MÜƏLLİMLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Psixoaktiv maddələrdən istifadənin əsas əlamətləri

Yeniyetmələrin davamlı müşahidəsi psixoaktiv maddələrdən istifadənin və psixoaktiv asılılığın ümumi əlamətlərini aşkarlamağa imkan verir. Bu əlamətlər bilavasitə psixoaktiv maddələrdən istifadəni göstərmir, lakin onların mövcudluğu PAM istifadəsi haqqında ilk şübhələrin yaranmasına səbəb ola bilər. Nəticədə psixoaktiv maddə istifadəçisini müəyyən etmək mümkün
olur. Adətən, psixoaktiv maddə istifadəçisi yaxınlarından bu asılılığı gizlətməyə çalışır və bunu müxtəlif bəhanələr gətirməklə bacarır. Psixoaktiv maddə istifadəçisi tanınmasının nəticələrindən qorxa bilər. O, hətta problemin mövcudluğu halında belə özünü inandırmağa çalışır ki, asılılıq müvəqqəti problemdir.

Psixoaktiv maddə istifadəçisi asılılığın öhdəsindən müstəqil gələ bilmir, ona hər şeydən əvvəl yaxın insanların köməyi lazımdır. Az təcrübəsi olan psixoaktiv maddə istifadəçisinin zahiri görünüşü sağlam yeniyetmənin zahiri görünüşündən heç nə ilə fərqlənmir. Psixoaktiv maddə istifadəçisi hətta öz görkəmi ilə yaxşı təəssürat bağışlaya bilər, əsas əlamətlər yeniyetmələrin davranış
dəyişikliklərində özünü büruzə verir. Davranış dəyişiklikləri istənilən psixoaktiv maddənin müntəzəm
istifadəsi vaxtı meydana çıxır. Bəzən davranışdakı bu dəyişikliklər keçid yaşı üçün “normal” hesab edilə bilər, ancaq böyüklər diqqətli olmalı və müşahidə aparılarkən bu dəyişiklikləri nəzərə almalıdırlar.

Yeniyetmələrin davranışındakı dəyişikliklər:
1. Ən vacib əlamət: yeniyetmənin əhvali-ruhiyyəsi anlaşılmayan səbəblərdən tez-tez dəyişir və vəziyyətə uyğunlaşmır: qalmaqal vaxtı xoşqəlblilik və yumşaqlıq və ya, əksinə, sakit vəziyyətdə tez
qıcıqlanma halları olur.
2. Yuxunun pozulması: ola bilər ki, uşaq gecə çox gec yatır və səhərlər yatıb qalır, bütün məşğələlərə gecikir, dərslərdə yuxulu olur.
3. Təhsilə və hobbiyə maraq itir, müvəffəqiyyət azalır. Fikir dağınıqlığı və unutqanlıq yaranır, yaddaş və qavrama qabiliyyəti zəifləyir.
4. Dərmanlara, onların xüsusiyyətlərinə və effektivliyinə maraq artır. Yeniyetmə dərman qutusunda saxlanılan dərmanlara və ya müxtəlif kimyəvi preparatlara (kalium-permanqanat məhluluna,
sirkə turşusuna və s.) maraq göstərir. Bəzi hallarda kimya dərslərinə maraq (başqa fənlərdən fərqli olaraq) özünü büruzə verir.
5. Aqressiya artır, bu, yaşıdları ilə münaqişələrdə və böyüklərin təhqiri zamanı özünü göstərir.
6. Dərslərin (məşğələlərin) buraxılması “xəstəlik” üzrə artır, yeniyetmə həkimdən arayış gətirə bilər və ya valideynləri onun “xəstəlik” faktını (əsl səbəbini gizlətmək məqsədi ilə) təsdiq edə bilərlər.
7. Yeniyetmə dərslərdən vaxtaşırı icazə alır və həqiqətən xəstə görünür, lakin növbəti gün məktəbə tamamilə sağlam qayıdır. Bu halda onun dərsləri buraxması üçün növbəti icazəsinə imtina edilərsə, onda yeniyetmə çox kəskin reaksiya verə bilər.
8. Yeniyetmə zahiri görünüşünü dəyişə bilər: o, ilk vaxtlarda qəsdən cəlbedici, ekstravaqant, asılılığın daha gec mərhələlərində isə görkəmsiz, səliqəsiz olur. Hətta damarların gedişi boyu inyeksiyaların izlərini aşkar etmək olur.

Ağır təsirli PAM-lardan istifadə zamanı yeniyetmədə aşkar olunur:
 Səthi damarlar boyunca iynələrin izləri, dəridə tünd ləkələr, kəsik izləri
 Boru şəklində bükülmüş kağızlar və əskinazlar
 Adsız və ya qəribə işarəli yazılarla yazılmış kapsullar və həblər
 Kənarı yandırılmış qaşıqlar
 Yayda, ilin isti fəslində iynələrin izlərini gizlədən uzunqollu paltarların geyinilməsi
 Şprislər, inyeksiya iynələri
 Qurudulmuş bitki hissələri
 Naməlum tozlar
 Qoxular və PAM-lardan istifadə atributları

Əgər uşaqlar gizli olaraq ev şəraitində psixoaktiv maddələrlə eksperimentlərə başlayıblarsa, valideynlərin əksəriyyəti evdə nə baş verdiyindən xəbərsiz ola bilərlər. Psixoaktiv maddələrin
hazırlanması, lazımi avadanlıq olmazsa, xüsusi qoxularla müşayiət olunur. Bu kəskin qoxular mənzili bütünlüklə bürüyür və psixoaktiv maddə istifadəçisinin hiylələrinə və hazırlanma izlərinin
gizlədilməsinə baxmayaraq, valideynlər diqqətli olarlarsa, bu qoxuları müəyyən edə bilərlər.
Yeniyetmələr psixoaktiv maddələrin hazırlanmasını gizlətmək üçün çörək qabığını yandırır, mənzildə havaya aromatik aerozollar yayır, mənzilin havasını dəyişir və ya nəyi isə qızardırlar. Məqsəd birdir: mənzildə psixoaktiv maddələrin hazırlanması zamanı evə yayılmış qoxuları aradan götürmək. Bu əşyalara rast gəlinərsə, valideynlər daha diqqətli olmalıdırlar: boya həlledicisi qoxusu gələn əskilər, həlledici üçün 1,5 litr həcmli plastik qab (opiatlar həlledicidə həll edildikdən sonra həlledici yaşılqəhvəyi rəng alır), həlledicinin qoxusunu verən qadın corabı. Həmçinin pambıq və ya siqaret filtrləri, şprislər və istehsalın dəyişməz əlaməti – yanmış qatranlı və çirkli qab. Opiatların hazırlanması zamanı xaş-xaş qutucuğu qırıntıları xammal kimi istifadə olunur. Ev şəraitində kustar üsulla çiy “tiryək”in (yarımfabrikatdan) inyeksiya üçün istifadəyə hazırlanma prosesində sirkə anhidridindən istifadə edilir ki, onun da kəskin qoxusu hiss olunur. Valideynlərin nəzərinə çatdırmaq lazımdır ki, bəzi psixoaktiv maddələrin istehsalı vaxtı benzin, sanitar texniki avadanlıqların yuyulması və boruların təmizlənməsi üçün vasitə, sirkə, kalium permanqanat, soda, kristallik yod, həlledici, aseton və