MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Reproduktiv sağlamlıq / MƏQALƏLƏR
Nəsilartma (reproduksiya)
Bütün canlılar çoxalma – reproduksiya (lat. sözündən “re-“ təkrar və “productio-“ özünəbənzər yaratmaq) qabiliyyətinə qadirdilər. Bununla canlı təbiət cansızdan fərqlənir. Reproduksiya insanlarda nəsilartma adlanır. Kişi və qadın ovulyasiyaya yaxın günlərdə cinsi əlaqədə olsa,
mayalanma baş verə bilər.
Menstrual tsikl (sxematik)
İnsanların nəsilartırma prosesində 2 növ cinsi hüceyrə (qametlər) iştirak edir: kişi cinsi hüceyrəsi və ya spermatozoid və qadın cinsi hüceyrəsi – yumurtahüceyrə. Eyakulyasiya zamanı 1,5-5,0 ml
sperma qadının uşaqlıq yoluna daxil olur; spermanın tərkibində 75-100 milyona qədər (40 milyondan az olmamaq şərti ilə) spermatozoidlər vardır. Onlar “üzərək” uşaqlıq yolundan uşaqlıq
boynuna, sonra isə uşaqlıq boşluğuna daxil olurlar və yumurta hüceyrəsi ilə fallop borusunda görüşürlər. Adətən, yumurtahüceyrəyə yalnız bir spermatozoid daxil olur və onunla birləşir mayalanma baş verir.
Yumurta hüceyrənin mayalanması
Mayalanmanın baş verməsi hamiləliyin başlanması deməkdir. Hamiləliyin ilk əlamətlərindən biri aybaşı tsiklinin kəsilməsidir. Mayalanmış yumurtahüceyrə ziqota çevrilir və o uşaqlıq borusunda
bölünərək çoxhüceyrəli rüşeymə/embriona çevrilir. Bir həftəyə boru vasitəsi ilə uşaqlıq boşluğuna çatır və onun daxili qatına (endometrium) yapışaraq (implantasiya) oradan qidalanmağa
başlayır. Ziqotun bölünməsi nəticəsində yaranmış 8 həftəlik çoxhüceyrəli rüşeym və ya embrion əlin baş barmağı boyda olur. Lakin, buna baxmayaraq, onun bütün hissələri - beyni və sinirləri,
ürəyi və qanı, mədə və bağırsaqları, əzələləri və dərisi formalaşıb. Bətndaxili inkişafın döl mərhələsi 9-cu həftədən başlayır və doğuşa qədər davam edir