VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Reproduktiv sağlamlıq / MƏQALƏLƏR
Hamiləlik dövründə bədən çəkisinin normasını müəyyən etmək çətindir. Hamilə qadınlarda bədən çəkisi fərdin xüsusiyyətlərindən asılı olaraq dəyişir. Hər bir hamilə qadının bədən çəkisinin nə qədər artması müxtəlif faktorlarla, o cümlədən hamiləlikdən əvvəl olan bədən çəkisi və bədən kütlə indeksi (BKİ) ilə bağlıdır. Aşağıda göstərilən cədvəl təxmini bələdçiniz ola bilər:
Əgər əkizlərlə hamiləsinizsə, sizin bədən çəkiniz daha çox arta bilər. Bu hallarda məsləhət görülən artım aşağıda verilən cədvəldə öz əksini tapir:
Çəkiniz normadan artıqdır?
Hamiləlikdən əvvəl artıq bədən çəkisi gələcəkdə hamiləliklə bağlı olan ağırlaşmaların, o cümlədən hamiləlik dövrünün şəkərli diabeti (hestasion diabet) və yüksək qan təzyiqi ehtimalını artırır. Tədqiqatlar göstərir ki, çəkisi artıq və ya piylənməsi olan qadınlar üçün hamiləlik dövründə adi hallardan fərqli olaraq daha az bədən çəkisinin artımı faydalıdır. Bədən Kütlə İndeksi (BKİ) 35-dən artıq olan qadında hamiləlik dövründə 5 kq-a qədər bədən çəkisinin azalmasının faydası hestasion yaşına görə kiçik uşağın doğulması riskindən daha üstündür.
Hər fərdi halda bu məsələni həkimlə müzakirə etmək lazımdır.
Əgər çəkiniz aşağıdırsa, hamiləlik dövründə kifayət qədər bədən çəkinizin artımını əldə etmək önəmlidir. Hamiləlik dövründə bədən çəkinizin kifayət qədər artmaması uşağınızın vaxtından əvvəl və ya az çəkili doğulması ehtimalını artırmış olur.
Əgər hamiləlik dövründə bədən çəkinizin artımı həddindən çoxdursa, uşaq doğulandan sonra əvvəlki çəkinizə qayıtmaq çətinləşə bilər və artıq çəkiniz həyat boyu sağlamlığınız üçün risklərin artmasına səbəb olacaq. Hamiləlik dövründə çəkinizin həddindən çox artması uşağınızın sağlamlığı ilə bağlı problemlərin də artmasına səbəb olur.
Hamiləlik dövründə bədən çəkisinin norma daxilində artımı nədən ibarətdir?
• Uşağın çəkisi təxminən 3-3,6 kq olur
• Böyümüş süd vəziləri - 1 kq-dək
• Ciftin çəkisi - 0,7 kq
• Amniotik (dölyanı) mayenin həcmi - 1 kq
• Ananın qan həcminin artımı - 1,4 – 1,8 kq
• Bədən mayesinin həcminin artımı - 1,4 – 1,8 kq
• Piy ehtiyatının artımı - 2,7 – 3,6 kq
Əgər hamiləliyiniz normal bədən kütləsi ilə başlayıbsa, birinci trimestrdə (üçaylığı, rübündə) çəkinizin 2 kq artması kifayətdir. Bundan ötrü siz gündəlik əlavə 150-200 kalori qəbul etməlisiniz (təxminən 170 q meyvəli yağlılığı azaldılmış yoqurt).
İkinci və üçüncü trimestrdə çəkinizin müntəzəm artması daha vacibdir. Bu dövrdə, adətən, çəkiniz hər ay 1,4 – 1,8 kq artır. Bu məqsədə çatmaq üçün sizə gündəlik əlavə 300 kalori lazım olur. Bundan ötrü yarım sendviç və ya buterbrod və 1 stəkan yağlılığı azaldılmış süd kifayət edir.
Əgər hamiləliyinizi aşağı BKİ ilə başlamışsınızsa, sizi müşahidə edən həkim pəhriziniz və fiziki aktivliyinizi nəzərdən keçirərək qidalanmanız haqda məsləhət verə bilər.
Menyu
Yuxarıda göstərilən kaloriləri müxtəlif qida məhsullarının istifadəsi ilə əldə etmək mümkündür. Lakin sizin və uşağınızın sağlamlığı üçün bunu daha yaxşı düşünülmüş etmək məsləhətdir. Bununla bağlı bəzi məsləhətlər:
• Ağ çörək və makaron əvəzinə bütöv dənli məhsullardan istifadə edin
• Bürger və qızarılmış kartof əvəzinə yüngül salat və qara lobyadan istifadə edin
• Şirniyyat əvəzinə doğranmış meyvə yeyin
Sizi müşahidə edən həkim çəkinizə nəzarət edib pəhrizinizə müvafiq düzəliş etməyə yardım göstərə bilər.
Bədən Kütlə İndeksi (BKİ) kiloqramla çəkinizin metr ilə boyunuzun kvadratına bölünməsi ilə təyin olunur (BKİ = kq/m2).