VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Psixoaktiv maddələrdən asılılığın formalaşma mərhələləri

ÜST-yə görə asılılıq sindromu fizioloji, davranış və koqnitiv təzahürlərin kompleksidir. İnsanın dəyərlərində əvvəllər mühüm olan davranış formalarından daha vacib yeri PAM-ın istifadəsi tutmağa başlayır. Əsas xarakterik əlamət psixoaktiv maddəni bəzən qarşısım alınmaz olan qəbul etmək istəyidir. PAM-ın ilk dozaları beyinin neyrokimyəvi balansının kəskin pozulmasına səbəb olur. Vacibdir ki, psixoaktiv maddələr özləri bilavasitə həzzə səbəb olmur, amma orqanizmi öz resurslarını aktivləşdirməyə məcbur edir.
► BİRİNCİ mərhələnin əlamətləri:
 Təbii maraq, “sadəcə sınamaq” arzusu
 Həzzin yeni növlərinin fəal axtarışı
 “Yox” deyə bilməmək
 Kimyəvi maddələrlə bağlı müxtəlif əfsanələrin təsiri altına düşmək
 “Ağ qarğa” və ya “mama uşağı” sayılmaq qorxusu
 Dərk edib (və ya etmədən) həyatın çətinliklərindən qaçmaq arzusu
 Özünə və öz həyatına etinasız münasibət
 Öz həyatını maraqlı və əlvan etmək arzusu
 PAM-ın psixikaya və insan orqanizminə necə təsir etdiyi barədə xəbərsizlik
 Orqanizmdə xoş hislərin olduqca yüksək səviyyəsi

İlk təcrübələrdən sonra iki yol mövcuddur. Bəzi insanlar PAMlardan istifadəni tamamilə dayandırır, bəziləri isə istifadəni davam etdirir və bu halda PAM-dan asılılığın növbəti mərhələsi qaçılmazdır.
► İKİNCİ mərhələnin əlamətləri:
 Dərk edərək həzz almaq arzusu
 Psixoaktiv maddələrin istifadəsinin planlaşdırılması
 İstifadə üçün səmərəli bəraətlərin axtarılması
 “Əlverişli” dost əhatəsinin axtarılması
 PAM-dan istifadə əyləncənin və istirahətin əsas hissəsi olur
 PAM-dan istifadə etmə səbəbləri:
– “komplekslərə” qarşı vasitə
– stresdən qurtulmaq üçün vasitə
– ünsiyyət vasitəsi
– cinsi münasibətlərdə istifadə üçün vasitə
 Özünəməxsus psixoaktiv maddələri, musiqisi, geyim stili,
yumoru olan xüsusi qrupun formalaşması
 Lazımi hisləri almaq üçün dozanın artırılması

Həddən artıq böyük dozanın qəbulu psixoaktiv maddələrdən istifadə zamanı ağırlaşmalara səbəb olan vəziyyətlərdən biridir və bu zaman tibbi yardıma ehtiyac olur. İnsan onun şüur vəziyyətini dəyişdirən PAM-dan istifadə etməyə davam edirsə, o, daha az təsirli maddələrdən, daha kiçik
dozalardan daha güclü təsirli maddələrə, daha yüksək dozalara keçir. İnsan istifadəni dayandırmırsa, növbəti – psixoaktiv maddələrdən ASILILIQ (üçüncü) mərhələsi başlayır.


► ÜÇÜNCÜ mərhələnin əlamətləri:
 Sağlamlıqla bağlı problemlər (abstinent sindromu – “lomka”); mütəmadi istifadə nəticəsində orqanizmdə yaranan xoşagəlməz hallar, infeksion xəstəliklər
 Davranışa nəzarətin itirilməsi (travmalar, zorakılıq, cinayət)
 Cinsi münasibətdə ehtiyatsızlıq (zöhrəvi xəstəliklər, arzuolunmaz hamiləlik, münasibətlərdə problemlər)
 Ailədə qalmaqallar
 Təhsillə bağlı problemlər, məktəbdə xoşagəlməz hallar
 Maliyyə çətinlikləri (borclar, evdən əşyaların satışı, daim pul axtarışı)
 Dostlarla münaqişələr
 Əsas ünsiyyət psixoaktiv maddələrin istifadəçiləri ilə olur
 Qanuna zidd davranışlar

Fiziki asılılıq yaranır, psixoaktiv maddələr arzuolunan həzz gətirmir, sadəcə olaraq orqanizmin “normal” vəziyyətə gətirilməsi üçün istifadə edilir. Yaranan problemlər sonrakı istifadəyə haqq
qazandırır. Təkrar istifadə yeni problemlərə səbəb olur.

Valideynlərin nəzərinə!
Bu mərhələdə psixoaktiv maddələrdən istifadəni müstəqil dayandırmaq mümkün deyil, mütləq mütəxəssislərin köməyi lazımdır (Əlavə 1)!!!

► DÖRDÜNCÜ mərhələnin əlamətləri:
 Psixoaktiv maddələrə daimi tələbat
 Doza axtarışı üçün müxtəlif vasitələrdən istifadə (hətta
cinayətə də əl ata bilər)
 Əxlaqi dəyərlərin itirilməsi
 Ruh düşkünlüyü və həyatın mənasının itirilməsi
 İntihara cəhdlər
 Sağlamlıqla bağlı ciddi problemlər, xronik xəstəliklərin yaranması
 Ailə ilə, dostlarla, cəmiyyətlə əlaqələrin qırılması

Bu mərhələdə orqanizmdə dərin fizioloji dəyişikliklər baş verir. Növbəti dozanı qəbul etmədən beyin neyrokimyəvi balansı nizamlaya və ətraf dünyanı dərk edə bilmir.