VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Sağlam qida / MƏQALƏLƏR
Uşaq və yeniyetmə müəssisələrində qidalanmanın təşkili Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə əsaslanmalıdır. Ümumtəhsil məktəbləri. Bütün şəhər və kənd ümumtəhsil məktəbləri şagirdlərinin isti səhər yeməyi, həmçinin günü uzadılmış məktəb və qruplarda oxuyanların səhər yeməyi və naharla təmin edilməsi üçün müvafiq maddi-texniki baza lazımdır. Hazırlıq sinifləri şagirdlərinin səmərəli qidalanması xüsusi əhəmiyyət kəsb edir: onlar 3 dəfə qidalanmalıdırlar (isti səhər yeməyi, nahar, qəlyanaltı). Yeməkxana otağı bütün məktəblərdə olmalıdır. Şagirdlərin ev şəraitində və məktəbdə qidalanma rejimi tövsiyə olunmuş qida qəbulları arasındakı tənəffüsləri nəzərə almaqla qurulmalıdır: 3 saatdan az olmayaraq və 4-4,5 saatdan çox
olmayaraq; uşaqlar evdə səhər yeməyini 7.00-7.30 arası yeməlidirlər, məktəbdə 2-ci səhər yeməyi 2-ci və 3-cü tənəffüslərdən sonra təşkil edilməlidir; günü uzadılmış qrupun şagirdləri dərsdən sonra
13.00-13.30 arası nahar edirlər, hazırlıq sinfinin şagirdləri gündüz yuxusundan sonra 16.30-da ikindi vaxtı yeməyini alırlar, 19.00-19.30 arası evdə şam edirlər. Məktəbdə müxtəlif yaş qruplu uşaqların qidalanması fərqləndirilməlidir, qida maddələrinə və enerjiyə fizioloji tələbat nəzərə alınmalıdır; səhər yeməyi sutkalıq kalorinin 20%-ni, nahar - 35%-ni və ikindi vaxtı yeməyi - 10%-ni təşkil etməlidir. Rasion tərtib edilərkən məktəblilərin məktəblərdə və günü uzadılmış qruplarda oxuyan üç yaş qrupu üçün nəzərdə tutulmuş 10 günlük səhər yeməyi və nahar menyusundan istifadə olunmalıdır. Birinci qrupa - 1-4-cü sinif şagirdləri (6-9 yaş), ikinci qrupa - 5-8-ci sinif şagirdləri (10-12 yaş), üçüncü qrupa - 9-11-ci sinif şagirdləri (13-17 yaş) aid edilirlər. Məktəbəqədər müəssisələrdə olduğu kimi şagird qidalanmasının yaş fərqləndirilməsi payların həcmcə müxtəlifliyi hesabına təmin edilir. Tövsiyə olunmuş menyu və ərzaq yığımı əsasında şəhər və kəndlərdə yerli şəraitə müvafiq olaraq menyu variantları tətbiq edilir.
► Uşaq və yeniyetmələrin qida rasionunda əsas qida maddələrinin - zülalların, yağların və karbohidratların tövsiyə olunan nisbəti təqribən 1:1:4-dir (kütləyə görə).
► Məktəb yaşlı uşaqların və yeniyetmələrin rasionunda heyvani zülalın xüsusi çəkisi zülalın ümumi miqdarının 60%-dən az olmamalıdır.
► Rasionda bitki mənşəli yağlar yağların ümumi miqdarının ən azı 30%-ni təşkil etməlidir. Rasiona kərə yağı (sutkada 30-40 q) və xama (5-10 q) şəklində süd yağı daxil edilməlidir.
► Tez mənimsənilən karbohidratlar (şəkər) karbohidratların ümumi miqdarının təqribən 5%-dən çox olmamalıdır.
► Rasionda kifayət qədər qida lifləri olmalıdır (sutkada 15-20 q-dan az olmayaraq).
Sağlam qida qəbulunu təmin etmək məqsədi ilə gün ərzində qidalanma müntəzəm olaraq həm məktəb, həm də evdə düzgün təşkil edilməlidir. Buna görə də məktəblilərin sağlam qidalanmasında
valideynlərin də rolu böyükdür