VALİDEYNLƏR ÜÇÜN
maarifləndirici materiallar
Xəstəliklərin qarşısının alınması / MƏQALƏLƏR
Astma tənəffüs yollarının iltihabi xəstəliyi olub, tənəffüs yollarındakı iltihab nəticəsində əmələ gəlir. Xırıltılar, tənəffüs müddətinin qısalması, öskürək, döş qəfəsində gərginliklə xarakterizə olunur. Astmalı xəstələrin böyük əksəriyyətinin ailəsində və ya özündə allergik rinit və ya ekzema tipli allergiya olur.
Asılı hissəciklərin sağlamlığa təsiri
Son illərin tədqiqatları nəticəsində asılı hissəciklərin insanlar üçün ciddi təhlükəli olması təsdiq edilmişdir. Asılı hissəciklər dedikdə, hər şeydən əvvəl atmosferdə mövcud olan bərk hissəciklər, havaya bilavasitə daxil olan atmosfer aerozolları və qazların kimyəvi çevrilmələri prosesində əmələ gələn bərk hissəciklər nəzərdə tutulur. Kömür, neft və benzinin yandırılması iri asılı hissəcikləri (uçucu kül) əmələ gətirir.
Bu hissəciklərin təsiri öskürəyin tezliyi, yuxarı və aşağı tənəffüs yollarının digər simptomlarının artması ilə başlayıb, bronxial astmanın gərginləşməsi, bronxit xəstəliklərinin çoxalması, tənəffüs orqanları və ürək-damar xəstəlikləri ilə bağlı ölüm hallarının artmasına qədər gətirib çıxarır.
Asılı hissəciklərin xroniki təsiri zamanı həm uşaqlarda, həm də yaşı 65-i keçmiş şəxslərdə bronxit xəstəliyi hallarının sayı artır.
Astma tutmaları zamanı tənəffüs yolları əzələləri gərginləşir, selikli qişa şişkinləşir. Bu, bronxlarla keçən havanın həcmini azaldır və quru xırıltıların əmələ gəlməsinə səbəb olur. Bəzi xəstələrdə quru xırıltılar tutmalar şəklində olur. Bəzilərində isə tənəffüs müddətinin qısalması uzun müddət çəkir. Digər qrup xəstələrdə isə öskürək əsas əlamət olaraq qalır. Astma tutmaları bir neçə dəqiqədən bir neçə günədək davam edir. Tənəffüs həcmi kəskin azalarsa, həyat üçün təhlükə yarana bilər.
Allergiya törədən maddələrlə nəfəs alma həssas insanlarda xəstəliyin başlamasına start verə bilər. Bunlara heyvan xəzi, gənə, tarakan allergenləri, bitki tozları, plastik tozlar aiddir. Eyni zamanda respirator infeksiyalar, soyuq hava, siqaretçəkmə, stress, qida və dərman allergenləri da buna səbəb ola bilər. Bəzi xəstələrdə aspirin və digər qeyri-steroid tipli iltihab əleyhinə preparatlar astmanı provokasiya edə bilər.
Astmanın əlamətləri:
-
Xırıltılar
-
Fiziki yük nəticəsində tənəffüsün kəskinləşməsi və qısalması
-
Tənəffüs zamanı qabırğaarası dərinin dartılmasıBurun pərələrinin genişlənməsi
-
Döş qəfəsində ağrı və gərginlik
-
Qeyri-normal tənəffüs (nəfəsvermə nəfəsalmadan iki dəfə uzun olur)
-
Nəfəsalmanın müvəqqəti dayanması
Astma tutmaları qəfil başlanır, epizodik olur, öz-özünə keçir. Gecə və ya səhər tezdən tutmaların daha güclü olması, soyuq havadan güclənməsi ehtimalı daha böyükdür.
Təcili yardım bu hallarda çağırılmalıdır:
-
Tənəffüs çətinləşdikdə və qısaldıqda
-
Üz və dodaqlar göyərdikdə
-
Nəbz sürətlə vurduqda
-
Tərləmə olduqda
-
Xəstədə çaşqınlıq yarandıqda
Astmanın müayinəsi
Allergik testlərin aparılması allergenlərin tapılmasına kömək ola bilər.
Ümumi allergenlər: heyvan xəzi, gənə, tarakan məhsulları, ev tozu, bitki və tozlar allergenləridir.
Ümumi tənəffüs yolları qıcıqlandırıcıları: siqaret tüstüsü, ağac yanmasından və qazların yanmasından əmələ gələn tüstülərdir.
Xəstədə astma varsa, ağciyərlərə qulaq asdıqda müvafiq səslər, astma tutmaları arası isə ağciyərlər üzərində normal tənəffüs eşidilir.
Astmanın müalicəsi
Müalicə əsasən allergenlərdən, tənəffüs yollarını qıcıqlandıran maddələrdən uzaq olmaq və tənəffüs yollarının iltihabından çəkinməkdən ibarətdir. Orta ağırlıqlı astma zamanı qısa təsir müddətli dərmanlardan istifadə olunmalıdır. Ağır formada özünü göstərərsə, xəstəlik üçün daimi müalicə tətbiq olunmalıdır. Kəskin formada isə xəstəxana şəraitində müalicə aparılmalıdır.
Ağırlaşmalar:
-
Tənəffüs sisteminin üzülməsi
-
Dərmanlardan yaranan əlavə təsirlər
-
Pnevmotoraks (plevra boşluğunda hava və ya qazların yığılması)
-
Ölüm
Həkimə nə zaman getməli?
Siz və ya uşağınız astmadan əziyyət çəkirsə, həkimə müraciət edin. Kəskin tənəffüs problemləri və döş qəfəsində ağrı olduğu halda mütləq təcili yardıma müraciət edin.
Astma xəstəliyinin profilaktikası
Allergenlərdən uzaq olmaqla xəstəliyin kəskinləşməsinin qarşısını almaq olar. Toza allergiyası olan insanlar evdən xalçaları yığışdırmalı, quş tükündən olan balışları dəyişməli, evi tez-tez təmizləməlidirlər. Evdə tüklü heyvanların saxlanması məsləhət deyil. Vacib şərtlərdən biri siqaret tüstüsü və sənaye tüstülərindən uzaq olmaqdır.