MÜƏLLİMLƏR ÜÇÜN
maarifləndirici materiallar
Reproduktiv sağlamlıq / MƏQALƏLƏR
Məşğələnin sonunda şagirdlər:
Yetişkənlik dövrünün əsas əlamətlərini sadalayırlar;
Psixoemosional sahədə baş verən dəyişiklikləri şərh edirlər.
İş üsulları:
İstiqamətləndirilmiş mühazirə
Müzakirə
Resurslar:
Multimedia qurğuları, insanın (hər iki cinsin) reproduktiv sistemini əks etdirən şəkillər, slaydlar, film, plakatlar
QEYD: Əvvəlki məşğələnin sonunda keçirilmiş sorğunun təhlilinin nəticələrindən bu və bundan sonrakı məşğələlərin gedişatında yararlanın və onları maraqlandıran məqamlara toxunun.
Məşğələnin gedişatı
Məşğələnin əvvəlində şagirdləri bu suallar ətrafında fikirləşməyə
dəvət edin:
Artıq sizin 13-14 yaşınız var. Kecən ilə nisbətən bu il siz özünüzdə və yaşıdlarınızda hansı dəyişikliklər görürsünüz?
Xarici görünüşdə hansı dəyişikliklər müşahidə edirsiniz? Bəs davranışda nə baş verir?
Sizcə, səbəb nədir?
Şagirdlərə düşünmək və fikirlərini formalaşdırmaq üçün vaxt verin. Söylənilən fikirləri şərh etmədən lövhəyə yazın. Sonra şagirdləri istiqamətlənmiş mühazirəyə qulaq asmağa dəvət edin. Bu mühazirənin adi mühazirədən fərqi ondadır ki, ara-sıra müəllimin istiqamətverici sualları ilə kəsilir və şagirdlər fəal müzakirəyə cəlb olunurlar. Bu gün sizdə müşahidə edilən dəyişikliklər yeniyetməlik dövrünə qədəm qoymağınızla bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeniyetməlik dövrünü 10-19 yaş arasında müəyyən edir. Bu, uşaqlıq və yetkinlik arasındakı keçid dövrüdür. Siz artıq uşaq deyilsiniz, lakin hələ yetkin də sayıla bilməzsiniz. Bu mərhələdə çox vacib bioloji və sosial dəyişmələr baş verir. 10-19 yaş arası kifayət qədər uzun müddətdir və bu dövr ərzində insan orqanizmində və həyatında çoxsaylı dəyişikliklər gedir. Bunu nəzərə alaraq, yeniyetməlik dövrü
şərti olaraq 3 hissəyə bölünür:
Erkən yeniyetməlik – 10-13 yaş
Orta dövr yeniyetməlik – 14-16 yaş
Son yeniyetməlik – 17-19 yaş
Yeniyetməlik dövründə müşahidə olunan dəyişiklikləri belə
qruplaşdırmaq olar:
cinsi yetişkənlik
fiziki dəyişikliklər
düşünmə qabiliyyətində dəyişikliklər
davranışda (sosial və qarşılıqlı təsirlərdə, münasibətlərdə)
dəyişikliklər
Cinsi yetişkənlik – yeniyetməlik dövrünün əvvəlində başlayır, adətən 9-14 yaşlarında baş verir. Cinsi yetişkənlik dövründə bütün orqanizmdə mürəkkəb proseslər gedir və bir çox fiziki və fizioloji
dəyişikliklərə səbəb olur. Cinsi yetişkənlik və bununla bağlı cinsi əlamətlərin inkişafı (döşlər, tüklənmə, səs, bədən forması) cavabdeh olan hormonlar tərəfindən tənzimlənir. Oğlanlarda baş verən cinsi yetişkənlik və fiziki dəyişikliklər.
Bu hissəni söyləməmişdən əvvəl xahiş edin ki, şagirdlər məşğələnin əvvəlində dedikləri əlamətlərə bir də nəzər salsınlar, sizin söylədiklərinizə əsasən, həmin siyahıya əlavə və düzəlişlər etsinlər.
Oğlanlarda, adətən, cinsi yetişkənliyin fiziki əlamətləri qızlara nisbətən bir az gec – 11-14 yaş arasında başlayır. Testosteron adlı kişi cinsi hormonu və digər hormonlar fiziki dəyişikliklərə səbəb
olur. Oğlanın bədəni dəyişən vaxt onun beyni də inkişaf edir. Reproduktiv orqanlar inkişaf edir və insan nəsilartırma qabiliyyəti qazanır, yəni cinsi aktivlik qarşı tərəfin hamiləliyi ilə nəticələnə, yeniyetmə ata ola bilər. Oğlanların boyu və çəkisi artır. Müxtəlif
1. Yalnız oğlanlarla keçirilən məşğələlərə aiddir. Nahiyələrdə tüklər əmələ gəlir, ayaqlardakı tüklər qalınlaşır. Əzələlər daha güclü olur. Səs telləri qalınlaşır, uzanır və səs kobudlaşır.
Bədəndə qırmızı qan hüceyrələrinin hasil olunması artır. Dəridə tər və piy vəzilərinin fəaliyyəti daha da aktivləşir və bədənin iyi dəyişir. Dəridə sızanaqlar inkişaf edə bilər. Bütün bu sadalananlar normal və labüd dəyişikliklərdir. Bunu qəbul etmək və müvafiq həyat tərzi aparmaq lazımdır.
Oğlanlar – səhərlər xarici cinsiyyət üzvləri yaxşıca yuyulmalıdır. Gecə pollusiyasından (yaş yuxular) sonra alt paltarda və yataqda sperma qalır və yuyulmadıqda dəridə iltihabi proses törədə bilər.
Bunun qarşısını almaq üçün pollusiyadan sonra alt paltarı və yataq dəsti dəyişməlidir. Qızlarda baş verən cinsi yetişkənlik və fiziki dəyişikliklər.
Qızlarda, adətən cinsi yetişkənliyin fiziki əlamətləri oğlanlara nisbətən bir az tez – 9-13 yaş arasında başlayır. Estrogen adlı qadın cinsi hormonu və digər hormonlar fiziki dəyişikliklərə səbəb olur. Bir çox qızlar 16 yaşına kimi tam inkişaf edir. Bəzi qızların inkişafı isə 18 yaşa kimi davam edə bilər. Boy və çəki sürətlə artır (odur ki, bu zaman arıqlamaq üçün ciddi diyetaya riayət etmək heç də düzgün deyil və pis nəticə verə bilər). Bəzi nahiyələrdə tüklər əmələ gəlir, süd vəziləri inkişaf etməyə başlayır. Dəridə tər və piy vəzilərinin fəaliyyəti daha da aktivləşir və bədənin iyi dəyişir. Dəridə aknelər inkişaf edə bilər. Yumurtalıqlar böyüməyə və hormon istehsal etməyə başlayır. Ovulyasiya (yumurta hüceyrəsinin yetişib yumurtalıqdan partlaması) və aybaşı (menstruasiya) başlayır. Nəsilartırma qabiliyyəti yaranır. Cinsi aktivlik hamiləliklə nəticələnə bilər.
Şagirdlərdən soruşun: mühazirənin bu hissəsində verilmiş müşahidələrdən hansını onlar diqqətsiz buraxmışdılar. Özlərində bu halları hiss edirlərmi? Bu dəyişikliklər onlara necə təsir edir? Lazımi
informasiyanı kimlərdən alırlar? Aydındır ki, bu qədər ciddi fiziki dəyişikliklər psixoemosional sferada da dəyişikliklər tələb edir.
2 Yalnız qızlarla keçirilən məşğələlərə aiddir
-Sizcə bu dəyişikliklər nələrdir? Müzakirələrdə qeyd edilməyən məsələləri bu material əsasında şagirdlərin nəzərinə çatdırın. Yeniyetmələrdə psixoemosional və davranış dəyişiklikləri Bədəndə olan fiziki dəyişikliklərlə yanaşı yeniyetmələrin beyni də inkişaf edir, onların düşünmək bacarığı və emosional inkişafı özünəməxsus surətdə baş verir. Yeniyetmənin beynində olan dəyişikliklər onun davranışına və sosial bacarıqlarına təsir göstərir. O, özünənəzarət və planlaşdırmanı, problemlərin həll edilməsini və qərar qəbul edilməsini öyrənməyə başlayır. Bu proses 20 və daha yuxarı yaşa kimi davam edir. Yeniyetmələr bu yaşda gərginliyə, həyəcana və fəallığa can atırlar. Doğrudan da, gur musiqi, dəhşət kinofilmləri onları daha çox cəlb edir. Ola bilər ki, bəzi yeniyetmələrdə güclü həyəcan və yenilik axtarışları bir o qədər də ifadə olunmasın və həmin hisslər asanlıqla idarə edilir, digərlərində isə bu hisslər çox büruzə verilir və bu hallarda özünü idarə etmək çətin olur. Bu, yeniyetmələr arasında ölüm statistikasında öz əksini tapır: ölümlərin dörddən üçü bədbəxt hadisə nəticəsində baş verir. Testosteron oğlan yeniyetmələri hər 6 saniyədə bir əks cins haqqında fikirləşməyə vadar edir. Eyni zamanda oğlanların düşüncəsi “yenidənqurmadadır”. Bütün bunlar
bəzən fəlakətə gətirib çıxarır. Beyin qabığında olan dəyişikliklər yeniyetmələrin başqa xüsusiyyətlərini də dərk etməyə kömək edir: məsələn, son dərəcədə eqoizm. Onlar başqalarının emosiyalarını ayırd etməkdə çətinlik çəkirlər.
Hərdən adama elə gəlir ki, yeniyetmələr sanki nazik buz qatı üzərində yeriyir və təhlükəni dərk etmirlər, öz aləmlərindədirlər. Əslində, yeniyetmələrin beyni yetişmə prosesindədir və bu da
onların davranışlarında öz əksini tapır. Əvvəllər yeniyetmələrin davranış xüsusiyyətlərinin səbəbini hormonlarda görürdülər. Amma tədqiqatlar göstərir ki, yeniyetmələrdə hormonların səviyyəsi ilə pis
davranışın əlaqəsi yoxdur və ya çox zəifdir. Yeniyetmələrin inadkarlığı, tərsliyi testosteron hormonlarının təsirindən deyil, onlarla əlaqədə olan insanların təsirindən irəli gəlir. Ona görə də kiminlə ünsiyyətdə olduğunuza fikir verin.
Siz öz müstəqilliyinizi təsdiq etmək, hüdudlarını tədqiq etmək, risk etmək, qaydaları pozmaq, valideynlərinizə qarşı üsyan etmək və eyni zamanda onlardan yardım və müdafiə gözləməyə meyillisiniz. Yeni həvəslər və romantik hisslər hərdən sizi ruhlandırmaq əvəzinə çaşdırır. Cəmiyyətdə baş verən mədəni dəyişikliklər nəsillər arasında olan uyğunsuzluğu bəzən daha da dərinləşdirir. Müasir elmi tədqiqatlar yeniyetmələrin mühitlə uyğunlaşmamağının yeni səbəbini təqdim edir. Nizamsız əhval-ruhiyyə və davranışın səbəbi beyində baş verən qeyri-hamar inkişafdadır. Məsələ zehni yetişkənlikdə deyil. Tədqiqatların əksəriyyəti göstərir ki, yeniyetmələrdə abstrakt təfəkkür, yaddaş və planlaşdırmaq üçün formal bacarıq 15-16 yaşında tam formalaşır. Bu gün sizə risk barədə fərzi sual versək, sizin cavabınız böyüklərin cavabından fərqlənməyəcək. Real həyatda isə yeniyetmələrə (böyüklərdən fərqli olaraq) başlanmış hərəkəti yarıyolda dayandırmaq, hərəkət etməzdənəvvəl düşünmək, hətta təhlükəsiz və riskli alternativlər arasında seçim etmək çətin gəlir.
Siz asanlıqla başa düşürsünüz ki, içkilisürücünün avtomobilinə oturmaq təhlükəlidir və eyni zamanda reallıqda içkili insanın avtomobilinə oturmaq təklifini rədd etmək sizin üçün çətindir. Sizin qərar qəbuletmə prosesinə yeni təcrübə qazanmaq, güclü həyəcan keçirmək həvəsi, seksual və aqressiv meyillər və təhriklər təsir edir. Bəzən sizi güclü hisslər və duyğulara səbəb olan yeni təcrübə axtarışı idarə edir. Sosial təzyiqə davam gətirmək də sizin üçün çətin olur. Zorakılıq, avtomobili ehtiyatsız sürmək, spirtli içkilər qəbul etmək kimi pis hərəkətlər, adətən, qrup şəklində və qrupun təzyiqi altında baş verir. Artıq sübuta yetirilmişdir ki, bu xüsusiyyətlərin əsasında yeniyetmələrin beyin strukturunda və fəaliyyətində olan dəyişikliklər səbəb olur. İnsanın beyni 20 yaşda tam yetişir. Asılılıq növlərinin əksəriyyəti yeniyetməlik dövründə əmələ
gəlir. Tədqiqatların nəticələri göstərir ki, yeniyetmələrdə asılılıq böyüklərlə müqayisədə daha tez və maddələrin daha kiçik dozasının təsiri altında yaranır.
Yeniyetmələrin orqanizmində hasil edilən adrenal stress hormonları, cinsi hormonlar və böyümə hormonları beynin inkişafına öz təsirlərini göstərir. Yeniyetmə oğlanlarda testosteronun hasil
edilməsi 10 dəfə artır. Beyində yenidənqurma prosesləri pis istiqamətdə də gedə bilər və
psixiatrik xəstəliklərə gətirə bilər. Stress yaddaşın möhkəmlənməsinə cavabdeh olan hippocampus adlı beyin sahəsinin böyümə prosesini ləngidə bilər. Başqa bir problem yuxu ilə bağlıdır. Hər bir valideyn bilir ki, sizin üçün gecə yatağa getmək və səhər yuxudan durmaq nə qədər çətindir. Bu, ondan irəli gəlir ki, sizdə sirkad ritmi pozulur. Qozavari vəzin (epifizin) ixrac etdiyi melatonin hormonu insanın yuxusunu müəyyən edir. Bu hormonun istehsalı işıqdan asılıdır. Bir tərəfdən siz
gec yatdığınıza görə melatoninin istehsalı gec başlayır. Digər tərəfdən orqanizmin yuxu zamanı böyüməsinin təmin edilməsi və yuxuya artmış tələbatın (9 saat) ödənilməsi üçün melatonin daha çox hasil edilir. Nəticədə bir çox yeniyetmələr xroniki yuxudan doymamış olur və bu, əsəbilik, diqqətin cəmlənməsində çətinlik yaradır, məktəbdə göstəricilərini pisləşdirir. Bunlara əlavə olaraq
sizdə sirkad dövrü uzanır (24.3 saat) və sizin üçün 24 saatlıq Günəş dövrünə uyğunlaşmaq çətin olur. Yuxu vərdişləri. Yeniyetmələr kifayət qədər yatmalı və istirahət etməlidirlər. Yuxunun çatışmazlığı və ya pis keyfiyyəti onların fikirləşmə, fikrini cəmləşdirmə, dərsdə iştirak qabiliyyətinə təsir göstərir. Buna görə onlara yardım göstərmək lazımdır ki vaxtında yatağa getsinlər.
Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, «bioloji saatlar» vasitəsi ilə həyata keçirilir. Yuxudan qabaq aktivliyi azaltsınlar – yatmazdan heç olmasa bir saat əvvəl televizora baxmağı dayandırsınlar və şəkəri bol olan qidaları, kofein tərkibli içkiləri qəbul etməsinlər. Uşaq yatan otaqda sakit, rahat mühit olmalıdır, onun mobil telefonu söndürülməlidir. Beləliklə, biz, bu gün sizinlə maraqlı və vacib bir məsələ barədə danışdıq: gəncliyin ilk baharı adlandırdığımız yeniyetməlik dövrünün əsas fizioloji və psixoemosional xüsusiyyətlərini nəzərdən keçirdik. Gəldiyimiz nəticə isə budur ki, həmin mərhələdə bədənimizdə gedən proseslər normal haldır, bu prosesləri şüurlu şəkildə qəbul etmək lazımdır. Psixoemosional sahəni isə idarə etməyi öyrənmək mümkündür.
İndi isə gəlin, görək bu gün nələri öyrəndik. Ümumi dairədə əyləşin və bu suallara cavab verin:
► Cinsi yetkinlik dövrünün hansı xüsusiyyətlərini öyrəndiniz?
► Yeni faktlarla əlaqədar sizdə hansı fikirlər yarandı?
► Mən kiməm sualına necə cavab verərsiniz?
Şagirdlərə məşğələdə iştirak etdikləri üçün təşəkkür edin. Bu mövzuda istənilən sualla sizə müraciət edə biləcəklərini söyləyin.