VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Məktəblinin psixi sağlamlığı / MƏQALƏLƏR
Əsas faktlar:
- Dünyada hər səkkiz nəfərdən biri psixi pozğunluqla yaşayır.
- Psixiatrik pozğunluqlar düşüncə, emosional tənzimləmə və ya davranış pozğunluqlarıyla müşaiyət olunur.
Psixi pozğunluq insan davranışının klinik cəhətdən əhəmiyyətli dərəcədə pozulması ilə xarakterizə olunur.
Müxtəlif psixi pozğunluqlar psixi sağlamlıq pozuntuları kimi də tanınır.
2020- ci ildə, COVİD-19 pandemiyası fonunda, narahatlıq və depressiv pozğunluqlardan əziyyət çəkən insanların sayı çox artmışdır.
Psixi pozğunluqların bir neçə növü var:
Ansksiyete pozğunluğu – Ansksiyete pozğunluğu güclü qorxu və narahatlıq hissləri ilə xarakterizə olunur. Belə insanlar psixoloji yardım almalıdır. Psixoloji yardım xəstənin yaşından, müəyyən edilmiş pozuntunun dərəcəsindən asılıdır.
Depressiya –həyatımızda baş verən vəziyyətlərin qısamüddətli, emosional reaksiyalarından ibarətdir. Depressiv epizod əhvalın azalması (kədər,əsəbilik,boşluq hissi kimi ifadə olunur) və ya hər gün, ən azı iki həftə ardıcıl olaraq hər hansı fəaliyyətə marağın itirilməsi ilə xarakterizə olunur.
Bundan əlavə depressiyaya düşmüş insanlarda yuxu pozuntuları, iştahanın olmaması, ölüm və intihar düşüncələri kimi hallar baş verir.
Travma sonrası stres pozğunluğu (TSSB)- TSSB və digər psixi pozğunluqların yayılması silahlı münaqişələrdən təsirlənən ölkələrdə xüsusilə yüksəkdir.
TSSB aşağıdakılarla xarakterizə olunur:
1-Travmatik hadisə və ya hadisələri yenidən yaşamaq.
2- Hadisələrlə bağlı düşüncələrdən və insanlardan qaçmaq.
3- Təhlükəni uzun müddətli hiss etmək.
Bu simptomlar ən azı bir neçə həftə davam edir və funksional pozğunluqlara səbəb olur. Psixoloji yardımın təsirli üsulları var:
Şizofreniya – reallığın qavranılmasında əhəmiyyətli pozğunluqlar və davranış dəyişiklikləri ilə xarakterizə olunur. Şizofreniyanın simptomları halusinasiyalar, davranış pozğunluğu və həddindən artıq həyəcandır.
Belə xəstələr tez- tez idrak pozğunluqları yaşayır.
Şizofreniyalı xəstələr üçün dərman müalicəsi, psixotəhsil, ailə terapiyası və psixososial reabilitasiya müalicələri təyin olunur.
Yemək pozğunluğu – Anoreksiya.
Anoreksiya nevrozu -Yeniyetməlik dövründə inkişaf etməyə başlayır. Bu sindrom zamanı intihar halları da baş verə bilir.
Bulimiya nevrozu- Bulimiya nevrozu olan insanlarda maddə asılılığı yaranır və bu da intihar düşüncələrinin yaranmasına səbəb olur.
Antisosial davranış və antisosial pozğunluqlar- hüquqların,qanunlarin və ümumi qaydaların sistematik şəkildə davranış pozuntuları ilə xarakterizə olunur.
Psixi pazğunluğu olan şəxslər ailə və sosial münasibətləri formalaşdırmaq və saxlamaq üçün dəstəyə ehtiyac duyurlar.
ÜST hər zaman belə xəstələrə dəstəkdir.