UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Zorakılıq / MƏQALƏLƏR

Kiber (bullinq) zorakılıq nədir?

Kiber zorakılıq rəqəmsal texnologiyaların istifadəsindən əmələ gələ bilən zorakılıq növüdür. Bu, sosial mediada, mesajlaşma və ya oyun platformalarında, və mobil telefonlarda baş verə bilər. Bu, hədəfə alınanları qorxutmaq, qəzəbləndirmək və ya utandırmaq məqsədi daşıyan və təkrarlanan davranışdır.

Bəzi nümunələrə daxildir:

  • sosial mediada kiminsə haqqında yalanlar yaymaq və ya utanc verici şəkillərini yerləşdirmək
  • mesajlaşma platformaları vasitəsilə zərərli mesajlar və ya təhdidlər göndərmək
  • kimisə təqlid etmək və onların adından başqalarına pis mesajlar göndərmək.

Üz-üzə baş verən zorakılıq və kiber zorakılıq çox vaxt bir-birinin yanında baş verə bilər. Lakin kiber zorakılıq rəqəmsal iz buraxır. Təhlükəsizliyiniz və ya onlayn başınıza gələn hər hansı bir hadisə ilə bağlı narahatsınızsa, təcili olaraq etibar etdiyiniz böyüklərlə danışın. 

İnternetdə təhqir olunuram? Zarafat və bullinq arasındakı fərqi necə izah edirsiniz?

UNICEF: Bütün dostlar bir-biri ilə zarafat edirlər, lakin bəzən kiminsə, xüsusilə onlayn məkanda, səninlə əyləndiyini və ya təhqir etməyə çalışdığını söyləmək çətindir. Bəzən bu kimi hallarda onlar, "zarafat edirəm" və ya "bu qədər ciddi qəbul etmə" deyərək gülüşürlər. Ancaq özünüzü təhqir olunmuş və ya başqalarının sizinlə deyil, sizə güldüyünü (ələ saldığını) düşünürsünüzsə, bu hal, zarafat həddini aşmış olur. Həmin ifadələri dayandırmağı xahiş etdikdən sonra onların davam etdirilməsi və sizi hələ də narazı salması artıq bullinq kimi qiymətləndirilə bilər. Bullinq internetdə baş verdikdə, kənar insanlar da daxil olmaqla, geniş kütlələrin istənməyən diqqətini cəlb edə bilər. Baş verdiyi yerdən asılı olmayaraq, bundan razı deyilsinizsə, bu kimi hallara dözümlü yanaşmamalısınız. Bu hala istənilən ad verə bilərsiniz - özünüzü pis hiss edirsinizsə və həmin münasibət dayanmırsa, kömək üçün müraciət etməyiniz məsləhət görülür. Kiberbullinqin dayandırılması təkcə onu törədənlərə yönələn təpki deyil, bu həm də hamının onlayn və real həyatda hörmətə layiq olduğunu qəbul etməkdir.

 Kiberbullinqin təsirləri hansılardır?

Bullinq, onlayn baş verdikdə, onun təsirini hətta öz evinizdə oturduğunuz halda belə hiss edə bilərsiniz. Elə təsəvvür yaranır ki, güya çıxış yolu yoxdur. Təsirlər uzun müddət davam edə və bir insana bir çox cəhətdən təsir edə bilər:

  • Psixolojitəsir – üzülmək, utanmaq, özünü ağılsız hiss etmək, və hətta hətta qəzəb kimi hisslər doğura bilər
  • Emosionaltəsir – utanc hissi və ya sevdiyiniz şeylərə maraq itirmək
  • Fiziki təsir- yorğunluq (yuxu itkisi) və ya mədə ağrısı və baş ağrısı kimi simptomlar yarada bilər

Başqaları tərəfindən gülüş obyektinə çevrilmək və ya incidilmək hissi, insanların problem haqqında danışmasına və ona qarşı mübarizə aparmasına mane ola bilər. Kəskin hallarda, kiberbullinq, hətta insanların intihar etməsinə səbəb ola bilər. Kiberbullinq bizə bir çox cəhətdən təsir edə bilər. Buna rəğmən, onun təsirlərini aradan qaldırmaq mümkündür və insanlar özlərinə inamlarını və sağlamlıqlarını bərpa edə bilərlər.

Hər hansı şəxs məni onlayn bullinqə məruz qoyduqda, kimə müraciət edə bilərəm? Bu cür hallar haqqında məlumat vermək hansı səbəbdən vacibdir?

UNICEF: Əgər bullinqlə üzləşdiyinizi düşünürsüzsə, ilk addım kimi valideynlər, yaxın bir ailə üzvü və ya digər etibar etdiyin bir şəxsdən kömək istəmək lazımdır. Məktəbinizdəki məsləhətçi, idman məşqçisi və ya sevdiyiniz müəllimə müraciət edə bilərsiniz.

Bullinq, sosial platformada baş verdiyi təqdirdə, hücumun qarşısını alaraq, yazışma olduğu platformanın özündə belə həmin şəxsin (şəxslərin) davranışları barədə rəsmi şikayət verməyi düşünün. Sosial media şirkətləri istifadəçilərinin təhlükəsizliyini təmin etməyə borcludurlar. Baş verənləri göstərmək üçün dəlilləri, yəni ismarışları və sosial media şərhlərinin ekran görüntülərini saxlamaq faydalı ola bilər.

Bullinqi dayandırmaq üçün onu müəyyənləşdirmək və bullinq halı barədə məlumat vermək lazımdır. Bu, davranışlarının qəbuledilməz olduğunu bullinqi törədən şəxslərə göstərməyə də kömək edə bilər. Birbaşa təhlükə altında olduğunuz halda, polisə və ya təcili xidmətə müraciət etməlisiniz.

Facebook/Instagram/Twitter: İnternetdə bullinqə məruz qaldığınız halda, valideyn, müəllim və ya etibar edə biləcəyiniz başqa birisi ilə danışmağı tövsiyə edirik – sizin təhlükəsiz həyat sürmək haqqınız var. 

Kiberbullinqlə üzləşmişəm, amma valideynlərimlə bu barədə danışmaqdan qorxuram. Onlara necə deyim?

Kiberbullinqlə üzləşirsinizsə, etibarlı bir böyüklə - özünüzü təhlükəsiz hiss etdiyiniz biri ilə danışmaq - atacağınız ən vacib ilk addımlardan biridir. Valideynlərlə danışmaq hər kəs üçün asan deyil. Ancaq söhbətə kömək etmək üçün edə biləcəyiniz işlər var. Diqqətləri bütövlüklə sizdə olduqları zaman danışmağa cəhd edin. Problemin sizin üçün nə qədər ciddi olduğunu izah edin. Unutmayın ki, onlar sizin kimi texnologiya ilə tanış olmaya bilər, buna görə onlara nəyin baş verdiyini başa düşməkdə kömək etməlisiniz.

Vəziyyətə dair ani cavabları olmaya bilər, lakin kömək etmək istəyəcəklər və birlikdə bir həll yolu tapa bilərsiniz. Ağıl ağıldan üstündür! Hələ nə edəcəyinizə əmin deyilsinizsə, etibar etdiyiniz digər şəxslərə insanlara müraciət etməyi düşünün. Tez-tez sizə qayğı göstərən və düşündüyünüzdən daha çox kömək etməyə hazır olan insanlar var!

"Kiberbullinqlə üzləşirsinizsə, etibarlı bir böyüklə - özünüzü təhlükəsiz hiss etdiyiniz biri ilə danışmaq - atacağınız ən vacib ilk addımlardan biridir."

Xüsusən də məlumat vermək istəməyən dostlarıma kiberbullinq halı barədə məlumat verməsinə necə kömək edə bilərəm?

UNICEF: Hər kəs kiberbullinq qurbanı ola bilər. Bu cür halın baş verdiynin şahidi olduğunuz halda, dəstək təklif etməyə çalışın.

Dostunuzu dinləmək vacibdir. Hansı səbəbdən kiberbullinq barədə məlumat vermək istəmir(lər)? Özünü(özlərini) necə hiss edirlər? Ona(onlara) bildirin ki, rəsmi bir şikayət verməsələr belə, lakin kömək edə biləcək biri ilə danışmaq çox vacibdir.

Unutmayın, dostunuz, özünü kövrək hiss edə bilər. Onlara qarşı mehriban olun. Onlara nə və kimə deyə biləcəkləri barədə düşünməyə kömək edin. Məlumat verməyə qərar verdikləri təqdirdə onlarla birlikdə getməyi təklif edin. Ən başlıcası, onların yanında olduğunuzu və kömək etmək istədiyinizi xatırladın.

Əgər dostunuz hələ də hadisə haqqında məlumat vermək istəmirsə, onda vəziyyətlə məşğul olmağa kömək edə biləcək etibarlı bir böyük tapmaqda onlara dəstək olun. Unutmayın ki, müəyyən hallarda kiberbullinq nəticələri həyat üçün təhlükə yarada bilər.

Heç bir şey etməmək, kiberbullinq qurbanlarında hər kəsin onlara qarşı olduğunu və ya heç kimin qayğı göstərmədiyi hissi yarada bilər. Sözləriniz onların münasibətini dəyişə bilər.

Onlayn məkan mənə çoxlu məlumat əldə etmək imkanı verir, eyni zamanda, o, məni sui-istifadə hallarına daha açıq edir. İnternetə çıxışı məhdudlaşdırmadan kiberbullinqi necə dayandıra bilərik?

UNICEF: Onlayn olmağın bir çox faydası var. Ancaq həyatda bir çox şey kimi, onun təhlüklərindən qorunmalı olduğunuz riskləri də mövcuddur.

Kiberbullinqlə qarşılaşırsınızsa, təsirlərindən bərpa olmaq məqsədilə müəyyən tətbiqləri silmək və ya bir müddət oflayn qalmaq fikrinə gələ bilərsiniz. İnternetdən çıxmaq uzun müddətli bir həll deyil. Siz səhv etməmisiniz, bəs niyə qurbana çevrilirsiniz? Bu, hətta bullinqi törədənlərə səhv siqnal göndərə və qəbuledilməz davranışlarını təşviq edə bilər.

Hər birimiz kiberbullinqin dayandırılmasını istəyirik ki, bu da kiberbullinq barədə məlumatların açıqlanmasının vacibliyinin səbəblərindən biridir. İstədiyimiz İnternet məkanın olması üçün kiberbullinqə qarşı mübarizə daha ciddi yanaşma tələb edir. Bölüşdüyümüz və ya söylədiyimiz fikirlərin başqalarının xətrinə dəyə biləcəyini düşünməliyik. Onlayn və real həyatda bir-birimizə mehriban olmalıyıq. Bu, hamımıza aiddir!