MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Reproduktiv sağlamlıq / MƏQALƏLƏR
Dünyada 333 milyon yeni CYYİ hallarının üçdə biri 25 yaşdan cavan olanların üzərinə düşür. HİV infeksiyaya yoluxmaların 50%-i 15-24 yaş arasında olanlarda baş verir. Hər gün 7000 cavan (10-24
yaşında) HIV-ə yoluxur. Yeniyetmələrin yoluxma ehtimalı ona görə daha yüksəkdir ki, onların müdafiə sistemi tam formalaşmayıb və selikli qişaların sekresiyası azdır, uşaqlıq boynunun örtüyü tam yetişməyib, uşaqlıq yolunun örtüyü nazikdir və onun turşuluğu azdır. CYYİ-lər uşaqlıq boynu xərçəngi, çanağın iltihabi xəstəlikləri və uşaqlıqdankənar hamiləliyə gətirib çıxara bilər
Qırx ölkədə aparılan tədqiqat göstərir ki, cavanların yarısından çoxu HİV-in ötürülməsi yollarını dərk etmir. Gənc qadınlar, xüsusən infeksiyaya yoluxma riskinə məruzdur. Yeniyetmələrin əksəriyyəti
HIV-ə yoluxduğunu bilmir. Yoluxma ilk dəfə hamiləlik vaxtında aşkar olunur. Nəticədə cavan qadın şoka düşür, infeksiyanın uşağa ötürülməsindən narahat olur. CYYİ-lərin yayılması yeniyetmələr
arasında sürətlə artır. Süzənək, xlamidioz və sifilis kimi infeksiyaların qarşısının alınmasına fikir vermək lazımdır. 15-24 yaşında olan cavan qadınların arasında trixomoniaz daha geniş yayılmışdır. CYYİ-lərin vaxtında aşkarlanması məqsədilə yeniyetmələr vaxtaşırı müayinədən keçirilməlidir. Mütəxəssislər hesab edirlər ki, bu tədbirlər müxtəlif maraqlı tərəflərin iştirakı ilə təşkil olunmalıdır. Yeniyetmələr onların gündəlik həyatına bilavasitə təsiri olan inkişaf fəaliyyətinin planlaşdırılması, tətbiq edilməsi və qiymətləndirməsinə aktiv şəkildə cəlb edilməlidir. Bu, xüsusilə reproduktiv və cinsi
sağlamlığın qorumasına yönəldilmiş xidmətlərə aiddir. Tədqiqatlar göstərir ki, cinsi maarifləndirmə erkən cinsi fəallığa səbəb olmur. Əksinə, o, cinsi fəallığının təxirə salınmasında cavanlara dəstək verir, cinsi yolla yoluxan infeksiyaların qarşısının alınmasına şərait yaradır.
Bu baxımdan yeniyetmələrin ehtiyacları aşağıdakılardır:
► təhlükəsiz və dəstəkverici mühitin olması;
► CYYİ barədə məlumatlı olması;
► onlarda olan sağlamlıq problemlərinin və şəxsi çətinliklərin həlli üçün səhiyyə xidmətləri və məsləhətin əlçatan olması.
Cinsi maarifləndirməni kifayət qədər tez başlamaq vacibdir!