UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Digər mövzular barədə / MƏQALƏLƏR

Könüllülərin işi

Şəxsi məsələlərin həlli daha çox vaxt apardığından könüllü işə vaxt tapan fərdlərin sayı azdır. Eyni zamanda, icma xidmətinə cəlb olunmaqla yaranan həmrəylik hisləri və başqalarına xidmət göstərməyə fəal cəlb olunmaq bəzi könüllülər üçün böyük mənəvi əhəmiyyət kəsb edir. Könüllülər komanda daxilində heç kimi əvəz etmir və komandanın işini tamamlayırlar.

İxtisaslarından asılı olmadan bütün mütəxəssislər aşağıdakı səriştələrə malik olmalıdırlar:

  • pasiyentə qulluq zamanı qarşılıqlı əlaqə
  • klinik yardım
  • əməkdaşlıq, o cümlədən ixtisaslararası
  • idarəetmə və liderlik
  • peşəkar (professional) praktika

 

Bütün xəstəlik boyu yardımın daim və müxtəlif səhiyyə müəssisələrində göstərilməsi PY-nin əsas tələblərindəndir və pasiyentin vəziyyətindən və müalicə müəssisəsinin tipindən asılıdır. PY səhiyyə sisteminin bütün müəssisələrinin inteqral hissəsidir. PY komandasının üzvləri mütəxəssislərlə və xəstəyə qulluq edən yaxınları ilə daim təmasda olur və yardım göstərildiyi yerdən asılı olmayaraq (tibb müəssisəsi, ev, internat və s.) fəaliyyətlərini koordinasiya edirlər. Yüksək səviyyəli xidmət göstərilməsi üçün PY qurum olaraq xəstənin yaşadığı ərazidə digər təşkilatlarla (məsələn, poliklinikalar, xəstəxanalar, məktəblər) əməkdaşlıq etməlidir. Pasiyentin xəstəlik tarixində xəstəyə digər təşkilatların təmin etdiyi məsləhət və xidmətlər göstərilməlidir.

Xəstənin ehtiyaclarının ödənilməsi məqsədilə əsas və əlavə yardım üzrə bütün xüsusi prosedurların əlaqələndirilməsi, uzlaşdırılması vacibdir. Bu barədə məlumat xəstəlik tarixində olmalıdır. Xəstənin əsaslandırılmamış köçürülməsinin və vəziyyətində krizis hallarının qarşısının alınması yardımın davamlı olaraq göstərilməsinin əsas nəticəsidir.

Xəstəyə və ailəsinə günün 24 saatı, həftənin 7 günü ərzində telefonla dəstəyə təminat verilməlidir. Xəstənin və ailəsinin ehtiyaclarının ödənilməsi üçün peşəkar personalın başçəkmələri fərdi plana əsasən daxil edilməlidir. Beləliklə yardımın davamlı olaraq göstərilməsi xəstə və onun yaxınlarında tərk edilmiş, unudulmuş hissin yaranmasının qarşısını alır və onları seçim və istəklərinin yerinə yetirilməsinə inandırır.

PY milliyyəti, irqi, dini, cinsi yönümü, diaqnozu və ya maddi vəziyyətindən asılı olmayaraq həyat fəaliyyətini məhdudlaşdıran xəstəliyi olan hər bir insana göstərilməlidir. PY göstərilərkən hər bir xəstənin və ailəsinin hüquqlarına hörmətlə yanaşılmalıdır.

Pasiyentlərin çoxu son günlərinədək PY-ni evdə almaq istəyir. Lakin təcrübə göstərir ki, xəstələrin əksəriyyəti xəstəxanalarda vəfat edir. Xəstələrin çox hissəsi həyatlarının son ilini evdə keçirir, amma sonda xəstəxanaya daxil olub orada ölür. Bunun əsas səbəbi terminal vəziyyətdə olan insana ev şəraitində adekvat yardım göstərmək üçün şəraitin olmamasıdır. Digər tərəfdən ailə üzvləri tərəfindən öz yaxınına nə qədər tələb olunarsa, qulluq etmək üçün imkan verən sənəd (məsələn, qulluq üzrə xəstəlik vərəqəsi və ya arayış) bir çox xəstələrə ölüm anınadək evdə qalmaq imkanı yaradır.