MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Sağlam qida / MƏQALƏLƏR
Qida qəbulunda qəribəlik və arıqlama arzusu yeniyetmələrdə bir çox hallarda növbəti yeməyin təxirə salınmasına, qidanın qaydasız qəbul edilməsinə gətirib çıxarır. Əsasən, səhər yeməyi təxirə salınır. Səhər yeməyi lazım olan enerji və qidalandırıcı maddələrin təmin edilməsində mühüm rol oynayır və məktəbdə fikrin cəmləşməsinə və dərslərdə fəal iştiraka yardım göstərir.
Uşaqlar bir dəfəyə böyük həcmdə qida qəbul edə bilmir və növbəti qida qəbulundan əvvəl acırlar. Arada qəlyanaltılar onların enerji tələbatlarının ödənilməsinə yardım göstərir. Adətən, yeniyetmələrin enerji tələbatı onların böyümə sürətinə uyğun olur. Onlar əksər hallarda böyümə və inkişaf üçün lazım olan enerji və qidalandırıcı maddələri artmış iştahanın hesabına ödəyir. Stress və emosional məyusluq qidaların həddindən az və ya həddindən çox qəbul edilməsinə və yeniyetmələrin enerji balansına ciddi təsir göstərə bilər. İnfeksiyalar, əsəbilik, aybaşılar, diş və dəri problemləri iştahanın pozulmasına gətirib çıxara bilər.
Emosional stress qidalanma qəribəliklərinə və arıqlamaya meyilliliyə, nəticədə isə anorexia nervosa kimi qidalanma xəstəliyinə səbəb ola bilər. Digər tərəfdən uşaq və yeniyetmələr arasında piylənmə halları artmaqdadır: bədənin artıq çəkisi onların emosional
və fiziki sağlamlığına təsir edir. Piylənmənin səbəbləri sosialiqtisadi, biokimyəvi, genetik və psixoloji faktorların qarışıqlı əlaqəsindədir. Tədqiqatlar göstərir ki, piylənmədən əziyyət çəkən yeniyetmələrin əksəriyyəti az hərəkət edir.
Fiziki aktivliyin çatışmazlığı tək piylənmənin əmələ gəlməsinə deyil, gələcəkdə ürək xəstəliyi, müəyyən xərçəng növləri, diabet, hipertoniya, mədə-bağırsaq problemləri, eləcə də osteoporoza (sümüklərin sıxlığının azalması və kövrəkliyin artması) səbəb ola bilər. Fiziki aktivlik tək bu problemlərin qarşısının alınması üçün deyil, eləcədə bədənin əyilmə qabiliyyəti (elastikliyi), balansın saxlanılması, çeviklik və koordinasiyası, sümüklərin möhkəmlənməsi üçün vacibdir.