VALİDEYNLƏR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Məişət zorakılığı

Uşaqlara qarşı məət zorakılığı

 Ümumdünya Səhiyyə Təşkilatı “zorakılıq” anlayışına aşağıdakı kimi tərif verir: “Özünə, diger şəxsə, qrup insanlara və ya icmaya qarşı yönəlmiş cismani zədələr, ölüm, psixoloji travma, inkişafın pozulması və ya müxtəlif növ zərərlərlə nəticələnən (yaxud son dərəcə yüksək ehtimalının olması) gerçəklənmiş və ya hədə-qorxu şəklində bilərəkdən fiziki qüvvə və ya hökmün tətbiq edilməsi”.

BMT-nin Uşaq hüququları haqqında Konversiyası “kobud rəftar” anlayışına  Konversiyanın 19-cu Maddəsinə uyğun olaraq “fiziki və ya psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın, o cümlədən seksual  sui-istifadənin hər cür forması” kimi tərif verir.

Valideynlər və diger tərbiyəçilər tərəfindən uşaqlara qarşı zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə faktiki zərər vura bilən fiziki və/və ya emosional davranışın bütün formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı özündə cəmləşdirir.

Uşaqların kobud rəftardan qorunması, onlara qarşı edilən cinayətin qarşısının alınması multisektoral səviyyədə həll olunacaq son dərəcə vacib, sosial əhəmiyyətli və aktual məsələdir. Zorakılığın qarşısının alınması fəaliyyətinə hüquq mühafizə sisteminin, qəyyumluq və himayə orqanlarının, sosial və pedaqoji dairələrin, tibbi və psixoloji xidmətlərin əməkdaşları cəlb edilməlidirlər.

Məət zorakılığından zərər çəkmiş uşaqlara psixoloji yardım

Uşaqlara qarşı mümkün olan kobud rəftar hallarının vaxtında aşkarlanması zərərçəkmişlərdə zorakılıq nəticəsində yaranan ölüm riskinin azalmasına, sağalma dövrünün qısalmasına, uşaqlarda xronik xəstəliklərin əmələ gəlməsi ehtimalının azalmasına imkan verir ki, bu da onlarda əlillik hallarının baş verməsini azaldır.

Zorakılıqla üzləşmiş uşaqlara göstərilən psixoloji yardım nəticələrin mümkün qədər tam aradan qaldırılmasına və zorakılıq hərəkətlərinin qarşısının alınması tədbirlərinin görülməsinə yönəldilməlidir.

Emosional zorakılığın qurbanları olan uşaqlarla aparılan işin əsas prinsipi ondan ibarət olmalıdır ki, sonrakı davranışında özünün qərar qəbul edə bilməsi üçün uşağa onun qüvvəsinin və emosional vəziyyətinin yenidən bərpa olunmasına yardım göstərilsin. Belə uşaqlara yardım göstərən psixoloq və həkim-psixiatr unutmamalıdırlar ki, nə olursa olsun, uşaq ona qarşı törədilmiş zorakılığa görə günahkar deyil. Zorakılıq qurbanına göstərilən psixoloji yardımın məqsədi yaşadığı travmanın onun gələcək inkişafına mənfi təsirinin azaldılması, davranış pozuntularının qarşısının alınması, cəmiyyətə yenidən inteqrasiyasının asanlaşdırılmasıdır. Psixo-diaqnostika apardıqda psixoloq və həkim-psixiatr konkret vəziyyətdən, uşağın xüsusiyyətlərindən, zorakılıq növündən asılı olaraq müayinə metodlarını seçirlər.

Emosional qəddarlıqdan zərər çəkmişlərə göstərilən psixoloji yardım uşaqların davranışlarından irəli gəlir.

Uşağa qarşı zorakılıq halını müəyyən  etdikdən sonra psixoloji məsləhətləşmələr aparılır. Aşağıdakı hallar psixoloji məsləhətləşmələrin aparılmasına göstəriş ola bilər: 

  • uşaq və ya yeniyetmənin sərbəst müraciət etməsi
  • valideynlər, qəyyumlar, müəllimlər və ya digər təşkilatların nümayəndələri tərəfindən zərərçəkmiş uşaqların məsləhətləşməyə göndərilməsi
  • zərərçəkmiş şəxsin psixoloq tərəfindən dəvət olunması

Psixoloji məsləhətləşmənin əsas metodu müsahibədir. Psixoloq müsahibə zamanı xüsusi suallar və tapşırıqların köməyi ilə zorakılıq qurbanlarının psixoloji vəziyyətini müəyyənləşdirməklə qarşılıqlı münasibət yaradır, bu da problemin alternativ həlli yolları və vasitələrinin imkanları barədə məlumatların toplanılmasına yardım edir.

Zorakılığa məruz qalmış uşağa psixoloji yardım göstərən mütəxəsissələrin vəzifələri:

  • təhlükəsizlik hissinin formalaşdırılması
  • müsbət “Mən” anlayışının, özünü qəbul etmə bacarığının formalaşdırılması, şəxsi ləyaqət hissinin bərpa edilməsi
  • etibarlı münasibətlərin yaradılması üçün qabiliyyət, təcrübə və bacarığın təkmilləşdirilməsi
  • mənfi təsir edən xatirələrin öyrənilməsi
  • uşağın bədəninə yetirilmiş zərərin sağalmaz olması qorxusundan azad edilməsi
  • insanlara etibar etmənin öyrədilməsi
  • uşağın şəxsiyyətinin sosial xüsusiyyətlərinin inkişafı və təkmilləşdirilməsi
  • sərbəst qərar qəbul etmək bacarıqlarının yaradılması
  • mübahisəli məsələlərin həll edilməsi bacarıqlarının öyrədilməsi
  • öz həyatı üçün məsuliyyətli olmaq hissinin yaradılması