UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Digər mövzular barədə / MƏQALƏLƏR

Palliativ yardımın təşkili

Sağalmaz xəstənin və onun ailə üzvlərinin ehtiyaclarının ödənilməsi üçün PY-nin təşkili zamanı aşağıdakı aspektlər böyük əhəmiyyət kəsb edir:

  1. Əlçatan olmalıdır
  2. Tibbi və psixo-sosial yardımı təmin etməlidir
  3. Çoxsahəli komandada iş aparılmalıdır
  4. Əlaqələndirilmiş və davamlı olmalıdır
  5. Professional (peşəkar) olmalıdır
  6. Sağalmaz xəstəlik diaqnozu qoyulduğu andan başlayıb xəstənin ölümündən sonra da davam etdirilməlidir
  7. Təhlükəsiz olmalıdır
  8. Ölkədə qəbul olunmuş qanunlara əsaslanmalıdır
  9. Yardım əvvəlcədən planlaşdırılmalıdır
  10. Yardım göstərildiyi yer seçimi olmalıdır

İdeal şəraitdə pasiyent, onun ailə üzvləri və PY komandası xəstənin istəklərini, mövcud resursları və tövsiyələri nəzərə alaraq birgə planlaşdırma və PY göstərilməsi məsələlərini müzakirə edirlər. Pasiyentin vəziyyətinin, funksional imkanlarının dəyişilməsi həmçinin müalicə rejiminin dəyişdirilməsinə gətirir və bütün xəstəlik müddəti yardım göstərilməsinin fərdi planının daim müzakirəsi və adaptasiyasını tələb edir. Lakin xəstəliyin proqressivləşməsi boyu pasiyentin koqnitiv funksiyalarının və ümumi vəziyyətinin pisləşməsi baş verir. Bəzi pasiyentlərin qərar qəbul etmə bacarıqları aşağı düşür və axırda tam itir. Buna görə əvvəlcədən yardımın planlaşdırılmasına PY daxil olmalıdır. Vaxtında göstərişlərin verilməsi pasiyentin şəxsi muxtariyyətini qorumağa imkan verir və müstəqil qərar qəbul edə bilməyəndə yardımla bağlı öz istəklərini bildirə bilir.

Multiprofessional və sahələrarası yanaşma PY-nin əsası hesab edilir. Bu yanaşmanı həyata keçirmək üçün çoxsahəli komanda təşkil olunur. Komandanın tərkibinə müxtəlif ixtisas və klinik fənlər üzrə mütəxəssislər daxil edilir. Onlar göstərilən yardımın keyfiyyətini yüksəltmək məqsədilə birlikdə fəaliyyət göstərirlər. Çoxsahəli komandanın üzvləri yüksək professional biliklərə malik olmalı, müntəzəm olaraq öz peşəkar bilik və bacarıqlarını təkmilləşdirməlidirlər. Müxtəlif amillərdən asılı olaraq komandanın tərkibi dəyişə bilər, lakin rəhbər PY sahəsində ixtisası olan mütəxəssis olmalıdır. PY komandası, adətən aşağıdakılardan ibarət olur:

  • poliklinika həkimi
  • hospis həkimi (tibb şöbəsinin müdiri, komanda həkimi)
  • tibb bacısı
  • psixoloq
  • sosial işçi
  • din xadimi
  • xəstə, qayğı göstərən ailə üzvü
  • könüllü və başqaları

Çoxsahəli komandanın yardım planı hər bir xəstə üçün ayrıca hazırlanmalıdır.

Fərdi yardım planı aşağıdakılar əsasında hazırlanır:

  • xəstənin və ailəsinin qiymətləndirilməsi
  • ilkin və ikinci diaqnoz
  • cari tibbi müalicə və təyin olunmuş bütün dərmanlar
  • xəstənin və ailəsinin ehtiyacları

PY yalnız xəstənin və ya onun yaxınlarının (xəstə müstəqil qərar qəbul edə bilmədikdə) razılığı olduqda göstərilməlidir, yəni PY göstərən insanlar bu xidmətlərin “qəbul” olunması üçün xüsusi mühit yarada bilməlidirlər.

Əgər xəstənin sağlamlıq durumu dəyişirsə, komandanın strukturu da dəyişir.

Planların uzlaşdırılması üçün komanda üzvləri həftədə bir dəfədən az olmayaraq görüş keçirməlidirlər. Xəstənin və ailəsinin ehtiyacları bütün komanda üzvləri ilə müzakirə edilir. Ehtiyac olarsa,  qeyd olunmuş digər mütəxəssislərin xidmətlərindən istifadə oluna bilər.