MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Reproduktiv sağlamlıq / MƏQALƏLƏR

Yeniyetmə və gənclər üçün həyati təhlükə

Bu gün dünyada nikahsız uşaq dünyaya gətirib, övladı ilə tək qalan anaların sayı az deyil. Gənclərdə nikahdan kənar hamiləlik sosial stiqma (ləkə), təhlükəli abort, təhsildən uzaqlaşma, ailədə münaqişə ilə müşayiət olunur. Bizim cəmiyyətimizdə nikahdan kənar hamiləlik pislənir, bəyənilmir, qeyri-normal hesab edilir. Bu, yeniyetmə və onun ailəsi üçün ləkədir. Lakin əfsus ki, bir çox hallarda yeniyetmələrdə arzuolunmayan hamiləliklər baş verir. Bu zaman onlar üzlərini təhlükəli/qeyri-qanuni aborta çevirirlər. Təhlükəli abort tibb müəssisəsində təlimləndirilmiş tibb işçisi tərəfindən deyil, istənilən şəxs tərəfindən hamiləliyin kəsilməsi üçün görülən tədbirlərə deyilir.

Təhlükəli/qeyri-qanuni abort bir çox hallarda qanaxma, septisemiya, zədələnmə, sonsuzluq, depressiya əmələ gəlməsinə səbəb olur. Hamilə yeniyetmə uşaq dünyaya gətirərsə, istər-istəməz təhsildən uzaqlaşmalı olur. Bu hamiləliklə bağlı sosial, əxlaqi və iqtisadi problemlərlə üzləşmə ailədə münaqişələrə təkan verir.