VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblinin psixi sağlamlığı / MƏQALƏLƏR
Depressiya hər yaşa , xüsusilədə yeniyetmalərə təsir edir. Bir insanın depressiyaya düşməsinə çox şey təsir edir. Bunlardan bəziləri genlərimiz, beyin kimyamız və hormonlarımız kimi bioloji şeylərdir. Bəzən isə ətraf mühit, fəsillər, sosial və ailə problemləri depressiyaya düşməmizə təsir edir.
Genlər.
Araşdırmalar göstərir ki, depressiyada gen faktoru öz rolunu oynayır.
Beyin kimyası.
Neyrotransmitter adlanan kimyəvi maddələr beyindəki sinir hüceyrələrinə mesaj göndərir. Neyrotransmitterlər əhval ruhiyyəni tənzimləyir.
Stress , sağlamliq və hormonlar.
Stress, alkoqol , narkotik istifadəsi zamanı da hormon dəyişiklikləri baş verir və beynin kimyasına, əhvalına təsir edir.
Bəzi xəstəliklər depressiyaya bənzər simptomlara səbəb olur. Məsələn: Hipotiroidizim- bəzi insanlarda depressiyaya səbəb ola bilir. Mono- insanın enerjisin alır. Bu simptomlara həkim tərəfindən diaqnoz qoyulur və müalicə olunur.
Gün işığı və fəsillər.
Gün işığı- beynin melatonin və serotonin hormonuna öz təsirin göstərir. Bu hormonlar yuxu- oyanma hallarını, enerjisini və əhval ruhiyyəni tənzimləməyə kömək edir. Gün işığı az olanda beyin daha çox melotonin istehsal edir. Gün işığı çox olanda beyin daha çox serotonin istehsal edir.
Payız və qışda günlərin qısalması və uzanması, orqanizmdə melatoninin çoxalmasına və serotoninin azalmasına səbəb olur. Bu bəzi insanlarda depressiyaya səbəb olur. Buna mövsümi affektiv pozğunluq deyilir.
Həyati hadisələr.
Bir ailə üzvünün , dostunun və ya ev heyvanının ölümü, valideynlərin boşanması və digər həyati hadisələr depressiyaya səbəb ola bilir. Belə çətin vəziyyətlərdə depressiyaya düşməmək üçün insan bir müddət yaxınından dəstək almalıdır.
Ailə və sosial mühit.
Yoxsulluq, evsizlik və ya zorakılıq kimi çətin həyat hadisələri depressiyaya səbəb ola bilir.
Təcavüz., zorbalıq, həmyaşıd təzyiqi insanı depressiyaya sala bilir.
Bəs həyati vəziyyətlərə reaksiya necə olmalıdır?
Yaşadığımız həyatda bir çox uğursuzluqlarla qarşılaşırıq. Bu zaman bütün bu çətinliklərin öhdəsindən gəlmək bizim özümüzdən asılıdır.
Həyat eniş-yoxuşlarla doludur. Stress, uğursuzluqlar istəməsəkdə həyatımızda baş verir. Bütün bu xoşagəlməz hallardan qorunmaq üçün insanın dünyagörüşlü olması ona kömək edir.
Tədqiqatlar göstərir ki, neqativ düşünən insanlar depressiyaya daha çox meyilli olurlar.
Pozitiv olaraq hər hansı bir problemdən çıxış yolu tapmağa inanmaq, depressiyadan qorunmağa kömək edir.
Həyatın çətinliklərinə baxmayaraq hər bir halda sağlamlığımıza önəm verməliyik və bacardığımız qədər özümüzü depressiyadan qorumalıyıq.