, ayaqda və ya üzdə kəskin əzələ zəifliyi (adətən bədənin yalnız bir tərəfində)
Əldə, ayaqda və ya üzdə kəskin əzələ zəifliyi (adətən bədənin yalnız bir tərəfində)
Əldə və ayaqda keyləşmə və arabir sancı hissinin olması (bədənin ancaq bir tərəfində)
Əl-ayaq hərəkətlərinin pozulması (bədənin ancaq bir tərəfində)
Udmanın çətinləşməsi
Nitqin pozulması
Oxuma və yazma qabiliyyətinin pozulması
Qeyri-iradi nəcis və / və ya sidik ifrazı
Tarazlığın pozulması
Koordinasiyanın pozulması və oriyentirin itməsi
Fikir çaşqınlığı və yaddaşın itməsi
İnsult hallarında huşun itirilməsi və koma həmişə müşahidə olunmur.
İnsulta şübhə olduqda təxirəsalınmaz müayinələr
Bütün pasiyentlərə:
Baş beyninin qeyri-kontrast KT və ya MRT-si
Qanda qlükozanın miqdarının təyini
Plazma elektrolitləri/funksional böyrək testləri
EKQ
Ürəyin işemiyasının markerləri
Qanın ümumi analizi (trombositlərin sayı daxil olmaqla)
Oksigen saturasiyası səviyyəsi
Göstəriş olan pasiyentlərə:
Qaraciyərin funksional testləri
Qanda alkoqolun səviyyəsi
Hamiləlik testi (qadınlara)
Arterial qanın qaz tərkibi (hipoksiyaya şübhə olduqda)
Döş qəfəsinin rentgen müayinəsi (ağciyər xəstəliyinə şübhə olduqda)
Lumbal punksiya (subaraxnoidal) qansızmaya şübhə olduqda və KT nəticələri qanaxma üçün mənfidirsə)
Elektroensefaloqrafiya (qıcolmalara şübhə olduqda)