VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zərərli vərdişlər / MƏQALƏLƏR

Psixoaktiv maddələrin istifadəsinin risk amilləri

ÜST-nin tərifinə görə psixoaktiv maddələrin ilk dəfə istifadəsinə səbəb olan üç qrup risk faktorları mövcuddur: bioloji, sosial və sosial-psixoloji, şəxsi psixoloji.
► Bioloji
*İrsiyyətdə alkoqolizm, psixoaktiv maddələrdən istifadə etmə, psixi xəstəlik
* Patoloji hamiləlik (toksikozlar, eklampsiya, nefritlər və s.), həmçinin hamiləlik zamanı anada yaranan xəstəlik və travmalar
* Doğuş patologiyaları (asfiksiya, doğuş travmaları və s.)
* Şüurun itirilməsi ilə müşahidə olunan kəllə-beyin travmaları
* Həyatın ilk illərində keçirilmiş ağır xəstəliklər
* Fiziki inkişafda ləngimə və ya sürətlənmə (akselerasiya)
* Psixi inkişafda ləngimə
* Psixi patologiyalar (şəxsiyyətin pozulması, şizofreniya,
oliqofreniya, depressiya, intihar meyilləri və s.)
* Uşaqlıq dövründə keçirilmiş nevrotik pozuntular (nevroloji əlamətlər) (4 yaşdan sonra enurez, gecə qorxuları, pəltəkləmə, tiklər və s.)
* Yeniyetmə yaş dövrü.

Bioloji amillər beyinin funksional imkanlarına təsir edir, onun informasiya daşımaq qabiliyyətini azaldır və ya davamlı yükləyir, bu intellektual (zehni inkişaf) səviyyədən çox emosional sahəyə təsir edir.
► Sosial və sosial-psixoloji
* Ailə tərkibinin dəyişilməsi (natamam ailə, atalığın (analığın)
olması, ögey qardaş və bacılar)
*Cəmiyyətə zidd ailə
* Qeyri-kafi ictimai-məişət şəraitində yaşayan ailə
* Valideynlərin uşağın maddi vasitələrdən istifadəsinə nəzarət etməməsi
* Ailədə alkoqoldan və psixoaktiv maddələrdən istifadə (davranış modeli kimi)
*Tərbiyə vermə tərzində pozuntular (hiperproteksiya, hipoproteksiya, ailədə uşaqla qəddar rəftar, valideynlər arasında anlaşılmazlıq, ailədə mənəvi və əxlaqi dəyərlərin aşağı olması)
* Valideynlərin həddən artıq məşğul olması, uşaqları ilə əlaqələrin az olması
* Psixoloji travmalar (yaxın insanın ölümü, valideynlərin boşanması, zorakılıq)
* Uşağın boş vaxtının çoxluğu, məşğuliyyətinin az olması (bekarlıq, darıxma)
* Uşağın antisosial qruplarla əlaqəsinin olması və PAM-a əlçatanlıq
► Şəxsi psixoloji
* Özünə inamsızlıq
* Qrup konformluğu (qrupun təsirinə tabe olma meyili)
* Özünə nəzarətin və şəxsi intizamın çatışmazlığı, öz hislərini tanımaq və ifadə etmək bacarığının adekvat olmaması
* Davranışın pozulmasına meyillilik, öz qayğısına qalmaq bacarıqsızlığı
* Özünün şəxsi davranışına məsuliyyətinin aşağı olması.
Davranışın əsas cəhəti – anlıq həzzin alınması
* Stresli vəziyyətlərə dözümün aşağı olması, stressi idarə etmək
və münaqişəli vəziyyətləri effektiv həll etmək bacarıqsızlığı
* Özünə dəyər vermənin azalması və ya artması, başqaları ilə ünsiyyət saxlamaq bacarıqsızlığı
* Xarakterin xüsusiyyətləri (psixoaktiv maddələrə meyillilikdə ən təhlükəli olan: isterik, hipertimik, epileptoid, konform və daimi olmayan tiplər)
Psixoloji risk amillərinin təsiri nəticəsində yeniyetmələrdə psixoaktiv maddələrdən istifadəyə başlamazdan əvvəl psixoloji baryerin azalması müşahidə olunur.
Risk qrupuna daxil olan yeniyetmələrdə PAM-lardan istifadə aşağıdakı meyarlar üzrə qruplaşdırılır:
► Hər risk qrupu üzrə 2 və daha çox amilin mövcud olması
► Bütün risk qruplarından 6 və daha çox amilin mövcud olması
► Risk qruplarından birində 4 və daha çox amilin mövcud olması

Valideynlərin nəzərinə!
Sizin övladınız risk qrupuna daxildirsə, onun davranışına nəzarəti gücləndirin! Övladınızda hər hansı bir narahatçılıq yaradacaq əlamət hiss edirsinizsə və ya artıq psixoaktiv maddələrdən heç
olmasa bir dəfə istifadə etmişdirsə, psixiatr-narkoloqa müraciət etməyiniz mütləqdir!