MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Reproduktiv sağlamlıq / MƏQALƏLƏR
Dölün inkişafını ananın orqanizmi təmin edir. Düzgün inkişaf üçün dölə mühafizə, oksigen və qida/ su lazımdır. Mexaniki zərbələrdən və silkələnmədən dölü uşaqlıq özü və döl kisəsindəki (amnion) dölyanı maye mühafizə edir. Dölə oksigen və qida ananın qanından cift (plasenta) vasitəsilə çatdırılır; Cift ziqotun müəyyən hüceyrələrindən yaranan uşaqlığın divarına bitişmiş süngərəbənzər,
disk şəklində olan strukturdur və göbək ciyəsi vasitəsi ilə döllə əlaqəni təmin edir.
Ümumiyyətlə hamiləlik müddəti 280 gün və ya təxminən 9 aydır
Dölün ana bətnində yerləşməsi (hamiləlik, sxematik) Körpə doğulmağa hazır olduqda, onun başı uşaqlıq boynuna təzyiq göstərir və o, körpənin xaric olunması üçün yumşalmağa və açılmağa başlayır. Bu zaman təzyiq nəticəsində döl kisəsi cırıla bilər və dölyanı maye açılıb uşaqlıq yolundan axa bilər. Doğuş yığılmaları (sancılar) uşaqlıq divarlarının vaxtaşırı yığılmaları səbəbindən başlayır, bu da hipofizin istehsal etdiyi oksitosin hormonunun təsirindəndir. Yığılmalar vaxtı uşaqlıq boynu
genişlənməyə və açılmağa başlayır. Bir neçə saatdan sonra uşaqlıq boynu kifayət qədər açılır və körpə uşaqlıq boynundan və uşaqlıq yolundan keçərək (doğuş kanalını təşkil edirlər) uşaqlıqdan xaric olunur/ doğulur. Adətən əvvəlcə körpənin başı gəlir. Körpə doğulduqdan sonra göbək ciyəsi görünür və kəsilir.
Doğuşun son mərhələsi ciftin uşaqlıq divarlarından ayrılması və bütün qişalarla birgə xaric olunmasıdır.