MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Reproduktiv sağlamlıq / MƏQALƏLƏR
Qadının həyatı üçün ən böyük təhlükələrdən biri uşaqlıq boynu xərçəngidir. Dünyada təxminən, 1 milyondan artıq qadında uşaqlıq boynu xərçəngi var. Bunların əksəriyyəti üçün diaqnoz müəyyən
edilməyib və xəstəliyi müalicə edib həyatını uzatmağa imkan yaradan tibbi xidmətlər əlçatan deyil. 2012-ci ildə 528000 yeni uşaqlıq boynu xərçəngi halları qeyd olunmuşdur və bu diaqnozu olan 266000 qadın həyatını itirmişdir. Onların 90%-i aşağı-orta gəliri olan ölkələrdə yaşayanlar olub.
Ölən qadınların əksəriyyəti gənc yaşında olub. Bu ölümlər şəxsi faciə olmaqla yanaşı, həm ailələr, həm də cəmiyyət üçün böyük itkidir. Uşaqlıq boynu xərçəngi qarşısı alına bilən və xəstəliyin ilkin mərhələsində diaqnoz müəyyən edilən hallarda müalicə olunan xəstəliklərdən biridir. Bu xəstəliyə ən çox səbəb olan əlamətsiz və davamlı keçən onkogen xüsusiyyətinə malik olan insan papilloma virusunun (HPV) növləri tərəfindən yaranan infeksiyalardır. İnsan papilloma virusu ən çox yayılmış cinsi yol ilə yoluxan xəstəliklərdəndir. Cinsi fəaliyyətə başlamış kişi və qadınların əksəriyyəti tez bir zamanda HPV-na yoluxur. Yoluxma yalnız cinsi yolla deyil, qasıq nahiyəsində olan dəri kontaktı ilə də baş verə bilər