UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Digər mövzular barədə / MƏQALƏLƏR

Palliativ yardımın (PY) dəyərləri

Avropa ölkələrindəki PY mütəxəssisləri bəzi ümumi dəyərləri etiraf ediblər. Bunlara xəstənin muxtariyyətinə və ləyaqətinə hörmət, qərarların fərdi planlaşdırılması və qəbulunun zəruriliyi və xolistik yanaşma daxildir.

Muxtariyyət

PY göstərdikdə hər bir insanın dəyərli olmasını etiraf etmək və onu bir şəxsiyyət kimi tanımaq vacibdir. Pasiyent və onun ailəsi PY-ni qəbul etməyə hazır olduqda həyata keçirilə bilər. İdeal halda pasiyent yardım aldığı yeri, üsulu və növlərini seçim edə bilməlidir. Bunun üçün diaqnoz, proqnoz, müalicənin aparılması növləri və formaları haqqında ona dürüst məlumat verilməlidir.

Ləyaqət

Güman olunur ki, PY göstərdikdə personal pasiyentə onun fərdi, mənəvi və dini dəyərlərini nəzərə alaraq və ölkədə qəbul olunmuş qanunlara (Əlavə 3) əsaslanaraq hörmətlə, sayıqlıqla, həssaslıqla yanaşacaq. PY göstərilərkən elə şərait yaradılmalıdır ki, pasiyent onun ləyaqətinə hörmət olunmasını hiss etsin.

Qərarların fərdi planlaşdırılması və qəbulunun zəruriliyi

PY göstərilməsinin fərdi planının tərtibatı proqnozlaşdırılma, xəstəliyin gedişatına və fiziki simptomların ağırlığına müvafiq daim dəyişilən qiymətləndirmə və müalicədən ibarətdir. Bu proses xəstəliyin mərhələlərinə uyğun olaraq daim müzakirə və adaptasiya olunmasını tələb edir.

Holistik yanaşma

Holistik yanaşma pasiyentə təsir edən fiziki, psixiki və sosial faktorları sadəcə onda olan xəstəliyin diaqnostikası üçün ayrı-ayrılıqda deyil, ümumi (kompleks) şəkildə nəzərə alan yanaşmadır. İnsan orqanizminin daim dəyişən, bioenergetik sahələrlə əhatə olunan, digər mürəkkəb bir sistemin hissəsi kimi nəzərə alınmasıdır.