VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Asılı davranış inkişafına yeniyetmənin yaş xüsusiyyətlərinin təsiri

Cinsi yetişkənlik yeniyetmə üçün əhəmiyyətli dövrdür. Yeniyetmə dövrünün başlanması orqanizmin kəskin yetkinləşməsində, boyun birdən artmasında və ikincili cinsi əlamətlərin inkişafında görünür. Qızlarda bu proses oğlanlara nisbətən təxminən 2 il tez başlanır və daha qısa müddət (3-4 il)
davam edir; oğlanlarda isə bu dövr 4-5 il davam edir. Bu yaş dövrü cinsi istəklərin nəzərə çarpan dərəcədə artması ilə xarakterizə olunur, xüsusilə də oğlanlarda. Yeniyetmələrdə bioloji yetkinləşmənin mərhələləri ilə maraqların inkişaf mərhələləri üst-üstə düşür. Bir tərəfdən uşaqlıq yaşındakı maraqlara (uşaq oyunlarına, nağıllara və s.) həvəs itir, digər tərəfdən yeni maraqlar əmələ gəlir: əsasən yeni kitablar, internet, erotik məzmunlu yeni məlumatlar, kəskin cinsi həvəs üstünlük təşkil edir. Maraqlar dəyişdikcə bəzən yeniyetməyə elə gəlir ki, ümumiyyətlə, daha onu heç nə maraqlandırmır.

Valideynlərin nəzərinə!
Bu mərhələdə övladınız arzuolunmayan mühitə asan düşə bilər. Bioloji inkişaf mərhələsinin başlanğıcında yeniyetmədə bir çox yeni və əsas maraqlar meydana çıxır. Valideynlər bilməlidirlər ki, bu mərhələdə yeniyetmə artıq psixoaktiv maddədən istifadə edibsə, onda bu maddələrə olan maraq möhkəmlənə bilər. Yeniyetmələrdə əsas cəhət yaşıdları ilə şəxsi-intim ünsiyyətdir. Bu yeniyetmələrin öz münasibətlərini böyüklərin münasibətlərinə oxşatmasıdır.

Valideynlərin nəzərinə!
Yeniyetmə üçün yaşıdları ilə münasibətlər daha əhəmiyyətlidir, nəinki böyüklərlə. Yeniyetmə öz ailəsindən sosial cəhətdən uzaqlaşır qapalı olur valideynlər əksər vaxt onun nə ilə maraqlandığını
bilmirlər.

Yeniyetmə dövrünün əsas fərdi xüsusiyyətləri:
► Yaş dövrünün əsas tələbi – qarşılıqlı anlaşmadır;
► Çox sərt xarakterli konsepsiya – “Biz” formalaşır: “biz – özümüz, onlar – yadlar”. Bölünmüş ərazilər və həyat sahələri mövcuddur.

Ümumi qrup lideri seçilir və ona pərəstiş edilir;
► Referent (ictimai) qrupların formalaşması yeniyetmə dövründə adi haldır. Referent qrupun dəyərlərini və fikirlərini yeniyetmə özünə məxsus hesab etməyə meyillidir. Onun şüurunda onlar
cəmiyyətin yaşlı təbəqəsinə zidd mövqedədirlər. Böyüklər onlarla ünsiyyətə girə bilmirlər, beləliklə, təsiretmə yolları məhdudlaşmış olur. Uşaq cəmiyyətinin dəyərləri böyüklərin dəyərləri ilə uyğun gəlmir. Yeniyetmələrin referent qrupunun səciyyəvi xüsusiyyəti – olduqca yüksək konformluqdur (tez təsir altına düşmə). Liderin və qrupun fikri yeniyetmə üçün ən vacib və əsasdır. Fərdi
düşüncələr istisna edilir;

► Bu dövrün aparıcı qüvvəsi yetkinləşmə hissidir, baxmayaraq ki, obyektiv yetkinlik hələ müşahidə olunmur. Uşaq müstəqillik, sərbəstlik və sirlərinə hörmət tələb edir. 10-12 yaşlı yeniyetmələr hələ ki, valideynlərlə qarşılıqlı anlaşmanı tapmağa çalışırlar, lakin valideynlərlə yeniyetmələrin dəyərlər sistemi fərqli olur. Böyüklər bir-birinin dəyərlərinə mərhəmətlə yanaşırlar, amma uşaqlar maksimalistdir və onlara edilən güzəştləri qəbul etmirlər. Fikir ayrılıqları əsasən geyim tərzi, saç düzümləri, boş vaxtın çoxluğu, məktəb və maddi problemlərlə əlaqəli olur. Lakin ən əsas həyat dəyərlərini uşaqlar valideynlərindən irsən alırlar. Yaşıdlar və valideynlər arasında “təsir dairələri” ayrılmışdır. Sosial həyatın əsas sahələrinə olan münasibət valideynlərdən övladlara ötürülür, yaşıdları ilə isə ani suallar barəsində məsləhətləşirlər;
► Təhsilə fərqli yanaşma da bu yaş dövrünün səciyyəvi xüsusiyyətidir. Yeniyetmə dünya görüşünü artırmağa cəhd edir, amma çox vaxt aldığı qiymətlərə laqeyd olur. Bəzən intellektual
imkanlarla müvəffəqiyyətlər arasında fərq müşahidə olunur: imkanlar yüksək, müvəffəqiyyətlər aşağı olur;
► Yetkinlik yaşıd əks-cinsin nümayəndəsi ilə romantik münasibətlərlə xarakterizə olunur. Bunun əsasını simpatiya faktı deyil, daha çox böyüklərdən mənimsənilmiş münasibət formaları (görüşlər, əyləncələr) təşkil edir;
► Yeniyetmə cəmiyyətdə xarici görünüşü və geyim tərzi ilə dərhal seçilir;
► Emosional inkişaf yeniyetmə yaş dövrünün fırtınalı daxili həyəcan və gərginliklər mərhələsi kimi görünməsinə səbəb olur;
► 10-13 yaşlar arasında itən tipik məktəb fobiyaları nisbətən dəyişdirilmiş formada yenidən meydana çıxır. Sosial fobiyalar üstünlük təşkil edir. Yeniyetmələr utancaq olur və öz xarici görünüşlərinin və davranışlarının çatışmazlıqlarına xüsusi diqqət yetirirlər, bu da bəzi insanlarla görüşmək istəyinin olmamasına gətirib çıxarır. Bəzən gərginlik yeniyetmənin sosial həyatını o qədər iflic edir ki, o, qrup şəkilli aktivlik formalarının əksəriyyətindən imtina edir, açıq və qapalı məkan qorxuları meydana çıxır.

Valideyinlərin nəzərinə!
Belə yeniyetmələr elə düşünə bilərlər ki, psixoaktiv maddələr gərginliyi aradan qaldırır.

► Təxəyyül və yaradıcılıq yeniyetmənin davranışına müxtəlif cür təsir edə bilər. Uşaq oyunu yeniyetmənin xəyallarına çevrilir. Yaradıcılıq gündəliklər yazmaq, şeir qoşmaq formasında təzahür
edir, bu zaman şeirləri hətta poetik bacarığı olmayan insanlar da yazırlar. İkinci yol – obyektiv yaradıcılıqdır (elmi ixtiralar, texniki konstruksiyalar). Yeniyetmə öz həyat planını ilk dəfə
qurmağa çalışdıqda hər iki yol birləşir. Tərbiyə formaları və valideynlərlə yeniyetmələrin münasibəti
Tərbiyə formaları və valideynlərlə yeniyetmələrin münasibəti yeniyetmənin davranışında və şəxsi inkişafında yayınmalara səbəb ola bilər:
► Emosional gözyumma. Uşaq böyüklərin bütün həyatının mərkəzidir, tərbiyənin “ailə pərəstişgarı” tipi üzrə gedir. Göstərilən sevgi həyəcanlı və həssasdır, ailə uşağı “incidənlərdən” qoruyur. Belə uşağın “toxunulmazlığı” yalnız ailə üzvləri tərəfindən qəbul edilir, buna görə də yaşıdları ilə qarşılıqlı
münasibətlərdə problemlərin yaranmasına səbəb olur.

► Emosional imtina. Adətən, bu, gizli olur, valideynlər uşağa olan qərəzi (hirsi, əsəbi) layiq olmayan hiss kimi dərk etmədən öz içlərində boğurlar. Uşağın daxili dünyasına laqeydlik yüksək qayğı və nəzarət maskası altında gizlənir, uşaq isə bunu duyur.
► Gözyummaq və qarışmamaq. Böyüklər pedaqoji hədəf və məqsədlərə uyğun deyil, daha çox əhvali-ruhiyyənin təsiri altında qərar qəbul edirlər. Onların şüarı problemi azaltmaqdır. Nəzarət zəifləyib; əhatəsini seçmək və qərar qəbul etmək hüququ yeniyetmənin öz öhdəsinə verilib.
► Nüfuzlu nəzarət. Tərbiyə valideynlərin həyatının əsas işidir, amma tərbiyənin əsas xəttini uşağa qoyulan qadağa və yönəltmələr təşkil edir. Nəticədə tərbiyəvi effekt yoxdur, çünki uşaq valideynlərə tabe olsa belə, özü qərar qəbul edə bilmir. Tərbiyənin belə tipi ya uşağın ictimai cəhətdən qəbuledilməz davranış formalarına, ya da özünü aşağı qiymətləndirməyə səbəb olur. Yeniyetmələrin şəxsi inkişaf xüsusiyyətləri – yeniyetmənin asılı davranışının formalaşmasında əsas risk faktorudur. Davranışda kənara çıxmalar demək olar ki, bütün yeniyetmələrə xasdır. Bu yaş
dövrünün tipik xüsusiyyətləri: yüksək həssaslıq, əhvali-ruhiyyənin tez-tez kəskin dəyişməsi, istehza qorxusu, özünə qiymətin azalması və s. Uşaqların əksəriyyətində bu xüsusiyyətlər zamanla öz-özünə keçir, bəzilərinə psixoloqun köməyi lazım olur. Davranış və emosional dəyişikliklər müşahidə olunur. Emosional pozuntular qızlarda üstünlük təşkil edir və əsasən depressiya, qorxu və həyəcanlı vəziyyətlərlə özünü göstərir. Oğlanlarda isə daha çox davranış pozuntularına rast gəlinir.
Ən əlverişsiz vəziyyətdə yeniyetmələri psixoaktiv maddələrin istifadəsindən qoruyan amillər aşağıdakılardır:
 Yeniyetmənin özünə daxili nəzarəti və öz məqsədinə doğru yönəlməsi
 Öz yaxınlarına bağlılığı
 İctimai həyatda aktiv iştiraketmə imkanı
 Biliklərə yiyələnməkdə müvəffəqiyyətli və bacarıqlı olması
 Ətrafdakılar tərəfindən tanınma və təqdir edilməsi
 Psixoaktiv maddələrə alternativ dəyərlərinin formalaşması
Yeniyetmələrin psixoaktiv maddələrdən istifadə etməsinə təsir edən əsas həlledici amillər:
 PAM qəbul etmiş dostlara, tanışlara oxşamaq, yaşıdlarına uyğun olmaq arzusu
 PAM və alkoqol qəbul etmiş dost-tanışların təriflədikləri ”xoş hisləri” sınaqdan keçirmək arzusu
 Hər şeyi bilmək həvəsi, yeni ekstremal vəziyyətlərdə özünü sınaqdan keçirmək cəhdi
 Qibtə etdiyi yaşca böyük PAM qəbul edən insanın mənfi təsiri
 Hər şeyi unutmaq, rahatlaşmaq, gərginliyi və xoşagəlməz hissi aradan qaldırmaq cəhdi
 Açıq-açığına etiraz. Valideynlər tərəfindən daimi təzyiqə (“belə et ki, yaxşı olasan”) etiraz olaraq “pis” olmaq arzusu. Bu, diqqəti özünə cəlb etmək üsulu ola bilər
 Asudə vaxtın çox olması, məsuliyyətsizlik və darıxma nəticəsində eksperimentlər.