VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Uşaq travmaları / MƏQALƏLƏR
2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası bu məsələni ilk dəfə qaldıraraq bir sıra qətnamələr, o cümlədən “Qlobal yol hərəkəti təhlükəsizliyinin yaxşılaşdırılması” qətnaməsini qəbul etmişdir.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. 2004-cü ilin Ümumdünya Sağlamlıq Günü ilk dəfə yol hərəkəti təhlükəsizliyinə həsr olunmuşdur.
2005-ci ildə BMT-nin Baş Assambleyası hər il noyabr ayının üçüncü bazar gününü yol-nəqliyyat hadisələri qurbanlarının Ümumdünya Xatirə Günü kimi qeyd olunmasını qərara aldı və 23-29 aprel 2007-ci il tarixini BMT-nin ilk Qlobal yol hərəkəti təhlükəsizliyi həftəsi kimi keçirilməsini elan etdi.
PROQNOZLARA GÖRƏ…
2030-cu ilədək yol-nəqliyyat qəzaları nəticəsində baş verən travmalar ölüm səbəbinə görə beşinci yerdə duracaq və hər il 2,4 milyon insanın həyatına son qoyacaq. Təcili və yüksək keyfiyyətli ilkin tibbi yardımın göstərilməsi sayəsində yol-nəqliyyat qəzaları nəticəsində travma alan bir çox insanları xilas etmək olar.
Bununla yanaşı bilin ki...
Dünyada hər il 1,2 milyondan çox insan yol-nəqliyyat hadısələri zamanı həlak olur.
Hər il 50 milyonadək insan yol-nəqliyyat hadısələri zamanı travma alır və ya əlil olur.
50% hallarda qəzaların qurbanları aciz əhali qruplarından olan piyadalar, velosipedçilər və motosikletçilər olur. Yol-nəqliyyat hadısələri ilə əlaqədar ölkələrin xərcləri ümumi milli gəlirlərin 4%-dək hissəsini təşkil edir. Təhlükəsizlik kəmərlərinin düzgün istifadəsi qəzalar zamanı ölüm hallarının baş verməsini 61%-dək azaldır. Uşaqların xüsusi oturacaqlarda yerləşdirilməsi qəzalar zamanı uşaq ölümünü 35%-dək azalda bilər.
Dəbilqələr (şlem) ölüm və ağır baş və beyin travmalarını 45%-dək azaldır. Bütün dünyada sükan arxasında spirtli içkilərin istifadəsini tənzimləyən qanunlara riayət olunması bu səbəbdən baş verən qəzaların 20% azalmasına səbəb ola bilər. Hərəkət etdikdə orta sürətin 1 km/s-dək endirilməsi qəzaların sayını 2%-dək azaldır. Sadə və bahalı olmayan texniki qurğular minlərlə insanın həyatını xilas edə bilər.
ÖZÜNÜN VƏ BAŞQALARIN HƏYATI İLƏ OYNAMA!
TƏHLÜKƏSİZ HƏRƏKƏT ET!