UŞAQLAR ÜÇÜN

maarifləndirici materiallar


Digər mövzular barədə / MƏQALƏLƏR

Palliativ yardımın vəzifələri

ÜST (2004 il) PY-nin vəzifələrini aşağıdakı kimi qısaca və dürüst ifadə edib:

  • xəstəyə qulluq
  • xəstənin ailəsinə dəstək
  • tibbi PY
  • xəstəyə qulluq edənlərə dəstək
  • psixoloji yardım və dəstək
  • sosial və iqtisadi dəstək
  • ruhi və dini dəstək

PALLİATİV YARDIM ÜZRƏ ƏSAS HÜQUQ VƏ EHTİYACLAR

PY-nin təminatı palliativ təbabətdə qəbul edilmiş müasir prinsip və standartlara uyğun olaraq tibb personalı tərəfindən vəzifə və öhdəliklərin yerinə yetirilməsini nəzərdə tutur. Bu məqsədlə, xəstələrin və onların ailələrinin maraqlarının aydın şəkildə nəzərdən keçirilməsi bütövlükdə xəstənin həyat (yaşam) keyfiyyətinə və müalicə prosesinə müsbət təsir göstərəcək. Çoxsaylı araşdırmalara əsasən xəstənin və onun ailə üzvlərinin PY üzrə əsas hüquq və ehtiyacları aşağıdakılardan ibarətdir:

  • Fərdi ehtiyaclara və ailənin tələblərinə əsaslanan xüsusi plan üzrə uyğun yardım alınması.
  • Xəstəyə və onun ailəsinə mütəxəssis tərəfindən əlaqələndirilən tibbi yardım göstərilməsi və ailəyə yardım göstərən digər peşəkar əməkdaşlarla (sosial işçi, psixoloq, hüquqşünas və s.) əlaqənin olması.
  • Lazımi yardımın ev şəraitində təşkil olunması ilə eyni zamanda xəstəxanada müalicə olunmaq imkanının olması, eləcə də məsləhət və PY xidməti üzrə işləyən komandaların göstərdiyi xidmətlər barədə məlumatın alınması.
  • Xəstəliyin hər bir mərhələsində və xəstənin hər bir sağlamlıq durumunda göstərilən xidmətdə əsas məqsəd xəstənin maraqları olması şərti ilə lazımi yardımın göstərilməsi.
  • Tibbi və psixo-sosial yardım daxil olmaqla, müntəzəm dəstək və müşayiətin təmin olunması.
  • Digər ailə üzvlərinin ehtiyaclarını nəzərə almaqla, lazımi yardımı almaq imkanına malik olmaq - xəstəliyin gedişi dövründə, xəstənin ölümündən əvvəlki, eləcə də sonrakı dövrdə ailəyə müvafiq dəstəyin göstərilməsi.
  • Tibb bacısı yardımı daxil olmaqla, müntəzəm tibbi-sosial (sosial işçinin fəaliyyəti daxil olmaqla) yardım göstərilməsi.

PY xəstəliyin bütün mərhələlərində pasiyentin qərarlarına hörmətlə yanaşmaya əsaslanır.

Palliativ yardım:

  • Ağrı və digər sıxıntılı, əzab verən əlamətlərin müalicəsini (yüngülləşməni) təmin edir.
  • Həyatı təsdiq edir və ölümü təbii proses hesab edir.
  • Ölümü nə tələsdirir, nə də ləngidir.
  • Xəstəyə qulluğun psixoloji və mənəvi cəhətlərini inteqrasiya edir.
  • Xəstələrə mümkün qədər aktiv yaşamaq məqsədilə kömək təklif edir.
  • Ailəyə xəstəlik dövründə və xəstəni itirdiyi dövrdə kömək məqsədilə tədbirlər sistemini təklif edir.
  • Xəstələr və onların ailələrinin ehtiyaclarını (ağır itki daxil olmaqla) qarşılamaq məqsədilə komanda yanaşmasından istifadə edir.
  • Həyat keyfiyyətini artırır, xəstəliyin gedişinə müsbət təsir edə bilir.
  • Xəstəliyin ilkin mərhələsində ömrü uzatmaq məqsədi ilə kimyəvi və şüa terapiyası ilə yanaşı aparılan başqa müalicə üsulları ilə birgə tətbiq oluna bilir.
  • Ağır klinik fəsadların vaxtında müəyyənləşdirilməsi və idarə edilməsi üçün lazım olan araşdırmaları əhatə edir.